7.8 Hipofiz vəzi hormonları
Hipofiz vəzinin (beyin artımı) çəkisi çox azdır. İnsanda
onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 0,4 q,
donuzda 0,3 q olur.
Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə
boy və inkişaf proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və
arxa hissələrin hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələ-
lik tam müəyyənləşdirilməmişdir. Ön hissənin hormonları aşağı-
dakılardır: somatotropin, honadrotropin, adrenokortikotropin,
tireotropin, laktotropin.
7.8.1 Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi
heyvanın növündən asılıdır. Qaramalın somatotropinində 396, in-
sanınkında isə 190 aminurşusunun qalığı vardır. Sonuncu 1971-ci
193
ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda somatotropinin mole-
kul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy
hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst amintur-
şularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azot-
lu maddələr az ifraz olunur. Diabetogen və pankreotrop təsir
bununla əlaqədardır. Karbohidratların mübadiləsinə təsir edərək
əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin
və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürət-
ləndirir. Bu hormon sümük və qığırdaq toxumalarına xüsusilə
güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir,
fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd vəzilə-
rinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm
də somatomedin (somatotropinin mediaboru) adlanan zülali mad-
dələrlə biokomplekslər şəklində təsir göstərir. İnsanın qanında
somatomedinlərin 6 növü tapılmışdır.
Somatotropinin sintezini hipotalamusda əmələ gələn xüsusi
dekapeptid artırır. Bu 10 aminturşusunun qalığından ibarət olub,
növ xüsusiyyətinə malik deyildir. Sənaye üsulu ilə sintezi müm-
kündür.
Bundan heyvanların boy və inkişafını nizamlamaq üçün
istifadə etmək olar (Ç. Tenner).
7.8.2 Honadotrop hormonlar
.
Bu ad altında hipovizin ön
payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfo-
gen hormonlar birləşdirilir. Honadotrop hormonlar mürəkkəb
quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormonların
miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sin-
tezi azalır.
194
7.8.3. Folikultənzimedici hormon - follitropin dişilərin
yumurtalığında olan folekullara, erkəklərin toxumluğunda gedən
spermatogenez prosesinə stimuləedici təsir göstərir. İnsan folekul-
tənzimedici hormonu molekul kütləsi 34 000 Dalton olan qlüko-
proteiddir.
7.8.4. Lüteinləşdirici hormon-dişilərdə ovulyasyanı (fole-
kulun partlaması yumurtahüceyrənin azad olması) və yumurta-
lıqlarda sarı cismin əmələ gəlməsini sürətləndirir, erkəklərdə isə
androgenləri hasil edən leydiq hüceyrələrinin fəaliyyətini tənzim
edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500
Daltondur.
7.8.5. Laktogen hormon (laktotropin)-süd vəzilərinə
estrogenlər kimi təsir göstərir onların poliferasiyasına səbəb olur
və hamiləlik dövründə hipotrofiyaya uğramış süd vəzilərində
südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin
qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.
7.8.6. Andrenokortikotropin (AKTH). Bu hormon 39
aminturşusunun qalığından ibarət polipeptiddir, sintez edilmişdir.
Müxtəlif heyvanların adrenokortikotrop hormonu quruluşca
fərqlənir.
25 26 27 28 29 30 31 32
İnsanda: Asp.-Ala.-Qlis.-Qlut.-Asp.-Qlut.-Ser.-Ala.
Qaramalda: Asp.-Qlis.-Qlut.-Ala.-Qlut.-Asp.-Ser.-Ala.
Donuzda: Asp.-Qlis.-Ala.-Qlut.-Asp.-Qlut.-Ley.-Ala.
Qoyunda: Ala.-Qlis.-Qlut.-Asp.-Asp.-Qlut.-Ala.-Ser.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü
vəzilərin qabıq hissəsinə təsir göstərməklə karbohidratların müba-
diləsində iştirak edir.
Andrenokortikotropin (AKTH) kortikoidlərin sintezinin baş-
195
lanğıc mərhələlərinə təsir etməklə qlükokortikoidlərin sintezini və
sekresiyasını sürətləndirir. AKTH-ın böyrəküstü vəzilərə gös-
tərdiyi təsirlə əlaqədar olaraq qanda və sidikdə 17-ketosteroidlərin
və qlükokortikoidlərin miqdarı artır. Bu hormonun təsiri altında
toxumaların oksigenə qarşı tələbatı artır, yağların parçalanması və
aseton cisimlərin əmələ gəlməsi sürətlənir, orqanizmin insulinə
qarşı həssaslığı azalır.
7.8.7. Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı
vəzin fəallığını artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən
karbohidratların mübadiləsinə təsir edir. Bu hormon qlükopro-
teiddir, qeyri-zülal hissəsi karbohidratlardandır. Tərkibində 3,5%
heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır.
Tireotrop hormon (tireotropin) molekul kütləsi 28 300 Da-
dur. Onun molekulu iki α və β poliprptid zəncirindən ibarətdir.
α-zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-
də 11 ədəd disulfid rabitəsi olur.
Tireotropinin hüceyrələrə təiri onun spesifik reseptorlara
birləşməsi ilə başlayır sonra isə qalxanabənzər vəzi hüceyrələrində
membranla rabitəli olan adenilat-siklaza fermentinin aktivliyi artır
və hüceyrələrin sitoplazmasında siklik AMF sintezi sürətlənir. Bu
isə qeyri-üzvi yod birləşməsinin qalxanabənzər vəzi heceyrələri
tərəfindən tutulmasını, tireoid hormonların əmələ gəlməsini və
qana ifraz olunmasını sürətləndirir. Tireotrop hormon bu proses-
lərə Ca
2+
ionlarının qalxanabənzər vəzi hüceyrələrinin membran-
larından keçməsini sürətləndirmək yolu ilə təsir göstərir.
7.8.8. Hipofizin orta payının hormonu. Hipofizin orta
(ara) payında melanositstimuləedici hormon (melanotropin, inter-
medin) sintez edilir. Məməli heyvanlarda bu hormonun iki forma-
sına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-
muləedici hormon adlanır. α- Melanositstimuləedici hormon – tər-
196
kibinə 13 aminturşu qalığı daxil olan polipeptiddir. Onun moleku-
lunun birinci quruluşu adrenokortikotrop hormonunun molekul
zəncirinin ilk 13 aminturşu qalığından ibarət olan hissəsi ilə
eynidir. Lakin α-melanotropin molekulunun N-terminal hissə-
sində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş
şəkildə olur, onun C-terminal hissəsində olan 13-cü aminturşu isə
valin turşusunun amididir:
CH
3
─CO─NH─Ser─Tir─Ser─Met─Qlu─His─Fen─Arg─
─Tri─Qli─Liz─Pro─Val─CO─NH
2
Üzərində tədqiqat aparılan heyvanların hamısının α-melano-
tropininlərinin birinci quruluşu eynidir. β-Melanotropinin mole-
kul quruluşu α-melanotropinə nisbətən bir qədər mürəkkəbdir.
Heyvanların əksəriyyətində bu hormonun molekuluna 18 amintur-
şu qalığı daxildir. İnsanlardan alınmış β-melanotropinin molekulu
isə 22 aminturşu qalığından ibarətdir.
H
2
N─Ala─Qlu─Liz─Liz─Asp─Qlu─Qli─Pro─Tir─Arg─Met─
─Qlu─His─Fen─Arg─Tri─Qli─Ser─Pro─Pro─Liz─Asp─OH
Melanositstimuləedici hormon balıqların, suda-quruda yaşa-
yanların və sürünənlərin dərilərində olan piqment hüceyrələrinin
miqdarını artırmaqla onların bədənlərinin rəngini dəyişir, məməli-
lərdə isə bu hormonun təsiri nəticəsində melanin piqmentinin
sintezi artır. Melanositstimuləedici hormon hipofizdən qana fasilə-
siz surətdə ifraz edilir. Gözün torlu qişasının günəş şüaları ilə
qıcıqlandırılması hormonun sekresiyasını sürətləndirir.
7.8.9. Hipofizin arxa payının hormonları. Yuxarıda gös-
tərilmişdir ki, hipofizin arxa payının hormonları – vazopressin və
oksitosin hipotalamus nüvələrindəki neyrosekretor hüceyrələrdə
əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri vasitəsilə
197
hipofizin arxa payına gətirilir. Burada vazopressin və oksitosin
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisim-
ciklərində) toplanır. Beləliklə, hipofizin arxa payı bu hormonlar
üçün rezervuar vəzifəsi daşıyır. Q. Olivekronun (1957) məluma-
tına görə, vazopressin hipotalamusun supraotik, oksitosin isə para-
ventrikulyar nüvələrində əmələ gəlir.
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə,
nonapeptiddirlər. Onlar bir-birindən iki aminturşu qalığı ilə fərqlə-
nirlər. Belə ki, oksitosinin molekulunda leysin və izoleysin qalığı
olduğu halda, vazopressinin molekul zəncirinin həmin aminturşu-
lara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları
yerləşir:
Bu hormonların molekullarında iki sistein qalığı disulfid
rabitəsi ilə birləşərək sistin aminturşusu əmələ gətirir.
Dyu Vinyu vazopressin və oksitosin sintetik yolla əldə
etmişdir. Onun sintez etdiyi birləşmələrin aktivliyi, təbii mənbə-
lərdən alınan hormonların aktivliyinə tamamilə müvafiq gəlir.
7.8.10. Oksitosin (pitosin) – uşaqlığın və başqa saya əzə-
ləli üzvlərin yığılma qabiliyyətini artırmaq xüsusiyyətinə malikdir.
Bundan əlavə, oksitosin laktasiya dövründə süd vəzilərinin fəaliy-
Pro─Ley─Qli(NH
2
) Pro─Ark─Qli(NH
2
)
│ │
Sis─Asp─NH
2
Sis─Asp─NH
2
S Qlü─NH
2
S Qlü─NH
2
│ │ │ │
S İley S Fen
Sis─Tir Sis─Tir
Oksitosin Vazopressin
198
yətini artırır.
Hamiləliyin erkən dövrlərində oksitosin uşaqlığa təsir
göstərmir. Sonralar uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir
və doğuş dövründə maksimal səviyyəyə çatır. Estrogenlər uşaqlı-
ğın oksitosinə qarşı həssaslığını yüksəldir, sarı cismin hormonu
(prohesteron) isə azaldır. Oksitosin süd yollarının miopitelial
hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili
təzyiqini yüksəldir və südvermə prosesini stimulə edir. Təmiz
oksitosin vazopressinin, təmiz vazopressinin isə oksitosinin bəzi
təsir xüsusiyyətlərini cüzi dərəcədə özündə əks etdirir. Oksitosin
qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə
parçalanır.
7.8.11. Vazopressin (antidiuretik hormon). Vazopressin
diurezi (gündəlik sidik ifrazı) azaldır və qan təzyiqini yüksəldir.
O, böyrək kanalcıqlarının distal seqmentində və yığıcı borucuq-
larda birinci sidiyin tərkibindən suyun reabsorbsiyasını artırır.
Vazopressinin antidiuretik təsirinin dəqiq mexanizmi hələlik tam
aydınlaşdırılmamışdır.
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyar-
ların daralmasına səbəb olur ki, bu da qan təzyiqinin yüksəlməsi
ilə nəticələnir. Vazopressin tac damarları daraldaraq, ürək çatış-
mazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək lazımdır ki,
qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları
(antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq
olunmalıdır. Vazopressin qısamüddətli təsir göstərir. Bədənə
yeridilmiş vazopressinin aktivliyi 1 – 3 dəqiqə müddətində 2 dəfə
azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə parçalanır, 8 –
10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.
199
HO─
─CH
2
─CH
2
─NH
2
NH
─CH
2
─CH
2
│ + CO
2
NH
2
NH
N
─CH
2
─CH─COOH
│
NH
2
Histiamin
Histidin
N
NH
7.9 Hormonoidlər
Hormonoidlər deyilən maddələr də vardır. Bunlar da
hormonlar kimi təsir edir, lakin daxili sekresiya vəzilərində əmələ
gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.
Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə-
bağırsaq traktında və s.) müəyyən edilmişdir. Serotonin qan
damarlarını daraltdığı üçün xüsusi əhəmiyyətə malikdir. Qan
axmasının qarşısını almaqda işlənir. Histamin də hormonoiddir.
Histidinin dekarboksilləşməsindən əmələ gəlir.
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O,
sinir oyanmalarının verilməsində iştirak edir, mədənin selik qişa-
sında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzi-
lərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də
şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində bu qrupa mən-
sub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə keçməsini nizamlayır. Kimyəvi təbiətinə görə heptapeptid-
dir. Quruluşu belədir:
Asp─ark─val─tir─ilə─his─pro─fen.
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın
200
selik qişasındakı vəzilərdə istehsal olunan polipeptiddir. Onun
molekul kütləsi 5000-ə yaxındır. Sekretin pankreas şirəsinin və
ödün sekresiyasını stimullaşdırır. Bradikinin də hormonoiddir, 9-
aminturşusunun qalığından ibarət peptiddir. Aminturşularının
düzülmə ardıcıllığı belədir: arginin─prolin─prolin─qlisin─fenil-
alani─serin─prolin─fenilalanin─arginin. Bu hormonoid damarları
genişləndirir, saya əzələləri qısaldır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan
və heyvan orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə
də onların təbabətdə və baytarlıqda daxili sekresiya vəzilərinin
xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Heyvanların
boy və inkişafının nizamlanmasında, məhsuldarlığının artırılma-
sında hormonların tətbiqinin böyük perspektivləri vardır.
Mövzuya aid suallar
1. Hormonların nomenklaturası və təsnifatını xarakterizə
edin.
2. Qalxanabənzər vəzinin hormonları və onların funksya-
ları barədə məlumat verin.
3. İnsulin və adrenalinin antoqonist funksiyalarını göstərin.
4. Steroid hormonların kimyəvi təbiətini və fizioloji təsiri-
ni aydınlaşdırın .
5. Cinsi əlamətlərin inkişafında androgenlərin fəaliyyəti
barədə məlumat verin.
6. Hipoviz vəzinin ön hissəsinin hormonlarının maddələr
mübadiləsində rolunu izah edin.
201
7. Hormonoidlər barədə məlumat verin. Onların bioloji
rolunu göstərin.
8. Hansı hormonlar steroid quruluşdadır. Nə üçün?
9. Hansı hormonlar cinsi əlamətlərin inkişafına dolayı
yolla təsir göstərir.
10. Hormonların fermentlərlə əlaqəsi hansı əlamətlərlə
xarekterizə olunur.
202
VIII FƏSİL
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ
Maddələr mübadiləsi canlıları cansızlardan ayıran əsas
əlamətdir. Maddələr mübadiləsi dəqiq nizamlanmış biokimyəvi və
fizioloji bir prosesdir. Bu prosesdə qanın və digər maddələrin
orqanizmə daxil olması, onların orqanizm tərəfindən mənimsənil-
məsi, hüceyrə daxilində digər məhsullara çevrilməsi və əmələ
gələn lazımsız məhsulların orqanizmdən xaric olunması ardıcıllığı
ilə baş verir. Bu çevrilmələr xarakterik biokimyəvi reaksiyalarla
(hidroliz, hidrogenləşmə, aminləşmə, fosforlaşma və s.) icra olu-
nur. Bu reaksiyalar mərkəzi sinir sisteminin nəzarəti və hormon-
ların iştirakı ilə fermentlər tərəfindən sürətləndirilir. Maddələr
mübadiləsi bütün hüceyrə quruluşunun boy və inkişafını və enerji
təminatı ilə təmin edir. Maddələr mübadiləsinin dayanması
orqanizmin həyat fəaliyyətinin zəifləməsinə və nəhayət məhvinə
səbəb olur.
Maddələr mübadiləsi bir-biri ilə əlaqəli və müxtəlif istiqa-
mətə yönələn iki prosesin vəhdətindən ibarətdir. Birinci-dissim-
lyasiya (və ya metabalizm) maddələrin parçalanma prosesidir.
İkincisi assimilyasiya (və ya katabolizm) maddələrin əmələ gəlmə
prosesidir. Bu proseslərdə əmələ gələn maddələr metobolitlər
adlanır. Bu bölgü şərtidir, orqanizmdə bunlar eyni zamanda
yaranır biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.
203
Cədvəl 10.
İnsanın qida maddələrinə olan təlabatı
Orqanizm-
də ümumi
miqdarı
kq-la
Enerjisi
kCoul/q
Kkal/q
Gündəlik təlabat, q-la
İnkişaf etmiş
ölkələrdə
gündəlik
faktiki
təlabat, q-la
Maddələr
mübadilə-
sində rolu,
funksyası
Əvəzolunmaz
komponentləri
Minimum
miqdar
Tələb
olunan
miqdar
Zülallar
10
17 (4,1)
37/29
*
55/45
*
92/75
*
Amintur-
şuların
daşıyıcısı,
enerji
mənbəyi
Əvəzolunmaz
aminturşular:
valin, leysin,
izoleysin, lizin,
fenilalanin, trip-
tofan, metionin,
treonin
Karbohidratlar
1
17 (4,1)
0
390
240-310
Ümumi
enerji
mənbəyi
(qlükoza);
enerji eh-
tiyatı (qlü-
kogen),
dayaq
maddəsi
(sümüklər
qığırdaq)
Əvəzolunmaz
komponentlər
(otsutsvunot)
204
Yağlar
10 – 15
30 (9,3)
10
80
130
Ümumi enerji
mənbəyi, əsas
enerji ehtiyatı;
vitaminlərin həll-
edicisi; Əvəzolun-
maz yağ turşuları-
nın mənbəyi
Yüksək
molekul-
lu doy-
mamış
yağ tur-
şuları;
linol,
linolin,
araxidon
Su
35 – 40
0
1200
-
-
Həlledici;
hüceyrənin tərkib
hissəsi; biokim-
yəvi reaksiyaların
əsası, orqanizmdə
temperaturun
tənzimləyicisi
-
Mineral maddələr
Quruluş kompo-
nentləri; elektro-
litlər; ferment-
lərin kofaktoru
Makro-
və mik-
roele-
mentlər
Vitaminlər
-
-
0,2
-
-
Kofermentlərin
tərkib hissəsi
Yağlarda
və suda
həll olan
vitamin-
lər
* - bölünəndə kişilər, böləndə qadınlar üçün norma verilmişdir.
Anabolizm (assimlyasiya)-prosesində sadə molekullardan
mürəkkəb tərkibli maddələrin sintez olunması baş verir. Anabo-
lizim prosesində NT-i, zülallar və digər makromolekullar əmələ
gəlir. Anabolizm reksiyaları ATF və NADN-enerjisindən iatifadə
sayəsində mümkün olur.
Katabolizm (dissimliyasiya)-prosesi orqanizmin hüceyrə-
lərində mürəkkəb maddələrin daha sadə aşağı molekul tərkibli
məhsullara (CO
2
, H
2
O,NH
3
və s) çevrilməsi və onların orqanizm-
dən xaric olunmasıdır.
Anabolizm və katabolizm prosesləri bir-birindən asılı ol-
mayaraq müxtəlif istiqamətlərdə baş verir. Ancaq buna baxmaya-
205
yaraq bu proseslər bir-birilə vəhdət təşkil edir. Katabolizm
prosesləri anabolizm prosesləri üçün metabolitlərə enerji hazırla-
yır. Anabolizm prosesləri isə ehtiyat enerji yığır və mürəkkəb
maddələr hazırlayır.
Bütün canlılar üçün yer kürəsində ilk enerji mənbəyi
Günəşdir. Fotosintez prosesi Günəş enerjisi (hν) nəticəsində bitki-
lərin yaşıl hissələrində üzvi maddələrin əmələ gəlməsini təmin
edir. Bitkilər avtotrof orqanizmlərdir.
2
6
12
6
2
2
6
6
6
nO
O
H
nC
O
nH
nCO
h
xlorofil
Bu prosesdə qeyri üzvi maddələrdən üzvi maddələr sintez
olunur.
İnsanlar və heyvanlar isə enerji mənbəyi kimi yalnız qida
vasitəsilə qəbul olunan üzvi maddələrdən istifadə edir, belə
orqanizimlər heterotrof orqanizmlər adlanır.
Cədvəl 11.
İnsanın mineral komponentlərə təlabatı
Kompo-
nent
Orqanizmdə
miqdarı q-la
Əsas mənbəi
Gündəlik
təlabatı q-la
Funksyası
Su
H
2
O
35000-40000
İçkilər; bərk qidanın
tərkibində olan su;
oksidləşmə prosesində
alınan su (300 q)
1200/900
*
Həlledici; hüceyrənin
tərkib hissəsi, biokimyəvi
reaksiyaların iştirakçısı
Makroelementlər
**
Na
100
Xörək duzu
1,1 - 3,3
Osmotik tənzimləyici;
membran potensialcısı
K
150
Meyvə, tərəvəz, dənli
bitkilər
1,9-5,6
Membran potensialcısı,
mineral maddələr müba-
diləsi
Ca
1300
Süd və süd məhsulları
0,8
Sümük toxumasını
formalaşdırmaq; qanın
laxtalanması; orqanizmin
siqnal maddəsi
Mg
20
Yaşıl tərəvəz
0,35
Sümük toxumasını for-
malaşdırmaq, ferment-
lərin koferment tərkibi
206
CI
160
Xörək duzu
1,7-5,1
Mineral maddələr müba-
diləsi
P
650
Ət, süd, tərəvəz,dənli
bitkilər
0,8
Sümük toxumasını
forma-laşdırmaq; enerji
mübadiləsi, nuklein
turşularının mübadiləsi
S
200
Kükürdlü aminturşular
(sistin, sistein, metio-
nin)
0,2
Lipidlərin və
karbohidratların
mübadiləsi; konyuqatla-
rın əmələgətiricisi
Mikroelementlər
Fe
4 – 5
Ət, qaraciyər, yumurta,
tərəvəz, kartof, dənli
bitkilər
0,010
Hemoqlobin, mioqlobin,
sitoxromlar
Zn
2 – 3
Ət, qaraciyər, dənli
bitkilər
0,015
Sinktərkibli fermentlər
Cu
0,1 – 0,2
Ət, balıq, meyvə,
tərəvəz
(2 – 3) ∙ 10
-3
Oksidazalar
Mn
0,02
Qida məhsullarının
əksərində
(2 – 5) ∙ 10
-3
Fermentlər
Co
˂ 0,01
Balıq
─
B
12
– vitamini
Cr
˂0,01
─
(0,5 – 2) ∙ 10
-4
─
Mo
0,02
Dənli bitkilər, qoz,
fındıq, şabalıd
(1,5 – 5) ∙ 10
-4
Oksireduktaza
Se
─
Ət, tərəvəz
(0,5 – 2) ∙ 10
-4
Selentərkibli fermentlər
J
0,03
Dəniz balığı, yodlaşdı-
rılmış duz, dəniz
yosunları, içməli su, qoz
1,5 ∙ 10
-4
Tiroksin
F
-
─
Dana əti, içməli su, çay,
süd
(1,5 – 4) ∙ 10
-4
Sümük, dişin emalı
* - Bölünəndə kişilər, böləndə qadınlar üçün norma
verilmişdir.
** - Göstərilən makroelementlərə gündəlik təlabatı 100 mq-
dan çox olanlardır.
Canlı orqanizmə daxil olan hər bir üzvi maddə müəyyən
miqdarda potensial enerji ehtiyatına malikdir. Buna sərbəst enerji
adı verilmişdir. Üzvi maddə yandırıldıqda onun enerjisi bütünlük-
lə istilik şəklində xaric olunur. Maddənin kalorinetr vasitəsilə
təyin edilən yanma istiliyinə ümumi enerji adı verilmişdir. Sabit
temperatur və atmosfer təzyiqi şəraitində maddənin yanma istiliyi
ilə sərbəst enerjisi arasında olan əlaqə ΔH=ΔG+TΔS tənliyi ilə
207
ifadə edilir (bu tənlikdə ΔH-ümumi enerjinin dəyişməsini, ΔG-
sərbəst enerjinin uğradığı dəyişikliyi, T-mühitin mütləq tempera-
turunu, ΔS isə sistemin entropiyasını göstərir). Hər hansı bir
reaksiya zamanı sərbəst enerjinin dəyişməsini isə ΔG=ΔH-TΔS
tənliyi ilə ifadə etmək olar. Maddənin sərbəst enerjisinin ayrılması
ilə müşaiət olunan reaksiyalar ekzerqonik proseslər, enerjinin sərf
olunması ilə baş verən reaksiyalar isə enderqonik proseslər
adlanır. Canlı orqanizmlərdə kimyəvi reaksiyalar sadəcə olaraq
istilik enerjisinin xaric olunması ilə nəticələnmir. Bu reaksiyalarda
yaranan enerji istilik enerjisinə çevrilmədən bilavasitə bir sıra
həyati funksiyaların yerinə yetirilməsinə sərf edilir.
Üzvi maddələrin sərbəst enerjisinin maddi əsasını atomlar
arasında olan kimyəvi rabitələr təşkil edir. Adətən, üzvi birləşmə-
lərdə olan adi kimyəvi rabitə növlərinin parçalanması və sintezi
zamanı ayrılan və ya qəbul edilən enerjinin miqdarı 19,5 kC/mol-
dan artıq olmur. Lakin 25 kC/mol və daha artıq sərbəst enerjiyə
malik olan kimyəvi rabitə növləri də məlumdur. Belə kimyəvi
rabitələrə-makroergik rabitə, birləşmələrə isə makroergik birləş-
mələr deyilir. Makroergik rabitəyə malik olan birləşmələrdən üzvi
aləmdə ən geniş yayılanları-nukleozit-trifosfatlar (ATF, UTF,
STF, QTF,TTF), kreatinfosfat, fosfoenolpiroüzüm turşusu, 1,3-
difosfoqliserin turşusu, bəzi tioefir birləşmələri (məsələn, asilko-
enzim-A) və başqaları aiddir.
Bioenergetik proseslərdə ATF-in çox mühüm əhəmiyyəti
vardır. Onun bir qram molekulunun hidroliz prosesinə uğrayaraq
ADF və fosfat turşusuna çevrilməsi zamanı 30,2 kC enerji ayrılır.
208
209
Bu maddə orqanizmdə universal enerji mənbəyi vəzifəsi
daşıyır. Toxumalarda digər makrorgik rabitəli birləşmələr çox
zaman ATF molekullarında toplanan enerjinin sərf edilməsi
hesabına yaranır.
Dostları ilə paylaş: |