20
20
Kristallaşma
maddənin (materialın) bir fiziki (maye) hal-
dan digər fiziki (bərk) hala keçdikdə kristallar əmələ gətirmə xassəsi-
dir.
Istilikayırma və istilikudma
materialın kimyəvi reaksiyala-
rın gedişi zamanı meydana çıxan xassəsidir. Istiliyin ayrılması ilə ge-
dən
reaksiyalar ekzotermik reaksiyalar, istiliyin udulması
ilə gedən
reaksiyalar isə
endotermik reaksiyalar adlanır.
Uzun müddət davam
edən reaksiyalarda ayrılan yaxud udulan istiliyin miqdarı müəyyən
müddət üçün təyin edilir. Məsələn, 28 gün bərkimə müddətində 1 kq
alüminat sementi ilə su arasında gedən reaksiya nəticəsində 500 kC, 1
kq portlandsementdə isə 380 kC istilik ayrılır.
Korroziyayadavamlılıq
materialın aqressiv mühitin təsirinə
müqavimət göstərmək qabiliyyətidir.
Materialı təşkil edən maddələrlə qarşılıqlı təsir zamanı onun
xassələrini dəyişən, möhkəmliyini azaldan və konstruksiyanın
vaxtından əvvəl dağılmasına səbəb olan mühitə
aqressiv mühit deyilir.
Portlandsementdən hazırlanan
betona tərkibində sulfatlar, yaxud
sərbəst turşu olan sular təsir etdikdə o dağılır.
Tərkibində nəm,
xüsusən kükürd qazı (SO
2
) olan hava metalın korroziyaya uğramasına
(paslanmasına) səbəb olur.
Metallar və ərintilər elektrik cərəyanı keçirməyən mühitlərin,
məsələn, qazların (yüksək temperaturda), neft və neft məhsullarının,
həmçinin elektrik cərəyanı
keçirən mühitlərin
duzların sulu
məhlullarının, turşuların, qələvilərin təsirindən korroziyaya uğrayır.
Metalların birinci növ korroziyası
kimyəvi, inşaat konstruksiyalarında
daha çox təsadüf olunan ikinci növ korroziya isə
elektrokimyəvi
korroziya adlanır.
Dostları ilə paylaş: