18
18
Bərklik. Materialın ona daxil olan digər daha bərk materiala
müqavimət göstərmək qabiliyyətinə
bərklik deyilir.
Plastik materialların bərkliyini
təyin etmək üçün bir neçə
üsullar mövcuddur. Bu üsullardan ən çox yayılanı Brünel üsulu ilə
bərkliyin təyinidir. Bu üsulda metal
nümunəsinin səthinə termik
möhkəmləndirilmiş poladdan hazırlanan müəyyən diametrli (2,5; 5
yaxud 10 mm) kürəni press vasitəsilə basırlar. Kürəciyə tətbiq olunan
yükün kürənin nümunənin səthində açdığı izin sahəsinə olan nisbətinə
Brünelə görə
bərklik ədədi deyilir. Bu ədəd HB ilə işarə edilərək,
aşağıdakı düsturla hesablanır:
HB
=
F/
Dh.
Burada
F
yük, kQ (3000, 1000 və 250 kQ götürülə bilər);
D
kürənin dia-
metri, mm;
h
kürənin batma dərinliyidir, mm.
Brünel üzrə bərklik ədədi qalay üçün 5, alüminium üçün 20,
Ct 3 markalı polad üçün 125, volfram üçün isə 290-dır.
Ağac, beton və plastik kütlələrin
bərkliyi də polad kürənin
batma dərinliyinə əsasən təyin edilir.
Daş materialların bərkliyi bərklik şkalası
Moos şkalası üzrə
təyin edilir ( cədvəl 1.2). Bu şkalada 10 ədəd mineral elə yerləş-
dirilmişdir ki, sonrakı mineral əvvəlki mineralın üzərində cızıq çəkə
bilir.
Materialın bərkliyi həmişə onun möhkəmliyinə uyğun gəlmir.
Məsələn, ağac materialların dartılmada və sıxılmada müqaviməti çox
yüksəkdir, lakin bərkliyi çox azdır, yəni yumşaq materialdır.
Dostları ilə paylaş: