15
15
Möhkəmlik. Müxtəlif yüklərdən və ya digər amillərdən əmələ
gələn daxili gərginliyin təsiri altında materialın dağılmağa göstərdiyi
müqavimətə
möhkəmlik deyilir.
Inşaat konstruksiyalarında materiallar
müxtəlif yüklərdən
əmələ gələn sıxıcı, dartıcı, əyici, kəsici və s. gərginliklərin təsiri altın-
da olur. Materialların həmin gərginliklərə olan müqaviməti müx-
təlifdir. Müəyyən material bir gərginliyə yaxşı müqavimət göstərdiyi
halda, digər material isə həmin gərginliyə pis müqavimət göstərir.
Inşaat materialarından
təbii daşlar, kərpic və beton sıxılmaya çox
müqavimətli, dartılmaya isə az müqavimətlidir. Ağac materiallar isə,
əksinə, dartılmaya müqaviməti sıxılmaya olan müqavimətindən 3
4,5
dəfə çoxdur.
Xarici qüvvələrin təsirindən materialda
daxili qüvvələr yara-
nır. Materialın kəsiyinin vahid sahəsinə düşən daxili qüvvəyə
gərginlik deyilir.
Inşaat konstruksiyalarının materialları çox zaman sıxılma və
dartılma təsirinə məruz qalır. Mərkəzi sıxılma və ya dartılma zamanı
materialın vahid eninə kəsik sahəsinə düşən gərginlik (
, Pa)
aşağıdakı düsturla hesablanır:
=
F/
S,
burada
F
sıxıcı və ya dartıcı qüvvə, N;
S
material nümunəsinin sınaqdan
qabaq
eninə kəsiyinin sahəsidir, m
2
.
Inşaat materiallarının möhkəmliyi möhkəmlik həddi ilə xarak-
terizə edilir. Material nümunəsini dağıdan yükə müvafiq gərginliyə
möhkəmlik həddi deyilir.
Eyni en kəsikli prizma formalı nümunələr həmin eninə kəsikli
kub formalı nümunələrə nisbətən sıxılmaya qarşı
az müqavimət
göstərir. Bu onunla izah edilir ki, sıxılma zamanı nümunələr eninə ge-
nişlənir. Bu halda nümunənin səthi ilə presin istinad tavası arasında
sürtülmə qüvvəsi yaranır və həmin qüvvə nümunənin səthini sərbəst
genişlənməyə qoymur. Lakin nümunənin orta hissəsi sərbəst genişlən-
diyindən ilk növbədə həmin hissə dağılır.
Konstruksiyalarda inşaat materialları, başlıca olaraq, sıxıcı,
dartıcı və əyici gərginliklərin təsirinə məruz qalır.