14
14
Yüksək odadavamlı materiallar. Bunlar 1770
2000
0
S tempe-
raturun təsirinə davam gətirən materiallardır (yüksək alüminatlı
kərpic).
Ən yüksək odadavamlı materiallar. Bu qrupdan olan material-
lar 2000
0
S-dən yüksək teperaturun təsirinə uzunmüddət davam gətirir
(maqnezit və qrafit materiallar).
Odadavamlı materiallar metallurgiya və digər sənaye müəssi-
sələrinin sobalarının tikintisində tətbiq edilir.
§ 4. Materialların mexaniki xassələri
Deformativ xassələr. Bərk materialın
xarici yüklərin,
habelə
öz kütləsinin, temperaturun və digər amillərin təsiri altında forma və
ölçülərini dəyişməsinə
deformasiya deyilir.
Deformasiyalar xarakterinə görə elastik və plastik olur.
Xarici yük götürüldükdən sonra yox olan deformasiyaya
elas-
tik deformasiya deyilir.
Xarici qüvvənin qiyməti müəyyən həddi keçdikdən sonra ma-
terialda
həm elastik, həm də qalıq deformasiyası alınır.
Xarici qüvvə
götürüldükdə
materialda qalan deformasiyaya qalıq yaxud
plastik
deformasiya deyilir.
Bütün inşaat materialları deformasiyaların
növünə görə elas-
tik, plastik və kövrək olur.
Dostları ilə paylaş: