24
24
Dağ süxurlarının həcminin əsas
hissəsini tutan minerallara
süxur əmələgətirən minerallar deyilir.
Mineralların çox hissəsi bərk halda olub, əksəriyyəti kristal şək-
lindədir. Bir çox minerallar anizotropdur, yəni onların fiziki xassələri
(qızdırıldıqda
xətti genişlənməsi, optik xassələri və s.)
müxtəlif
istiqamətlərdə (kristalloqrafik oxlar boyu) müxtəlifdir.
Kristal
cisimlərdən fərqli olaraq, amorf cisimlər (məs., opal, trepel, şüşə və s.)
izotropdur, yəni onların fiziki xassələri bütün istiqamətlərdə eynidir.
Minerallar kimyəvi tərkiblərinə görə fərqlənir. Aşağıda əsas
süxur əmələgətirən minerallar haqqında məlumat verilir.
Kvars qrupu
Yer qabığında (litosferada) ən çox yayılmış
minerallardan biri
silisium 4-oksididir (SiO
2
). O, sərbəst (kvars) və silikatlar (silisium
oksidlə əsasi oksidlərin kimyəvi birləşmələri) halında olur.
Kvars qrupuna daxil olan minerallardan kvars, xalsedon və opal
daha geniş yayılmışdır.
Kvars kristal silisium 4-oksiddir. O, ayrıca dağ süxuru halında
(kvars qumu, şüşə, dağ billuru) yaxud poliminerallı dağ süxurlarının
tərkibində olur. Kvarsın həqiqi sıxlığı 2650 kq/m
3
, bərkliyi isə 7-dir.
O, sıxılmada yüksək möhkəmliyə (2000 MPa) malik olub, sürtülməyə
də çox davamlıdır.
Kvars püskürülmüş və metamorfik süxurları əmələ gətirən əsas
minerallardan biridir.
Xalsedon kvarsın bir növü olub, lifli yaxud gizli kristallik quru-
luşlu mineraldır. Kimyəvi tərkibi silisium 4-oksiddir. Ağ, qonur, açıq
sarı rəngdə olur. Həqiqi sıxlığı 2600 kq/m
3
,
bərkliyi isə 6-dır. Xal-
sedon bilavasitə opalın kristallaşma məhsuludur.
Opal
amorf silisium 4-oksiddir. Kimyəvi tərkibi SiO
2
m
H
2
O-
dur. Onda suyun miqdarı 2
14 %, bəzən isə 34 %-ə çatır.
Qızdırıldıqda suyun bir qismi itir.
Opal çox vaxt rəngsiz yaxud
ağımtıl-sarı rəngdə olur. O, tərkibindəki qarışıqların miqdarından asılı
olaraq sarı, göy yaxud qara rəngdə ola bilər.
Opalın həqiqi sıxlığı 1900
2500 kq/m
3
, bərkliyi isə 5
6-dır.
Kvarsdan fərqli olaraq, opal əhənglə adi şəraitdə reaksiyaya girir.
Xalsedon və opal çöküntü süxurlarının tərkibində olur.
25
25
Alümosilikatlar qrupu
Tərkibi silisium 4-oksiddən, alüminium
oksidindən və digər
oksidlərin kimyəvi birləşməsindən
ibarət olan birləşmələrə alümosi-
likatlar deyilir. Bu qrupdan olan minerallara çöl şpatları, slüdalar və
gilli minerallar daxildir.
Dostları ilə paylaş: