N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   104
N. M. A AB yli

Fasad tavacıqları bişirdikdə ağ rəng əldə edən gillərdən yaxud 
rəngli gillərdən hazırlanır. Tavacıqları iki üsulla istehsal edirlər: 
yarımquru presləmə və tökmə üsulu. Preslənmiş fasad tavacıqlarından 
panel və iri blokların xarici səthlərinin, kərpic binaların xarici 
divarlarının, kürsülərin, löcilərin, erkerlərin və binaların digər 
elementlərinin, yeraltı piyada və nəqliyyat keçidlərinin üzlənməsində 


71 
71 
istifadə edilir. Tökmə üsulu ilə istehsal edilmiş tavacıqlar yaşayış, 
ictimai və sənaye binalarının xarici və daxili divarlarına, sütunlarına 
və digər elementlərinə bəzək vurmada tətbiq edilir. Bu tavacıqlardan 
kürsülərin və karnizlərin üzlənməsində istifadə etməyə yol verilmir. 
Fasad tavacıqları müxtəlif faktura, rəng və ölçülərdə hazırlanır. 
Ən çox yayılmış və presləmə üsulu ilə hazırlanan fasad tavacıqlarının 
ölçüləri aşağıdakılardır: 250

140

10, 213

107

10, 150

75

7, 
120

65

7, 125

60

7, 48

48

4, 46

46

4 mm və s. Tökmə üsulu ilə 
istehsal olunmuş tavacıqlar tərəflərinin ölçüləri 21, 46, 71, 96, 121 
mm və qalınlığı 3

3,5 mm olan kvadrat və düzbucaqlı formada olur. 
Fasad tavacıqlarının əsas göstəricilərindən biri onların şaxta-
yadavamlılığıdır. Şaxtayadaıvamlılığına görə bu tavacıqlar iki mar-
kada olur: F 35 və F 25. Havasının orta aylıq temperaturu (qış zamanı) 

15
0
S-dən aşağı olan rayonlarda şaxtayadavamlılığına görə markası F 
35-dən az olmayan fasad tavacıqlarından istifadə edilir. 
Xalça keramikası kağız əsasa yapışdırılmış kiçik ölçülü kera-
mik tavacıqlardan ibarət üzlük məmulatdır. Xalçanı eyni yaxud müx-
təlif rəngli tavacıqlardan yığırlar. Adətən, tavacıqların ölçüləri 
48

48

4, 22

22

4 və 120

65

7 mm olur. Lakin xalça digər ölçülü 
tavacıqlardan da yığıla bilər. Tavacıqların səthi parlaq (şirlənmiş) ya-
xud donuq ola bilər.
Xalça keramikası tavacıqlarının suhopması 6 %-dən az və 12 
%-dən çox, şaxtayadavamlılığı isə F 25-dən az olmamalıdır. 1 m
2
tavacığın kütləsi qalınlığından asılı olaraq 6

8 kq olur. Tavacıqları 
yapışqanla kraft kağızına yapışdırırlar. Yapışqan elə olmalıdır ki, 
xalçanı divara yapışdırdıqdan sonra kağızla birlikdə asan yuyulsun. 
Binaların hazır kərpic və beton divarlarını üzləmək üçün iri 

250

140

10 və 213

107

10 mm ölçülü tavacıqlardan istifadə edirlər. 
Bu tavacıqlar şirlənmiş və şirlənməmiş olur, divara isə sement 
məhlulla yapışdırılır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin