N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix07.01.2017
ölçüsü3,61 Mb.
#4825
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 
7.8 Hipofiz vəzi hormonları 
 
Hipofiz  vəzinin  (beyin  artımı)  çəkisi  çox  azdır.  İnsanda 
onun  çəkisi  1  q-a  yaxın,  inəkdə  3,8  q,  atda  2  q,  qoyunda  0,4  q, 
donuzda 0,3 q olur. 
Hipofizin  hormonları  maddələr  mübadiləsinə  təsir  etməklə 
boy və inkişaf proseslərini nizamlayır.  
Hipoviz  vəzi  3  hissədən  ibarətdir:  ön,  orta  və  arxa.  Ön  və 
arxa hissələrin hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələ-
lik  tam  müəyyənləşdirilməmişdir.  Ön  hissənin  hormonları  aşağı-
dakılardır:  somatotropin,  honadrotropin,  adrenokortikotropin, 
tireotropin, laktotropin. 
7.8.1  Somatotropin.  Bu,  zülal  təbiətli  maddə  olub,  tərkibi  
heyvanın növündən asılıdır. Qaramalın somatotropinində 396, in- 
sanınkında isə 190 aminurşusunun qalığı vardır. Sonuncu 1971-ci  

193 
 
ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda somatotropinin mole-
kul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy 
hormonu  da  deyilir.  Bu  hormon  toxumalarda  sərbəst  amintur-
şularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azot-
lu  maddələr  az  ifraz  olunur.  Diabetogen  və  pankreotrop  təsir 
bununla  əlaqədardır.  Karbohidratların  mübadiləsinə  təsir  edərək 
əzələlərdə qlikogenin miqdarını çoxaldır.  
Somatotropin  hüceyrələrin  bölünməsini,  hüceyrə  nüvəsinin 
və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürət-
ləndirir.  Bu  hormon  sümük  və  qığırdaq  toxumalarına  xüsusilə 
güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir, 
fosfataza  fermentini  fəallığını  artırır.  Onun  təsirindən  süd  vəzilə-
rinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir. 
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm 
də somatomedin (somatotropinin mediaboru) adlanan zülali mad-
dələrlə  biokomplekslər  şəklində  təsir  göstərir.  İnsanın  qanında 
somatomedinlərin 6 növü tapılmışdır.  
Somatotropinin  sintezini  hipotalamusda  əmələ  gələn  xüsusi 
dekapeptid  artırır.  Bu  10  aminturşusunun  qalığından  ibarət  olub, 
növ  xüsusiyyətinə  malik  deyildir.  Sənaye  üsulu  ilə  sintezi  müm-
kündür.  
Bundan  heyvanların  boy  və  inkişafını  nizamlamaq  üçün 
istifadə etmək olar (Ç. Tenner). 
7.8.2  Honadotrop  hormonlar

Bu ad altında hipovizin ön 
payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfo-
gen  hormonlar  birləşdirilir.  Honadotrop  hormonlar  mürəkkəb 
quruluşa  malik  olan  qlükoproteidlərdir.  Qanda  bu  hormonların 
miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sin- 
tezi azalır. 
 

194 
 
7.8.3.  Folikultənzimedici  hormon  -  follitropin  dişilərin 
yumurtalığında  olan  folekullara,  erkəklərin  toxumluğunda  gedən 
spermatogenez prosesinə stimuləedici təsir göstərir. İnsan folekul-
tənzimedici  hormonu  molekul  kütləsi  34  000  Dalton  olan  qlüko-
proteiddir. 
7.8.4.  Lüteinləşdirici  hormon-dişilərdə  ovulyasyanı  (fole-
kulun  partlaması  yumurtahüceyrənin  azad  olması)  və  yumurta-
lıqlarda  sarı  cismin  əmələ  gəlməsini  sürətləndirir,  erkəklərdə  isə 
androgenləri  hasil  edən  leydiq  hüceyrələrinin  fəaliyyətini  tənzim 
edir.  İnsanda  lüteinləşdirirci  hormonun  molekul  kütləsi  28-500 
Daltondur. 
7.8.5.  Laktogen  hormon  (laktotropin)-süd  vəzilərinə 
estrogenlər  kimi  təsir  göstərir  onların  poliferasiyasına  səbəb  olur 
və  hamiləlik  dövründə  hipotrofiyaya  uğramış  süd  vəzilərində 
südün  əmələ gəlməsini və ifrazını artırır. Bundan  əlavə prolaktin 
hamiləlik  dövründə  yumurtalıqlarda  yeni  yumurta  hüceyrələrinin 
qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir. 
7.8.6.  Andrenokortikotropin  (AKTH).  Bu  hormon  39 
aminturşusunun qalığından ibarət polipeptiddir, sintez edilmişdir. 
Müxtəlif  heyvanların  adrenokortikotrop  hormonu  quruluşca 
fərqlənir. 
           
 
         
 
           25   26   27     28     29    30    31   32 
İnsanda: Asp.-Ala.-Qlis.-Qlut.-Asp.-Qlut.-Ser.-Ala. 
Qaramalda: Asp.-Qlis.-Qlut.-Ala.-Qlut.-Asp.-Ser.-Ala. 
Donuzda: Asp.-Qlis.-Ala.-Qlut.-Asp.-Qlut.-Ley.-Ala. 
Qoyunda: Ala.-Qlis.-Qlut.-Asp.-Asp.-Qlut.-Ala.-Ser. 
 
Kortikotropin  və  ya  adrenokortikotrop  hormon  böyrəküstü 
vəzilərin qabıq hissəsinə təsir göstərməklə karbohidratların müba-
diləsində iştirak edir. 
Andrenokortikotropin (AKTH) kortikoidlərin sintezinin baş- 

195 
 
lanğıc mərhələlərinə təsir etməklə qlükokortikoidlərin sintezini və 
sekresiyasını  sürətləndirir.  AKTH-ın  böyrəküstü  vəzilərə  gös-
tərdiyi təsirlə əlaqədar olaraq qanda və sidikdə 17-ketosteroidlərin 
və  qlükokortikoidlərin  miqdarı  artır.  Bu  hormonun  təsiri  altında 
toxumaların oksigenə qarşı tələbatı artır, yağların parçalanması və 
aseton  cisimlərin  əmələ  gəlməsi  sürətlənir,  orqanizmin  insulinə 
qarşı həssaslığı azalır.  
7.8.7. Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı 
vəzin  fəallığını  artırmaqla  tiroksinin  istehsalını  çoxaldır.  Əsasən 
karbohidratların  mübadiləsinə  təsir  edir.  Bu  hormon  qlükopro-
teiddir,  qeyri-zülal  hissəsi  karbohidratlardandır.  Tərkibində  3,5% 
heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır. 
Tireotrop  hormon  (tireotropin)  molekul  kütləsi  28  300  Da-
dur.  Onun  molekulu  iki  α  və  β  poliprptid  zəncirindən    ibarətdir.    
α-zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-
də 11 ədəd disulfid rabitəsi olur. 
Tireotropinin  hüceyrələrə  təiri  onun  spesifik  reseptorlara 
birləşməsi ilə başlayır sonra isə qalxanabənzər vəzi hüceyrələrində 
membranla rabitəli olan adenilat-siklaza fermentinin aktivliyi artır 
və hüceyrələrin sitoplazmasında siklik AMF sintezi sürətlənir. Bu 
isə  qeyri-üzvi  yod  birləşməsinin  qalxanabənzər  vəzi  heceyrələri 
tərəfindən  tutulmasını,  tireoid  hormonların  əmələ  gəlməsini  və 
qana  ifraz  olunmasını  sürətləndirir.  Tireotrop  hormon  bu  proses-
lərə  Ca
2+
  ionlarının  qalxanabənzər  vəzi  hüceyrələrinin  membran-
larından keçməsini sürətləndirmək yolu ilə təsir göstərir. 
7.8.8.  Hipofizin  orta  payının  hormonu.  Hipofizin  orta 
(ara) payında melanositstimuləedici hormon (melanotropin, inter-
medin) sintez edilir. Məməli heyvanlarda bu hormonun iki forma-
sına  təsadüf  olunur.  Onlardan  biri  α-,  digəri  isə  β-melanositsti-
muləedici hormon adlanır. α- Melanositstimuləedici hormon – tər-

196 
 
kibinə 13 aminturşu qalığı daxil olan polipeptiddir. Onun moleku-
lunun  birinci  quruluşu  adrenokortikotrop  hormonunun  molekul 
zəncirinin  ilk  13  aminturşu  qalığından  ibarət  olan  hissəsi  ilə 
eynidir.  Lakin  α-melanotropin  molekulunun  N-terminal  hissə-
sində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş 
şəkildə olur, onun C-terminal hissəsində olan 13-cü aminturşu isə 
valin turşusunun amididir: 
 
CH
3
─CO─NH─Ser─Tir─Ser─Met─Qlu─His─Fen─Arg─ 
─Tri─Qli─Liz─Pro─Val─CO─NH

 
Üzərində tədqiqat aparılan heyvanların hamısının α-melano-
tropininlərinin  birinci  quruluşu  eynidir.  β-Melanotropinin  mole-
kul  quruluşu  α-melanotropinə  nisbətən  bir  qədər  mürəkkəbdir. 
Heyvanların əksəriyyətində bu hormonun molekuluna 18 amintur-
şu qalığı daxildir. İnsanlardan alınmış β-melanotropinin molekulu 
isə 22 aminturşu qalığından ibarətdir. 
 
H
2
N─Ala─Qlu─Liz─Liz─Asp─Qlu─Qli─Pro─Tir─Arg─Met─ 
─Qlu─His─Fen─Arg─Tri─Qli─Ser─Pro─Pro─Liz─Asp─OH 
 
Melanositstimuləedici hormon balıqların, suda-quruda yaşa-
yanların  və  sürünənlərin  dərilərində  olan  piqment  hüceyrələrinin 
miqdarını artırmaqla onların bədənlərinin rəngini dəyişir, məməli-
lərdə  isə  bu  hormonun  təsiri  nəticəsində  melanin  piqmentinin 
sintezi artır. Melanositstimuləedici hormon hipofizdən qana fasilə-
siz  surətdə  ifraz  edilir.  Gözün  torlu  qişasının  günəş  şüaları  ilə 
qıcıqlandırılması hormonun sekresiyasını sürətləndirir.  
7.8.9. Hipofizin arxa payının hormonları. Yuxarıda gös-
tərilmişdir ki, hipofizin arxa payının hormonları – vazopressin və 
oksitosin  hipotalamus  nüvələrindəki  neyrosekretor  hüceyrələrdə 
əmələ  gəlir və hipotalamo-hipofizar sistemi  sinir lifləri vasitəsilə 

197 
 
hipofizin  arxa  payına  gətirilir.  Burada  vazopressin  və  oksitosin 
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisim-
ciklərində)  toplanır.  Beləliklə,  hipofizin  arxa  payı  bu  hormonlar 
üçün  rezervuar  vəzifəsi  daşıyır.  Q.  Olivekronun  (1957)  məluma-
tına görə, vazopressin hipotalamusun supraotik, oksitosin isə para-
ventrikulyar nüvələrində əmələ gəlir.  
Vazopressin  və  oksitosin,  kimyəvi  tərkiblərinə  görə, 
nonapeptiddirlər. Onlar bir-birindən iki aminturşu qalığı ilə fərqlə-
nirlər. Belə ki, oksitosinin molekulunda leysin və izoleysin qalığı 
olduğu halda, vazopressinin molekul zəncirinin həmin aminturşu-
lara  müvafiq  gələn  hissəsində  arginin  və  fenilalanin  qalıqları 
yerləşir: 
 
 
 
 
 
 
 
 
 
 
Bu  hormonların  molekullarında  iki  sistein  qalığı  disulfid 
rabitəsi ilə birləşərək sistin aminturşusu əmələ gətirir.  
Dyu  Vinyu  vazopressin  və  oksitosin  sintetik  yolla  əldə 
etmişdir.  Onun  sintez  etdiyi  birləşmələrin  aktivliyi,  təbii  mənbə-
lərdən alınan hormonların aktivliyinə tamamilə müvafiq gəlir.  
7.8.10. Oksitosin (pitosin) – uşaqlığın və başqa saya əzə-
ləli üzvlərin yığılma qabiliyyətini artırmaq xüsusiyyətinə malikdir. 
Bundan əlavə, oksitosin laktasiya dövründə süd vəzilərinin fəaliy- 
Pro─Ley─Qli(NH
2
)                       Pro─Ark─Qli(NH
2

│                                                    │ 
Sis─Asp─NH
2
                               Sis─Asp─NH
2
 
 
S          Qlü─NH
2
                              S          Qlü─NH
2
 
│            │                                        │           │ 
S           İley                                       S           Fen 
 
  Sis─Tir                                              Sis─Tir 
 
  Oksitosin                                                 Vazopressin 

198 
 
yətini artırır.  
Hamiləliyin  erkən  dövrlərində  oksitosin  uşaqlığa  təsir 
göstərmir.  Sonralar  uşaqlığın  oksitosinə  qarşı  həssaslığı  yüksəlir 
və doğuş dövründə maksimal səviyyəyə çatır. Estrogenlər uşaqlı-
ğın  oksitosinə  qarşı  həssaslığını  yüksəldir,  sarı  cismin  hormonu 
(prohesteron)  isə  azaldır.  Oksitosin  süd  yollarının  miopitelial 
hüceyrələrinin  təqəllüsünü  gücləndirərək  süd  vəzisinin  daxili 
təzyiqini  yüksəldir  və  südvermə  prosesini  stimulə  edir.  Təmiz 
oksitosin  vazopressinin,  təmiz  vazopressinin  isə  oksitosinin  bəzi 
təsir  xüsusiyyətlərini  cüzi  dərəcədə  özündə  əks  etdirir.  Oksitosin 
qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə 
parçalanır.  
7.8.11.  Vazopressin  (antidiuretik  hormon). Vazopressin 
diurezi  (gündəlik  sidik  ifrazı)  azaldır  və  qan  təzyiqini  yüksəldir. 
O,  böyrək  kanalcıqlarının  distal  seqmentində  və  yığıcı  borucuq-
larda  birinci  sidiyin  tərkibindən  suyun  reabsorbsiyasını  artırır. 
Vazopressinin  antidiuretik  təsirinin  dəqiq  mexanizmi  hələlik  tam 
aydınlaşdırılmamışdır.  
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyar-
ların  daralmasına səbəb  olur ki,  bu da qan təzyiqinin  yüksəlməsi 
ilə  nəticələnir.  Vazopressin  tac  damarları  daraldaraq,  ürək  çatış-
mazlığı  əlamətləri  göstərə  bilər.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları 
(antidiuretik  təsir  göstərən  dozada  bir  neçə  min  dəfə  artıq)  tətbiq 
olunmalıdır.  Vazopressin  qısamüddətli  təsir  göstərir.  Bədənə 
yeridilmiş vazopressinin aktivliyi 1 – 3 dəqiqə müddətində 2 dəfə 
azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə parçalanır, 8  – 
10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.    
 

199 
 
HO─ 
 
─CH
2
─CH
2
─NH

 
NH 
 
─CH
2
─CH

            │       + CO

            NH

 
NH 
 

 
─CH
2
─CH─COOH 
            │ 
            NH

 
Histiamin 
 
Histidin 
 

 
NH 
 
7.9 Hormonoidlər 
 
Hormonoidlər  deyilən  maddələr  də  vardır.  Bunlar  da 
hormonlar kimi təsir edir, lakin daxili sekresiya vəzilərində əmələ 
gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.  
 
 
 
 
Serotonin  trombositlərdə,  toxumalarda  (baş  beyində,  mədə-
bağırsaq  traktında  və  s.)  müəyyən  edilmişdir.  Serotonin  qan 
damarlarını  daraltdığı  üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Qan 
axmasının  qarşısını  almaqda  işlənir.  Histamin  də  hormonoiddir. 
Histidinin dekarboksilləşməsindən əmələ gəlir.  
 
 
 
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O, 
sinir oyanmalarının verilməsində iştirak edir, mədənin selik qişa-
sında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzi-
lərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də 
şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində bu qrupa mən-
sub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə  keçməsini  nizamlayır.  Kimyəvi  təbiətinə  görə  heptapeptid-
dir. Quruluşu belədir: 
 
Asp─ark─val─tir─ilə─his─pro─fen. 
 
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın  

200 
 
selik  qişasındakı  vəzilərdə  istehsal  olunan  polipeptiddir.  Onun 
molekul  kütləsi  5000-ə  yaxındır.  Sekretin  pankreas  şirəsinin  və 
ödün sekresiyasını stimullaşdırır. Bradikinin  də hormonoiddir, 9-
aminturşusunun  qalığından  ibarət  peptiddir.  Aminturşularının 
düzülmə  ardıcıllığı  belədir:  arginin─prolin─prolin─qlisin─fenil-
alani─serin─prolin─fenilalanin─arginin. Bu hormonoid damarları 
genişləndirir, saya əzələləri qısaldır.  
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan 
və  heyvan  orqanizmində  çox  böyük  əhəmiyyəti  vardır.  Ona  görə 
də  onların  təbabətdə  və  baytarlıqda  daxili  sekresiya  vəzilərinin 
xəstəliklərinin  müalicəsində  geniş  istifadə  olunur.  Heyvanların 
boy  və  inkişafının  nizamlanmasında,  məhsuldarlığının  artırılma-
sında hormonların tətbiqinin böyük perspektivləri vardır.   
 
 
 
Mövzuya aid suallar
 
1.  Hormonların  nomenklaturası  və  təsnifatını  xarakterizə 
edin. 
2.  Qalxanabənzər  vəzinin  hormonları  və  onların  funksya-
ları barədə məlumat verin. 
3. İnsulin və adrenalinin antoqonist funksiyalarını göstərin. 
4. Steroid hormonların kimyəvi təbiətini və fizioloji təsiri-
ni aydınlaşdırın . 
5.  Cinsi  əlamətlərin  inkişafında  androgenlərin  fəaliyyəti 
barədə məlumat verin. 
6.  Hipoviz  vəzinin  ön  hissəsinin  hormonlarının  maddələr 
mübadiləsində rolunu izah edin. 

201 
 
7.  Hormonoidlər  barədə  məlumat  verin.  Onların  bioloji 
rolunu göstərin. 
8. Hansı hormonlar steroid quruluşdadır. Nə üçün? 
9.  Hansı  hormonlar  cinsi  əlamətlərin  inkişafına  dolayı 
yolla təsir göstərir. 
10.  Hormonların  fermentlərlə  əlaqəsi  hansı  əlamətlərlə 
xarekterizə olunur. 
 
 
 
 
 
 
 
 
 
 

202 
 
VIII FƏSİL 
 
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ 
 
Maddələr  mübadiləsi  canlıları  cansızlardan  ayıran  əsas 
əlamətdir. Maddələr mübadiləsi dəqiq nizamlanmış biokimyəvi və 
fizioloji  bir  prosesdir.  Bu  prosesdə  qanın  və  digər  maddələrin 
orqanizmə daxil olması, onların orqanizm tərəfindən mənimsənil-
məsi,  hüceyrə  daxilində  digər  məhsullara  çevrilməsi  və  əmələ 
gələn lazımsız məhsulların orqanizmdən xaric olunması ardıcıllığı 
ilə  baş  verir.  Bu  çevrilmələr  xarakterik  biokimyəvi  reaksiyalarla 
(hidroliz,  hidrogenləşmə,  aminləşmə,  fosforlaşma  və  s.)  icra  olu-
nur.  Bu  reaksiyalar  mərkəzi  sinir  sisteminin  nəzarəti  və  hormon-
ların  iştirakı  ilə  fermentlər  tərəfindən  sürətləndirilir.  Maddələr 
mübadiləsi bütün hüceyrə quruluşunun boy və inkişafını və enerji 
təminatı  ilə  təmin  edir.  Maddələr  mübadiləsinin  dayanması 
orqanizmin  həyat  fəaliyyətinin  zəifləməsinə  və  nəhayət  məhvinə 
səbəb olur.   
Maddələr mübadiləsi bir-biri ilə əlaqəli və müxtəlif istiqa-
mətə  yönələn  iki  prosesin  vəhdətindən  ibarətdir.  Birinci-dissim-
lyasiya  (və  ya  metabalizm)  maddələrin  parçalanma  prosesidir. 
İkincisi assimilyasiya (və ya katabolizm) maddələrin əmələ gəlmə 
prosesidir.  Bu  proseslərdə  əmələ  gələn  maddələr  metobolitlər 
adlanır.  Bu  bölgü  şərtidir,  orqanizmdə  bunlar  eyni  zamanda 
yaranır biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.  
 
 
 

203 
 
 
 
Cədvəl 10. 
İnsanın qida maddələrinə olan təlabatı 
 
Orqanizm- 
də ümumi 
miqdarı  
kq-la 
Enerjisi 
kCoul/q 
Kkal/q 
Gündəlik təlabat, q-la 
İnkişaf etmiş 
ölkələrdə 
gündəlik 
faktiki 
təlabat, q-la 
Maddələr 
mübadilə-
sində rolu, 
funksyası 
Əvəzolunmaz 
komponentləri 
Minimum 
miqdar 
Tələb 
olunan 
miqdar 
Zülallar 
10 
17 (4,1) 
37/29

55/45

92/75

Amintur-
şuların 
daşıyıcısı, 
enerji 
mənbəyi 
Əvəzolunmaz 
aminturşular: 
valin, leysin, 
izoleysin, lizin, 
fenilalanin, trip-
tofan, metionin, 
treonin  
Karbohidratlar 

17 (4,1) 

390 
240-310 
Ümumi 
enerji 
mənbəyi 
(qlükoza); 
enerji eh-
tiyatı (qlü-
kogen), 
dayaq 
maddəsi 
(sümüklər
qığırdaq) 
Əvəzolunmaz 
komponentlər 
(otsutsvunot) 

204 
 
Yağlar 
10 – 15  
30 (9,3) 
10 
80 
130 
Ümumi enerji 
mənbəyi, əsas 
enerji ehtiyatı; 
vitaminlərin həll-
edicisi; Əvəzolun-
maz yağ turşuları-
nın mənbəyi 
Yüksək
molekul-
lu doy-
mamış 
yağ tur-
şuları; 
linol, 
linolin, 
araxidon  
Su 
35 – 40  

1200 


Həlledici; 
hüceyrənin tərkib 
hissəsi; biokim-
yəvi reaksiyaların 
əsası, orqanizmdə 
temperaturun 
tənzimləyicisi  

Mineral maddələr 
 
 
 
 
 
Quruluş kompo-
nentləri; elektro-
litlər; ferment-
lərin kofaktoru 
Makro- 
və mik-
roele-
mentlər  
Vitaminlər  


0,2 


Kofermentlərin 
tərkib hissəsi 
Yağlarda 
və suda 
həll olan 
vitamin-
lər 
 
* - bölünəndə kişilər, böləndə qadınlar üçün norma verilmişdir. 
Anabolizm  (assimlyasiya)-prosesində  sadə  molekullardan 
mürəkkəb  tərkibli  maddələrin  sintez  olunması  baş  verir.  Anabo-
lizim  prosesində  NT-i,  zülallar  və  digər  makromolekullar  əmələ 
gəlir. Anabolizm reksiyaları ATF və NADN-enerjisindən iatifadə 
sayəsində mümkün olur.  
Katabolizm  (dissimliyasiya)-prosesi  orqanizmin  hüceyrə-
lərində  mürəkkəb  maddələrin  daha  sadə  aşağı  molekul  tərkibli 
məhsullara (CO
2
, H
2
O,NH
3
 və s) çevrilməsi və onların orqanizm-
dən xaric olunmasıdır. 
 Anabolizm  və  katabolizm  prosesləri  bir-birindən  asılı  ol-
mayaraq müxtəlif istiqamətlərdə baş verir. Ancaq buna baxmaya- 

205 
 
yaraq  bu  proseslər  bir-birilə  vəhdət  təşkil  edir.  Katabolizm 
prosesləri  anabolizm  prosesləri  üçün  metabolitlərə  enerji  hazırla-
yır.  Anabolizm  prosesləri  isə  ehtiyat  enerji  yığır  və  mürəkkəb 
maddələr hazırlayır. 
Bütün  canlılar  üçün  yer  kürəsində  ilk  enerji  mənbəyi 
Günəşdir. Fotosintez prosesi Günəş enerjisi (hν) nəticəsində bitki-
lərin  yaşıl  hissələrində  üzvi  maddələrin  əmələ  gəlməsini  təmin 
edir. Bitkilər avtotrof  orqanizmlərdir. 
2
6
12
6
2
2
6
6
6
nO
O
H
nC
O
nH
nCO
h
xlorofil




 
Bu prosesdə qeyri üzvi  maddələrdən üzvi maddələr sintez 
olunur. 
İnsanlar və heyvanlar isə enerji mənbəyi kimi  yalnız qida 
vasitəsilə  qəbul  olunan  üzvi  maddələrdən  istifadə  edir,  belə 
orqanizimlər  heterotrof orqanizmlər adlanır.  
Cədvəl 11. 
İnsanın mineral komponentlərə təlabatı 
 
Kompo-
nent 
Orqanizmdə 
miqdarı q-la 
Əsas mənbəi 
Gündəlik 
təlabatı q-la 
Funksyası 
Su 
H
2

35000-40000 
İçkilər; bərk qidanın 
tərkibində olan su; 
oksidləşmə prosesində 
alınan su (300 q) 
1200/900

Həlledici; hüceyrənin 
tərkib hissəsi, biokimyəvi 
reaksiyaların iştirakçısı 
Makroelementlər
** 
Na 
100 
Xörək duzu 
1,1 - 3,3  
Osmotik tənzimləyici; 
membran potensialcısı  

150 
Meyvə, tərəvəz, dənli 
bitkilər 
1,9-5,6 
Membran potensialcısı, 
mineral maddələr müba-
diləsi 
Ca 
1300 
Süd və süd məhsulları 
0,8 
Sümük toxumasını 
formalaşdırmaq; qanın 
laxtalanması; orqanizmin 
siqnal maddəsi 
Mg 
20 
Yaşıl tərəvəz 
0,35 
Sümük toxumasını for-
malaşdırmaq, ferment-
lərin koferment tərkibi 

206 
 
CI 
160 
Xörək duzu 
1,7-5,1 
Mineral maddələr müba-
diləsi 

650 
Ət, süd, tərəvəz,dənli 
bitkilər 
0,8 
Sümük toxumasını 
forma-laşdırmaq; enerji 
mübadiləsi, nuklein 
turşularının mübadiləsi 

200 
Kükürdlü aminturşular 
(sistin, sistein, metio-
nin) 
0,2 
Lipidlərin və 
karbohidratların 
mübadiləsi; konyuqatla-
rın əmələgətiricisi 
Mikroelementlər 
Fe 
4 – 5  
Ət, qaraciyər, yumurta, 
tərəvəz, kartof, dənli 
bitkilər 
0,010 
Hemoqlobin, mioqlobin, 
sitoxromlar 
Zn 
2 – 3  
Ət, qaraciyər, dənli 
bitkilər 
0,015 
Sinktərkibli fermentlər 
Cu 
0,1 – 0,2  
Ət, balıq, meyvə, 
tərəvəz 
(2 – 3) ∙ 10
-3 
Oksidazalar 
Mn 
0,02 
Qida məhsullarının 
əksərində 
(2 – 5) ∙ 10
-3 
Fermentlər 
Co 
˂ 0,01 
Balıq 
─ 
B
12
 – vitamini 
Cr 
˂0,01 
─ 
(0,5 – 2) ∙ 10
-4 
─ 
Mo 
0,02 
Dənli bitkilər, qoz, 
fındıq, şabalıd 
(1,5 – 5) ∙ 10
-4 
Oksireduktaza 
Se 
─ 
Ət, tərəvəz 
(0,5 – 2) ∙ 10
-4 
Selentərkibli fermentlər 

0,03 
Dəniz balığı, yodlaşdı-
rılmış duz, dəniz 
yosunları, içməli su, qoz 
1,5 ∙ 10
-4 
Tiroksin 
F

─ 
Dana əti, içməli su, çay, 
süd 
(1,5 – 4) ∙ 10
-4 
Sümük, dişin emalı 
 
 
*  -  Bölünəndə  kişilər,  böləndə  qadınlar  üçün  norma 
verilmişdir. 
** - Göstərilən makroelementlərə gündəlik təlabatı 100 mq-
dan çox olanlardır. 
Canlı  orqanizmə  daxil  olan  hər  bir  üzvi  maddə  müəyyən 
miqdarda potensial enerji ehtiyatına malikdir. Buna sərbəst enerji 
adı verilmişdir. Üzvi maddə yandırıldıqda onun enerjisi bütünlük- 
lə  istilik  şəklində  xaric  olunur.  Maddənin  kalorinetr  vasitəsilə 
təyin  edilən  yanma  istiliyinə  ümumi  enerji  adı  verilmişdir.  Sabit 
temperatur və atmosfer təzyiqi şəraitində maddənin yanma istiliyi 
ilə  sərbəst  enerjisi  arasında  olan  əlaqə  ΔH=ΔG+TΔS  tənliyi  ilə 

207 
 
ifadə  edilir  (bu  tənlikdə  ΔH-ümumi  enerjinin  dəyişməsini,  ΔG-
sərbəst  enerjinin  uğradığı  dəyişikliyi,  T-mühitin  mütləq  tempera-
turunu,  ΔS  isə  sistemin  entropiyasını  göstərir).  Hər  hansı  bir 
reaksiya  zamanı  sərbəst  enerjinin  dəyişməsini  isə  ΔG=ΔH-TΔS 
tənliyi ilə ifadə etmək olar. Maddənin sərbəst enerjisinin ayrılması 
ilə müşaiət olunan reaksiyalar ekzerqonik proseslər, enerjinin sərf 
olunması  ilə  baş  verən  reaksiyalar  isə  enderqonik  proseslər 
adlanır.  Canlı  orqanizmlərdə  kimyəvi  reaksiyalar  sadəcə  olaraq 
istilik enerjisinin xaric olunması ilə nəticələnmir. Bu reaksiyalarda 
yaranan  enerji  istilik  enerjisinə  çevrilmədən  bilavasitə  bir  sıra 
həyati funksiyaların yerinə yetirilməsinə sərf edilir.  
Üzvi maddələrin sərbəst enerjisinin maddi əsasını atomlar 
arasında olan kimyəvi rabitələr təşkil edir. Adətən, üzvi birləşmə-
lərdə  olan  adi  kimyəvi  rabitə  növlərinin  parçalanması  və  sintezi 
zamanı ayrılan və ya qəbul edilən enerjinin miqdarı 19,5 kC/mol-
dan  artıq  olmur.  Lakin  25  kC/mol  və  daha  artıq  sərbəst  enerjiyə 
malik  olan  kimyəvi  rabitə  növləri  də  məlumdur.  Belə  kimyəvi 
rabitələrə-makroergik  rabitə,  birləşmələrə  isə  makroergik  birləş-
mələr deyilir. Makroergik rabitəyə malik olan birləşmələrdən üzvi 
aləmdə  ən  geniş  yayılanları-nukleozit-trifosfatlar  (ATF,  UTF, 
STF,  QTF,TTF),  kreatinfosfat,  fosfoenolpiroüzüm  turşusu,  1,3-
difosfoqliserin  turşusu,  bəzi  tioefir  birləşmələri  (məsələn,  asilko-
enzim-A) və başqaları aiddir.  
Bioenergetik  proseslərdə  ATF-in  çox  mühüm  əhəmiyyəti 
vardır. Onun bir qram  molekulunun  hidroliz prosesinə uğrayaraq 
ADF və fosfat turşusuna çevrilməsi zamanı 30,2 kC enerji ayrılır.  

208 
 
 

209 
 
Bu    maddə  orqanizmdə  universal  enerji  mənbəyi  vəzifəsi 
daşıyır.  Toxumalarda  digər  makrorgik  rabitəli  birləşmələr  çox 
zaman  ATF  molekullarında  toplanan  enerjinin  sərf  edilməsi 
hesabına yaranır.  
Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin