81
81
Şüşənin əsas tərkib hissələrindən biri CaO-dir. O,
xammala
əhəngdaşı, təbaşir və dolomit halında əlavə edilir. Bu oksid şüşəyə
kimyəvidavamlılıq verir. MgO (maqnezit və dolomit halında) şüşənin
kristallaşma qabiliyyətini azaldır və Al
2
O
3
ilə
birlikdə onun kimyəvi
davamlılığını artırır. VaO (barit və viterit mineralları halında) və PbO
(qurğuşun sülügəni halında) başlıca olaraq, optik şüşəyə və büllura
qatılaraq, onlara parlaqlıq verir və şüa sındırma göstəricisini artırır.
Sink belili halında xammala qatılan ZnO
şüşənin termik genişlənmə
əmsalını azaldır və kimyəvi davamlılığını artırır.
Köməkçi xammal materiallarına rəngləyici, rəngboğucu, şəf-
faflaşdırıcı və əritməni sürətləndirən materiallar aiddir. Bu
materiallar
şüşə kütləsinə spesifik xüsusiyyətlər verir.
Şüşənin istehsalında işlədilən xammal materiallarının,
xüsusən
kvars qumunun tərkibində dəmir oksidləri qatışığının olması onda
sarımtıl, yaşıl çalarların əmələ gəlməsinə səbəb olur. Bu xoşa gəl-
məyən çalarları aradan qaldırmaq üçün şüşə kütləsinə rəngsizləşdirici
maddələr
nikel, kobalt və manqan oksidləri qatılır.
Şüşə kütləsini şəffaflaşdırmaq və onda olan qaz qabarcıqlarını
aradan qaldırmaq üçün müxtəlif şəffaflaşdırıcı materiallar
arsen 3-
oksid və ammonium duzları işlədilir.
Əritməni sürətləndirməkdən ötrü flüor, xlor,
bor və fosfor bir-
ləşmələri, habelə ammonium duzları tətbiq edilir.
Xammal materiallarının hazırlanması aşağıdakı əməliyyatlardan
ibarətdir: qumun kənar qatışıqlardan təmizlənməsi və qurudulması,
karbonat süxurlarının qurudulması, xırdalanması və üyüdülməsi,
şixtanın hazırlanması.
Qumu təmizləmək üçün onun tərkibindən gil və toz hissəciklə-
rini, xırda və iri qum dənəciklərini və eləcə də dəmir qatışıqlarını kə-
nar etmək lazımdır.
Bundan ötrü yuyulma, sürtüb-təmizləmə (suda),
flotasiya və s. üsullardan istifadə edilir.
Karbonat süxurları çənəli daşqıranlarda xırdalanır və quruducu
barabanda 400
0
S temperaturda qurudulur. Bundan sonra onları kürəli
dəyirmanda yaxud çəkicli daşqıranda narın üyüdür və sonra ələyirlər.
Kömür qaçağanda xırdalandıqdan və ələndikdən sonra seksiyalı
bunkerə daxil olur.
82
82
Şüşə şixtasının qalan komponentləri (soda,
natrium sulfat, sü-
lügən, potaş) kimya sənayesi məhsulları olduğundan,
onlar şüşə za-
voduna hazır halda daxil olur.
Şüşənin əriməsini sürətləndirməkdən ötrü şixtaya qatılan şüşə
sınıqları çeşidləndikdən sonra yuyulur və qaçağanda xırdalanır.
Xammal qatışıqlarını hazırladıqdan sonra onların əsasında şixta
hazırlayırlar.
Dostları ilə paylaş: