N. M. AĞABƏyli


Silisiumlu odadavamlı materialların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə59/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   104
N. M. A AB yli

Silisiumlu odadavamlı materialların iki növü vardır: kvars 
şüşəsi və dinas. 
Kvars şüşəsi  tökmə üsulu ilə tərkibində SiO
2
-nin miqdarı 99 
%-dən az olmayan əridilmiş kvarsdan hazırlanır. Istiliyə və turşuya 
davamlılığı yaxşıdır. Kvars şüşəsindən kimyəvi aparatların isteh-
salında istifadə edilir. 
Dinas odadavamlı materiallar kvars xammalını (üyüdülmüş 
kvars qumunu, marşalliti) əhəng yaxud digər yapışdırıcı ilə birlikdə 
870 
0
S-dən yüksək temperaturda bişirməklə hazırlanır. Tərkibində 
SiO
2
-nin miqdarı 93 %-dən az deyildir. Odadavamlılığı 1600

1770 
0
S-dir. Dinasdan poladəritmə və koks sobalarının tağ-tavanlarının 
hörgüsündə istifadə edilir. 
Alümosilikatlı odadavamlı materiallar üç qrupa bölünür: 
yarımturş, şamot və yüksəkalüminatlı. 
Yarımturş odadavamlı materiallarda SiO
2
-nin miqdarı 65 %--
dən, Al
2
O
3
-ün miqdarı isə 28 %-dən çox olur. Onları kvarslı qumları 
gil yaxud kaolin yapışdırıcısı ilə birlikdə bişirməklə istehsal edirlər. 
Kaolin yapışdırıcılı məmulatın odadavamlılığı 1710 
0
S-dən, gil 
yapışdırıcılı məmulatınkı isə 1580 
0
S-dən az olmur. Yarımturş 
odadavamlı materiallardan şaxta və tunel sobalarının divarlarının 
daxildən üzlənməsində istifadə edilir. 
Şamot odadavamlı materiallar  şamot (bişirilmiş və üyüdülmüş 
odadavamlı gil ovuntusu) və odadavamlı gil yaxud kaolin qarışığının 
bişirilməsindən hazırlanır. Onların tərkibində Al
2
O
3
-ün miqdarı 30

45 
% olur. Metallurgiya sobalarının, habelə fırlanan sobaların (sement 
sənayesində) hörgüsündə, daxili üzlük işlərində, buxar qazanlarında və 
s. yerlərdə şamot odadavamlı materiallardan istifadə edilir. 
Yüksək alüminatlı odadavamlı materiallar tərkibində 45 %--
dən çox Al
2
O
3
olan materiallardan (boksitdən, korunddan) istehsal 
edilir. Onların odadavamlılığı 1820

1860 
0
S-dir. Şüşə sənayesində 
sobaların hörgüsündə istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin