5.4 Fermentlərin tədbiqi
Hazırda fermentlər gündəlik həyatda tətbiq sahəsinə görə
aminturşularından və antibiotiklərdən sonra üçüncü yeri tutur.
Dünya bazarında istifadə olunan fermentlərin 60%-i peptid-
hidrolazaların (sintetik yuyucu maddələrin istehsalında istifadə
olunur), 30%-isə qlükozidazaların (qənnadı sənayesində, meyvə-
tərəvəz şirələrinin hazırlanmasında istifadə olunur) payına düşür.
Fermentlər şərabçılıqda, çörəkbişirmədə, spirt, pivə, şirələrin
istehsalında, tütünçülükdə, gön-dəri, ət, süd, balıq, konserv səna-
yesində, şirniyat emalında, məişətdə və başqa sahələrdə də tətbiq
olunur.
Çörəkbişirmə sənayesində köbələkdən alınmış ferment (əsa-
sən amilaza) preparatından istifadə xəmirin tez yetişməsini (alın-
masını, şişməsini) 30% artırır həmçinin əla növ bulka çörəyin əldə
olunmasında saxarozaya 2 dəfəyə yaxın qənaət edir.
Pivəbişirmədə, spirt istehsalında, nişastadan qlükoza alın-
masında amilaza fermentindən istifadə edilir. Peptidhidrolaza fer-
menti-gön dəri istehsalında ət yeməklərinin hazırlanmasında (on-
lara xüsusi dad verir) istifadə edilir.
Fermentlər təbabətdə bir sıra xəstəliklərin müalicəsində isti-
fadə edilir: Proteolitik fermentlərdən pepsin, tripsin və başqa qarı-
136
şıq tərkibli (betasid, festal, abomin, panzinorm və başqaları) olan-
lar - mədə bağırsaq yollarının müalicəsində, qan dövranın təmiz-
lənməsində, trombların həll edilməsində, asparkinaza-xərçəng
xəstəliklərinin bəzi növlərinin müalicəsində istifadə olunur.
Son zamanlar bəzi xəstəliklərin diaqnozunda və proqnozun-
da fermentlərin spesifik xassələrinə əsaslanaraq enzimdiaqnostika
yaranmışdır. Beləki, qanda və sidikdə fermentlərin miqdarına
əsaslanaraq bəzi diaqnozlar təyin edilir. Məsələn: laktodehidroge-
naza (LDG), aspartataminotransferaza (AST) və aldolaza miokard
infarktın diaqnostikasında; LDG, AST və alaninaminotransferaza
qaraciyər xəstəliklərinin diaqnostikasında; j-qlutamiltransferaza
orqanların köçürülmə əməliyatında onların dəyişirikliyə uğraması-
nın müəyyənləşdirilməsi diaqnostikasında və s istifadə olunurlar.
Biokimya laboratoriyalarında fermentlər bəzi göstəricilərin
(qlükoza, süd turşusu, piroüzüm turşusu, ATF, ADF, AMF və s)
bioloji materiallarda (qan, toxuma və s.) təyinində işlədilir.
Mikrobiologiyanın və biotexnologiyanın nəaliyyətləri bakte-
riya və köbələk mənşəli fermentlərdən heyvanların yemləri
mənimsənilməsini artırmaq məqsədilə istifadəsi get-gedə genişlə-
nir. Kompleks ferment preparatlarının tətbiqi yemlərdə selluloza
və hemisellulozanın da heyvan orqanizmində mənimsənilməsinə
şərait yaradır.
Ferment preparatların saxlanılması nəticəsində onların istifa-
dəsi çətinləşir. Tətbiqi enzimologiyanın nəaliyyətləri nəticəsində
immobilləşdirilmiş fermentlər-süni ferment qrupları yaradılmış-
dır. Bu cür immobilləşdirilmiş fermentdə hər bir ferment süni
surətdə həll olmayan daşıyıcı ilə birləşir. Daşıyıçı kimi üzvi
(sellüloza, dekstrin, aqaroza, xıtın, keratin, fibroin, kollagen) həm
də qeyri-üzvi (şüşə, gil, keramika, silikogel, metal oksidləri və s)
maddələrdən istifadə olunur.
137
Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş
fermentlər istehsalına başlanmışdır. Bu cür immeilləşdirilmiş fer-
mentdə hər bir ferment öz aktivliyini saxlayır.
Gələcəkdə fermentativ reaksiyaların mexanizminin tam açıl-
ması reaksiyaların sürətlə getməsini 100% çıxıma nail olmasını,
canlı orqanizmdə bir çox xəstəliklərin vaxtında diaqnostikasını və
müalicəsini təmin edəcəkdir.
Mövzuya aid suallar
1. Fermentlər biokatalizator kimi qeyri-üzvi katalizatorlar-
dan hansı xassələrinə görə fərqlənirlər.
2. Sadə və mürəkkəb fermentləri fərqləndirin.
3. İrozimlər haqqında məlumat verin. Onların bioloji rolunu
izah edin.
4. Fermentlərin təsir mexanizmini aydınlaşdırın.
5. Fermentlərin aktiv mərkəzi haqqında məlumat verin.
6. Fermentlərin aktivliyinə temperatur və mühitin pH-ı necə
təsir edir.
8. Müasir üsulla fermentlərin adlanmasını və təsnifatını gös-
tərin.
9. Tibbdə xəstəliklərin müalicəsində və diaqnostikasında
işlədilən fermentləri sadalayın.
10. Heyvandarlığın inkişafında istifadə olunan əsas ferment-
ləri göstərin.
138
VI FƏSİL
6. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR
Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün
lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolun-
maz komponentləridir. Vitaminlərin çoxusu insan və heyvan orqa-
nızmində sintez olunmurlar. Bitkilərdə və mikroorqanizmlərdə
aminturşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohid-
ratlardan (qlükoza, qalaktoza və s.) və qeyri-üzvi birləşmələrdən
sintez olunurlar. Vitaminlər bir çox fermentlərin tərkibinə daxil-
dir, bioloji katalizdə mühüm rol oynayır. Onlar orqanizmdə
fermentlərin zülal olmayan hissələrinin-koferment və prostetik
qruplarının qurulmasında iştirak edir. Onlar bitkilərin, heyvanların
və insanların boy və inkişafında da mühüm rol oynayır.
Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilə-
rin və heyvanların orqanlarında müxtəlif intensivlikdə getməklə
onların yaşından, xarici mühit amillərindən (günün uzunluğu,
temperatur, havanın rütubəti, təztiq, şüalanma və s.) və onların
orqanizmindən də asılıdır.
Viataminləri öyrənən elm sahəsi vitaminologiya adlanır.
Hazırda 50-yə qədər vitamin müəyyən edilmişdir. Onların əksə-
riyyəti bitkilərdən süni surətdə sintez üsulu ilə alınmışdır.
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən
əlavə vitaminəbənzər maddələr də mövcuddur. Onların bioloji
rolu hələlik yaxşı tədqiq edilməmişdir. Belə maddələrə xolin, ino-
zit, linol turşusu, I-vitamini (S-metilmetionin), B
15
-vitamini (pan-
qam turşusu), orot turşusu, ubixinon, paraaminbenzoy turşusu,
karnitin, linol, linolein, araxidon turşuları aiddir. Müəyyən edil-
mişdir ki, onların qidada çatışmazlığı bir sıra xəstəliklərin yaran-
139
masına şərait yaradır.
6.1 Vitaminlərin təsnifatı və nomenklaturası
Vitaminlərin öyrənilməsi 1880-ci ildə N. İ. Lunin tərəfin-
dən başlanmış və ilk dəfə 1911-ci ildə K. Funk tərəfindən düyü-
nün kəpəyində müəyyən edilmişdir. Hələ qədim zamanlarda
insanlar arasında bir sıra kütləvi xəstəliklər (sınqa, beri-beri,
pellaqra və s.) yayılmışdır. Beri-beri xəstəliyi haqqında məlumatı
qədim Çin, Yunan və Hind həkimlərinin əsərlərində təsadüf
olunur. 1912-ci ildə polyak alimi K. Funk düyü kəpəyindən alınan
və beri-beri xəstəliyində işlədilən kristal maddənin tərkibində
amin (─NH
2
) qrupunun olmasını müəyyən etmişdir və bu maddə-
yə vitamin (latınca vita-həyat, vitamin-həyat amili) adı verməyi
təklif etdi.. Sonralar məlum oldu ki, düyü kəpəyindən alınmış
kristal maddə də müxtəlif birləşmələrin qarışığından ibarətdir.
Sonralar qida ilə qəbul edilən, həyat üçün zəruri olan və orqanizm
tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji aktiv
maddələr vitaminlər adı altında birləşdirildi. Sonralar aydın
olmuşdur ki, tərkibində amin qrupu olmayan vitaminlər də (askor-
bin turşusu, tokoferol, pridoksin və s.) vardır.
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K
vitaminləri və s. Lakin bunlar təsirlərinə görə (antikseroftalmik,
antipellaqrik vitaminlər və s.) və kimyəvi tərkiblərinə görə də (tia-
min, askorbin turşusu və s.) adlandırılır. Hazırda hər üç adlanma-
dan istifadə edilir.
Vitaminlər müxtəlif qrup üzvi birləşmələrə aid olduğu
üçün onların həll olma qabiliyyətinə görə iki qrupa bölünür.
1. Yağda həll olan vitaminlər – A, D, E, K, Q
140
2. Suda həll olan vitaminlər – B qrupu (B
1
, B
2
, B
3
, B
5
, B
6
)
vitaminləri, C, PP, fol, paraaminbenzoy turşusu və s.
Yuxarıda qeyd edilən vitaminlərin bəziləri bir neçə forma-
da olur. Həmin formalar – vitamerlər adlandırılır. Məsələn, A
1
və
A
2
vitaminləri A vitamininin, D
2
və D
3
vitaminləri D vitamininin
vitamerləridir.
Cədvəl 9.
Vitaminlərin mühüm nümayəndələri
Adlandırılma (nomenklatura)
İnsanların
maksimum
gündəlik təla-
batı, mq-la
Hərflə
işarəsi
Kimyəvi adı
(beynəlxalq təs-
diq olunmuş)
Bioloji təsir xüsusiyyəti-
nə əsaslanan adı
Yağda həll olanlar
A
Retinol
Antikseroftalmik vitamin
2,5
D
Kalsiferol
Antiraxitik vitamin
0,025
E
Tokoferol
Nəsiltörətmə vitamini
5,0
K
Filloxinon
Antihemorragik vitamin
0,015
Q
Uboxinon
─
─
Suda həll olanlar
B
1
Tiamin
Antinevrit (anegrin)
3,0
B
2
Riboflavin
Boy artımı vitamini
3,0
B
5
(PP)
Nikotin turşusu Antipellaqra vitamini
25
B
6
Piridoksin
Antidermatit vitamini
2,0
B
12
Siankobalamin
Antianemik vitamin
0,001
C
1
Askorbin
turşusu
Antiskorbut vitamini
100
B
3
Pantoten
turşusu
Antidermatit vitamini
12
H
Biotin
Antiseborrik vitamini
0,01
P
Rutin (sitrin)
Keçricilik vitamini
50
Vitaminlər əvəzolunmaz birləşmələrdir. Onların orqanizmdə
müxtəlif miqdarda olmasından asılı olaraq orqanizmin avitaminoz
141
hipovitaminoz və hipervitaminozluq halları yaranır.
Avitaminozluq – qida maddələrinin tərkibində vitaminlərin
tamamilə olmaması halına deyilir. Bir neçə vitaminin olmaması
poliavitaminoz adlanır. Bu hal müəyyən xəstəliklərə gətirib çıxarır
və orqanizmin məhvi ilə nəticələnir.
Hipovitaminozluq – qidada bu və ya digər vitaminin
qismən çatışmamazlığı, yəni vitaminlərin səviyyəsinin normadan
aşağı düşdüyü hallarda baş verir.
Əmələ gəlmə səbəblərinə görə hipovitaminozları iki qrupa
bölmək olar: 1) ekzogen hipovitaminozlar-qida maddələrinin
keyfiyyətsizliyi nəticəsində baş verir. 2) endogen hipovitaminoz-
lar-orqanizmdə baş verən patoloji hallarla əlaqədar meydana çıxır.
Hipovitaminozluq hallarında – orqanizmin iş fəaliyyəti
aşağı düşür, qaranlıqda görmə zəifləyir, ümumiyyətlə orqanizmin
xəstəliklərə qarşı müqaviməti zəifləyir.
Hipervitaminozluq – vitaminlərin uzun müddət həddindən
artıq qəbul edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəlik-
lərin əmələ gəlməsinə səbəb olur. Belə xəstələrə hipervitaminoz-
142
lar deyilir. Hipervitaminozluq yağda həll olan vitaminlər (xüsusən
A və D) üçün xarakterikdir. Bu hal insan orqanizmində bir sıra
allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.
Vitaminlərlə zəngin bitki və heyvan mənşəli ərzaqlarla
qidalanma orqanizmdə fermentativ proseslərin normal getməsi
üçün əsas amillərdən biridir.
6.2 Vitaminlərin təyin edilmə üsulları
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək
üçün iki üsuldan istifadə edilir: fiziki-kimyəvi və bioloji üsul-
lardan.
Fiziki-kimyəvi üsul müxtəlif vitaminlərin müəyyən kimyə-
vi reaktivlərlə rəngli reaksiyalar vermək qabiliyyətinə əsaslanır.
Bioloji üsulun mahiyyəti bundan ibarətdir ki, heyvanlar müəyyən
müddət ərzində (dəniz donuzu, siçovul və s.) süni, vitaminsiz
pəhrizlə qidalandırırlar, təcrübə heyvanlarında avitaminoz əmələ
gəldikdən sonra, onları tədqiq olunan qida maddələri ilə yemləyir-
lər. Qida maddəsinin müəyyən vitaminin avitaminozunun qarşısını
ala bilən miqdarını təyin etməklə, onun tərkibindəki vitaminin
aktivliyini hesablayırlar.
6.3 A vitamini
A vitamini (və ya retinal) bitkilərdə provitamin formada
olur. Onun provitamini karotindir. Onun da 3 izomeri vardır: α-,
β─, γ─karotin. Karotinlərin qarışığında β─karotin çoxluğu (təx-
143
minən 85%) təşkil edir. Bunun bioloji fəallığı 100 götrülərsə,
α─formanınkı 53 və γ─formanınkı isə 27-dir. Karotinlər karbo-
hidrogenlərə aid olub, emprik tərkibi
56
40
H
C
olur.
A vitamini insan və heyvan orqanizmində karotindən
əmələ gəlir. Bağırsağın selik təbəqəsində və qaraciyərdə
karotinazanın iştirakı ilə bir molekul β – karotindən hidrolitik
parçalanma nəticəsində 2 molekul, α─, və γ─karotindən isə bir
molekul A
1
vitamini (və ya retinal) əmələ gəlir.
A
1
vtamini tsiklik biratomlu doymamış spirtdir. Oksigenli
mühitdə tez pozulur. Təmiz halda açıq-sarı rəngli kristallik mad-
dədir, 63
0
C-də əriyir. Suda həll olmur, lakin yağlarda, efirdə, xlo-
roformda, asetonda və s. yağ həlledicilərində yaxşı həll olur. Bu-
C
─ CH
3
CH
2
H
2
C
H
2
C
H
3
C
CH
3
─ CH
3
CH
2
H
2
C
H
2
C
CH
3
H
3
C
─ CH
3
H
2
C
H
2
C
CH
3
H
3
C
CH
3
CH
3
│
─ CH ═ CH─ C ═ CH─ CH═ CH─ O ═ CH
─ CH═CH─C═CH─CH═CH─C═CH─CH
│ │ ║
CH
3
CH
3
║
CH
CH
3
CH
2
OH
CH
3
CH
3
β─karotin
A
1
─vitamini
CH
2
144
nun izomerləri də vardır. A
2
vitaminindən bunun fərqi nüvəsində
əlavə (2-ci) ikiqat rabitənin olmasıdır.
Şirin su hövzələrində yaşayan balıqların yağında bioloji
təsirinə görə retinola oxşar maddə tapılmışdır. Bu maddənin
bioloji təsiri retinola nisbətən zəifdir. O kimyəvi quruluşuna görə
retinoldan bir ədəd doymamış ikiqat rabitənin olması ilə fərqlənir
və bununla əlaqədar dehidroretinol adlanır.
Balinaların qaraciyərində orqanizmə A vitamini kimi təsir
göstərən bir maddə alınmışdır. Bu maddə A
3
vitamini adlanır.
A qrupu vitaminləri zülalların, nuklein turşularının müba-
diləsində, bəzi hormonların (insulinin) fəallaşmasında, oksidləş-
mə-reduksiyalaşma proseslərində iştirak edir.
A vitamini orqanizmdə asanlıqla oksidləşmə və reduksiya
reaksiyasına uğrayaraq müvafiq aldehidə və əksinə-spirtə çevrilir,
konfiqurasiyasını dəyişdirərək trans formadan sis formaya keçir.
A vitamininin aldehid forması (sis izomeri) opsinlə birlə-
şib rodopsin (görmə purpuru) əmələ gətirir. Bu görmə prosesini də
başa çatdırır. Rodopsin işığın təsirilə opsinə və A vitamininin sis –
formasına ayrılır. Sonuncu isə izomerləşərək trans formaya və A
vitamininin aldehid forması isə reduksiyalaşaraq spirt forma-sına
çevrilir.
Qaranlıqda bu proseslər əksinə gedir. Bu çevrilmələri
sxematik aşağıdakı kimi göstərmək olar:
H
O
+2H
─2H
R─CH
2
OH
R─C
Retinaldehidrogenaza
Retinol
Retinal
145
A vitamini çatışmadıqda insan və heyvanlarda görmə pro-
sesi (keratomalyasiya – gözün buynuz təbəqəsinin yumşalması,
kseroftalmiya-gözün buynuz qişasının quruması, sinir sisteminin
fəaliyyəti və epitel örtüyü) pozulur. Toyuq korluğu və ya hemerlo-
piya – A hipovitaminoz əmələ gəlir. Bu zaman alaqaranlıqda və
axşamüstü görmə qabiliyyəti itir, lizosimin əmələ gəlməsi dayan-
mır, yoluxmaya həssaslıq artır. Belə xəstələr vərəmə tez tutulur.
Karotinin bir sıra izomerləri (likopin, ksantofil, zeaksan-
tin) də vardır. Likopin narıncı-qırmızı rəngli maddədir, ən çox
itburnu meyvəsində, pomidorda olur.
Ksantofilə
2
56
40
O
H
C
bitkilərin yarpağındakı xloroplast-
larda rast gəlinir.
Zeaksantinə
2
56
40
O
H
C
qarğıdalının dənində təsadüf
edilir.
Karotin və onun izomerləri karotinoidlər adlanır. Bitki-
lərin inkişaf fazalarından asılı olaraq karatinoidlərin miqdarı
dəyişir. Ən çox çiçəkləmə fazasında olur, sonra isə azalır. Meyvə-
lərin yetişmə dövründə də onların miqdarı çoxalır.
A vitamini ən çox yumurtanın sarısında (2─15 mq%),
qaraciyərdə (25 mq%), balıq yağında (27─400 mq%), süddə, kərə
yağında və s. olur.
qaranlqda işıqda
Rodopsin orsin
orsin+
sis─retinal trans─retinal
|
| | |
2H↑ +2H↓
A vitamininin A vitamininin
sis forması trans forması (spirt)
146
6.4 D vitamini
Buna bir neçə formada (D
2
─D
6
) təsadüf edilir. Bunlardan
faydalısı D
2
və D
3
vitaminləridir.
D vitamini və ya kalsiferol bitkilərdə provitamin forma-
sındadır. Bu da sterinlərdəndir. Məsələn, erqosterin D
2
vitamini-
nin provitaminidir. İnsan və heyvan orqanizmində erqosterindən
ultrabənövşəyi şüaların təsiri ilə D
2
vitamini (erqokalsi-ferol)
əmələ gəlir. D
3
vitamininin (və ya xolekalsiferol) biosintezində
dəridə olan 7─dehidroxolesterindən istifadə olunur. D qrupu
vitaminlərinin tərkibində tsiklopentanonperhidrofenantren nüvəsi
vardır və quruluşları aşağıdakı kimidir:
D
2
vitamini rəngsiz kristallardan ibarət 4 ikiqat rabitəli
siklik doymamış spirtdir. Temperatura davamlıdır, 115-117
0
C-də
əriyir.
D vitamini mineral maddələrdən kalsium və fosfor müba-
diləsinin nizamlanmasında iştirak edir. Bu vitamin çatışmadıqda
körpələrdə raxit və yaşlılarda osteomalyasiya xəstəliyi əmələ gə-
lir. Raxit mineral mübadilənin pozulması nəticəsində lülə sümük-
lərin yumşalması və əyilməsi ilə xarakterlənir.
CH
2
HO
HO
CH
2
CH
3
CH
3
│
│ ─CH─CH
║
CH
│
CH─CH
3
│
H
3
C─CH─CH
3
D
2
-vitamini
CH
3
CH
3
│
│ ─CH─CH
2
│
CH
2
│
CH
2
│
H
3
C─CH─CH
3
D
3
-vitamini
147
Bütün orqan və toxumalarda fosfor və kalsiumun miqdarı
azalır. Qanda kalsiu-mun miqdarı 10 mq %-dən 7 mq %,
fosforunku isə 5 mq %-dən 2 mq %-ə qədər azalır.
D vitamini ən çox balıq yağında, süddə, qaraciyərdə,
yumurtanın sarısında, kərə yağında və qeyri məhsullarda olur.
6.5 E vitamini
Bu vitamin əmələgəlmə (törəmə) prosesini nizamlamaqla,
heyvanlarda qısırlığın qarşısını alır. Ona görə də buna t ö r ə m ə
vitamini və ya tokoferol (nəsil gəzdirən deməkdir) da deyilir.
Emprik formulu C
29
H
50
O
2
. Tokoferolun quruluşu belədir:
148
E vitamini yağvari maye olub, spirt və efirdə yaxşı həll
olur, asan oksidləşir, turşulara və temperatura davamlıdır. Qələvi-
lərdə nisbətən tez həll olur.
Tokoferol yağları oksidləşmədən qoruduğu üçün antiok-
sidant adlanır.
E vitamini həm sərbəst, həm də birləşmiş halda olur.
Kələmdə E vitamini 20% sərbəst və 80% zülalla birləşmiş halda-
dır (M. P. Zaxarovaya görə).
Tokoferol 3 formada: α, β və γ olur. Onların başqa forma-
ları da vardır. Lakin əhəmiyyətlisi yuxarıda qeyd edilənlərdir.
Bunların fəallığı eyni deyildir. Ən fəalı α─tokoferoldur. Sonuncu-
nun fəallığı 100 götürülərsə β─tokoferolunku 30 və γ tokoferolun-
ku isə 20 olur. Bu formaların miqdarı müxtəlif bitkilərdə eyni
deyildir. Pambıq yağında 38% α, 42% isə γ forma olur. Lakin
qarğıdalı yağında tokoferolun 89%-ni γ, 11%-ni isə α forma təşkil
edir.
E vitamini orqanizmdə oksidləşmə - reduksiya prosesləri-
nin nizamlanmasına imkan yaradır. Ona görə bu vitaminin çatış-
mazlığında əzələlərin oksigenə təlabatı çoxalaraq, onlar distrofiya-
laşır.
Müəyyən olunmuşdur ki, E vitamini selenin və ubixinonun
metobolizminə təsir edir, həmçinin qocalmanı ləngidir.
E avitaminozluğu zamanı heyvanlarda balasalma əmələ gə-
lir. Spermatozoidlərin, tənasül hormonlarının əmələ gəlməsi pozu-
│ O
CH
3
CH
3
CH
3
CH
3
CH
3
│ │ │
C─ (CH
2
)
3
─CH─(CH
2
)
3
─CH─(CH
2
)
3
─CH
│
CH
3
CH
3
CH
2
H
3
C─
HO─
149
lur. Erkəklərin toxumaları degenirasiyalaşır.
E avitaminozu zamanı əzələlərdə fosfor mübadiləsi, xüsu-
silə adenozinüçfosfatın və fosfagenin çevrilmələri pisləşir. Hücey-
rələrin lipoprotein təbəqəsinin zədələnməsi xarakterik əlamətlər-
dən sayılır.
E vitamini insan və heyvanların hipofiz hissəsində, əzələ-
lərdə və mədəaltı vəzində ən çox toplanır.
Tokoferol bitkilərin yaşıl hissəsində, xüsusən toxumalarda
(rüşeymdə) olur. Bu vitaminə ən çox bitki yağlarında təsadüf edi-
lir. O, buğdanın dənində (1 mq%), rüşeymdə (30 mq%), noxudda
(6 mq%), daha artıqdır. Pambıq yağında isə 100 mq% E vitamini
vardır. Bu vitamin qaraciyərdə və yumurtanın sarısında da çoxdur.
Həmin vitamin bitkinin inkişaf fazasından asılı olaraq artıb-azalır.
Toxum cücərəndə və bitkinin inkişafı zamanı vitaminin sintezi
artır.
İtburnu meyvəsi, alma toxumu, dənli bitkilər və onlardan
alınan yağlar, qaramal və donuz əti, kərə yağı, bitki yağları, kələm
bu vitaminlə zəngindir.
|