69
69
Keramik divar materialların sıxlığını və istilikkeçirməsini azalt-
maq üçün onları boşluqlu və məsaməli düzəldirlər.
Belə keramik
materialları
effektiv keramik materiallar adlandırırlar. Onlara boşluqlu
keramik kərpic və daşlar, habelə yüngül inşaat kərpici və daşları
aiddir.
Boşluqlu keramik kərpic və daşları tərkibində yanan əlavələr
olan yaxud həmin əlavələr olmayan asanəriyən gillərdən plastik yaxud
yarımquru qəlibləmə üsulu ilə alırlar. Boşluqlu kərpic və daşlar üçün
istifadə olunan keramik kütlə daha səylə qarışdırılmalı
və onun
qəliblənməsi üçün vakuum presindən istifadə olunmalıdır. Kərpic və
daşda boşluqlar (deşiklər) açmaq üçün presin müştüyünə kern deyilən
qurğu keçirilir. Boşluqlar kərpicin və daşın yatağına
nisbətən
perpendikulyar yaxud üfqi yerləşdirilir. Onlar dairəvə yaxud
düzbucaqlı formada ola bilər.
Boşluqlu kərpiclər adi (250
120
65 mm), qalınlaşdırılmış
(250
120
88 mm) və modul (288
138
65 mm) ölçülərdə, boşluqlu
daşlar isə adi (250
120
138 mm), modul (288
138
138 mm) və iri-
ləşdirilmiş (250
250
138 mm) ölçülərdə buraxılır.
Boşluqlu kərpic və daşların sıxlığı 1400
1600 kq/m
3
, markaları
isə adi gil kərpicində olduğu kimidir. Onlardan yükdaşıyan xarici və
daxili divarlarda, arakəsmələrdə, bina və tikililərin
digər hissələrində
istifadə olunur. Göstərilən kərpic və daşlardan bünövrələrdə,
kürsülərdə və nəmliyi çox olan otaqların divarlarında
istifadə etmək
məsləhət görülmür.
Dostları ilə paylaş: