N. M. Yusifov, K. Ş. DaşDƏMİrov


 Hormonların təsir mexanizmi



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix07.01.2017
ölçüsü3,61 Mb.
#4825
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

7.1 Hormonların təsir mexanizmi. 
 
Hormonlar  toxuma  və  hüceyrələrin  funksiyalarına  seçmə, 
spesifik  təsir  edir.  Bu  isə  hüceyrələrdə  hormonlara  birləşəcək 
spesifik zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin resep-
torlar 2 qrupa bölünür. Onlardan bir qrupu plazmatik membranın 
(hüceyrə örtüyünün xarici) səthində yerləşir. Digəri-sitoplazmatik 
reseptorlar isə hormonla hüceyrənin daxilində birləşir. Birinci növ 
reseptorlar adenilatsiklaza ilə əlaqədar olduğundan adenilatsiklaza 
sistemi  adlanır.  Hormon  (məsələn,  prolaktin)  zülal  reseptoru  ilə 
birləşərək  hormon-reseptor  kompleksini  əmələ  gətirir.  Bu  da 
adenilatsiklazaya  təsir  edib,  onu  fəallaşdırır.  Sonuncu  isə  ATF-i 
siklik AMF-ə (ts AMF) çevirir. 
 
F
F
AMF
ATF
TS



 
Siklik  AMF  hədəf  hüceyrədə  bəzi  orqanellaların  (məsə-
lən, nüvə) və bir sıra spesifik zülalların (məsələn, xromatin zülal-
larının) fosforlaşmasını sürətləndirən fermentləri (nüvə proteinki-
nazaları:  məsələn,  fosforilaza)  fəallaşdırır.  Nəticədə  hüzeyrədə 
gen fəallaşır və müvafiq maddənin (məsələn süd vəzi hüceyrəsin-
də) kazeinin sintezinə başlanır.  
Hormonun  (məsələn,  adrenalin)  seçmə  təsiri  müvafiq 
reseptorun  quruluşu  ilə  əlaqədardır.  Fermentlərin  fəallığı  siklik 
QTF və başqa nukleotidlərlə, proataqlantinlərlə də tənzimlənir. Bu 
yolla, yəni adinilatsiklaza sistemi ilə zülal (prolaktin, insulin bə s.) 
və  polipeptid  (adrenokortikotropin,  qlükoqon  və  s.)  təbiətli  hor-
monlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir. 
Steroid  hormonları  (kortikosteroidlər,  androsteronlar, 
estrogenlər) sitoplazma reseptorlarına təsir göstərir. Onlar spesifik 
zülal-reseptorlarla  birləşərək,  sitoplazmada  mitoxondiryalarda  və 

179 
 
başqa orqanlarda hormon-reseptor kompleksi əmələ gətirir. Həmin 
komplekslər  hədəf  hüceyrənin  sitoplazmasından  nüvəsinə  keçə-
rək,  xromosomlardaki  xüsusi  zülallarla  (akseptorlarla)  birləşir  və 
transkripsiyaya  təsir  edir.  Bu  zaman  genlər  fəallaşır,  PHT-nin,  o 
cümlədən  mPHT-nin,  müvafiq  fermentlərin  və  başqa  zülalların 
(məsələn,  yumurtalıq  yolunda  ovalbuminin)  sintezi  sürətlənir. 
Sitoplazmatik zülal reseptoru hormonun təsirinin vasitəsi olub bu 
xassəni  yalnız  hormonla  birləşdikdə,  kompleks  əmələ  gətirdikdə 
qazanır. Göstərilən mexanizimlər hormonların təsirində əsas sayı-
lır. Lakin hormonların təsiri ilə mübadilə proseslərinin tənzimində 
əlavə spesifik amillər də iştirak edir. 
 
 
 
7.2 Hormonların təsnifatı. 
 
Hazırda  100-ə  yaxın  hormon  və  hormonoid  məlumdur. 
Hormonoidləri (histamin,  serotonin,  bradikinin,  renin,  qastrinsek-
retin və  s.) toxuma hormonları  da deyilir. Onlar adi  hüceyrələrdə 
əmələ gəlirlər.  
Hormonlar  təsirinə  görə  2  yerə  ayrılır:  buraxıcı  və  icraçı. 
Buraxıcılara  hipotalamusun  neyrohormonları  aiddir.  Onlar  bəzi 
daxili sekresiya vəzilərinin fəaliyətini tənzimləyir. İcraçı hormon-
lar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və s-də əlaqədar müba-
dilə proseslərinə təsir edir. 
Hormonlar  kimyəvi  təbiətinə,  funksiyalarına  və  əmələgəl-
mə yerlərinə görə də təsnif olunur.  
Hormonlar  kimyəvi  təbiətinə  görə  3  əsas  qrupa  ayrılır: 
zülal,  aminturşuların  törəmələri  və  steroid  hormonları.  Zülal  tə-
biətli hormonlar sadə (somatotropin, prolaktin, insulun) və mürək- 

180 
 
+  J
2
    → 
│ 
CH
2
 
│ 
CHNH
2
 
│ 
COOH 
│ 
CH
2
 
│ 
CHNH
2
 
│ 
COOH 
J─ 
OH 
│ 
OH 
│ 
─J 
Triozin 
Diyodtirozin 
kəb zülal (tireotropin, liporopin), polipeptid (somayostatin, vazop-
ressin,  oksitosin)  olur.  Bəziləri  isə  aminturşularının  (böyrəküstü 
vəzin  beyin  maddəsinin  və  qalxanabənzər  vəzinin  hormonları) 
törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir. Aşağı-
da hormonların əmələgəlmə yerlərinə görə təsnifi verilir.  
 
 
 
7.3 Qalxanvari vəzi hormonları. 
 
Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla 
ən yaxşı təchiz olunmuş orqandır. İnsanda bunun çəkisi 25-30 q, 
inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8 q olur. Bu vəzidə əmələ 
gələn  hormona  tiroksin  və  ya  tetrayodironin  deyilir.  Tiroksini  ilk 
dəfə  1919-cu  ildə  Kendal  tireoqlobulin  adlanan  zülalın  hidroli-
zindən  ayrılmışdır.  Qalxanvarı  vəzin  folikulunda  olan  bu  zülalda 
0,5-1 % yod vardır. Onun molekul kütləsi 650-700 min daltonlara 
yaxındır. Tiroksin tirozindən əmələ gəlir. Tirozin əvvəlcə diyodti-
rozinə çevrilir. 
 
 
 
 
 
 
 
 
Diyodtirozindən də tiroksin sintez olunur.  

181 
 
─CH
2
─CH─COOH 
             │ 
             NH

│ 

 

│ 

HO─ 

│ 
Üçyodtrionin 
 CH
2
─CH─COOH 
 │       │ 
          NH

─J 
J─ 

J─ 
OH 
│ 
─J 
          NH

│       │ 
CH
2
─CH─COOH 
 
J─ 
   │ 
HO 
J─ 
─J 
          NH

          │ 
CH
2
─CH─COOH 
│ 
OH 
│ 
─J 
Diyodtirozin 
Diyodtirozin 

CH
3
 
│ 
CHNH
2
 
│ 
COOH 
 

Alanin 
Trioksin 
 
Son  zamanlar  heyvanların  qanında  xüsusi  maddənin-
üçyodtironinin də varlığı müəyyən edilmişdir. Bu maddə tərkibcə 
tiroksinə yaxındır, amma fəallığı ondan 10 dəfə artıqdır. 
 
 
 
 
 
 
 
 
Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur. 
Tiroksinin  maddələr  mübadiləsində  rolu  böyükdür.  O  qaz 
mübadiləsini,  qanda  qlükozanı  artırır,  mitoxondrilərdə  oksidləş-
məklə fosforlaşmanın intensivliyini nizamlayır.  
Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını  

182 
 
başa çatdırdıqdan sonra tez aminləşmə, yodsuzlaşma və konfuqa-
siya  proseslərinə  uğrayır.  Yodun  ayrılması  toxumalarda  tiroksin-
halogenaza fermentinin iştirakı ilə baş verir. Parçalnmadan ayrılan 
yod  əsasən  qeyri-üzvi  birləşmələr  şəklində  böyrəklər  vasitəsilə 
xaric olunur. 
Trioksinin  istehsalı  azalırsa,  hipotireoidizm  baş  verir.  Bu 
qalxanvari  vəzinin  atrofiyalaşmasından  əmələ  gəlir.  Bu  zaman 
insan  və  heyvanda  qısa  boyluluq  müşahidə  olunur,  kretinizm  baş 
verir.  
Əgər  bu  hal  yaşlılarda  müşahidə  edilərsə,  miksedema 
adlanır.  Bu  zaman  xəstələr  çox  yaşlı  görünür,  mübadilə  prosesi 
zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur.  
Qalxanvarı  vəzinin  degenerativ  böyüməsində  endimik  ur 
xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod 
az  olan  yerlərdə  (dağlıq  və  dağətəyi  rayonlarda)  baş  verir.  Azər-
baycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında rast gəlinir. Xəstə-
liyin  baş  verməməsi  üçün,  yəni  profilaktik  məqsədlə  kalium-
yodiddən istifadə olunur.  
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu 
zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini 
intensivliyi  ilə  xarakterlənir.  Nəticədə  orqanizm  zəifləyir,spesifik 
əlamət  olaraq  çəpgözlülük  baş  verir,  arıqlama,  ətraflarda  titrəmə 
müşahidə olunur.  
Qalxanvarı  vəzidə  32-aminturşusunun  qalığından  ibarət 
polipeptid  təbiətli  hormonun  da  varlığı  müəyyən  edilmişdir.  Bu 
birləşmənin  quruluşu  da  öyrənilmişdir.  Bu  hormona  tireokalsito-
nin deyilir. Tireokalsitonin sümük toxumasından kalsiumun qana 
keçməsini  ləngitməklə  qanda  onun  miqdarını  azaldır.  Siyənək 
balığından  alınmış  kalsitonin  məməli  heyvanların  və  insanların 
orqanizminə onların öz spesfik hormonlarına nisbətən qüvvətli  tə- 

183 
 
sir göstərir (100 dəfədən artıq). Parathormonun əksinə təsir edir. 
Tireokalsitoninin  bu  xassəsindən  kosmik  fəzanın  fəthi 
zamanı  kalsiumun  sümük  toxumasından  qana  keçməsini  ləngit-
mək  üçün  istifadə  olunur.  Belə  ki,  kosmik  uçuşlar  zamznı  kalsi-
umun sümükdən qana keçmə prosesi sürətlənir (hərəkətsizlikdən), 
sümüklər möhkəmliyini itirir. 
 
 
7.4 Qalxanvarı ətraf vəzilər. 
 
Qalxanvari ətraf vəzilər  qlxanabənzər vəzinin arxa səthin-
də yerləşən sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 
q-dır). 
Bu  vəzilərin  sintez  etdiyi  hormon  paratireokrin  və  ya 
parathormon adlanır. Parathormon 84 aminturşusunun qalığından 
və  lipidlərdən  əmələ  gəlmiş  mürəkkəb  zülaldır,  tərkibində  12,6-
15,5%  azot  var,  molekul  kütləsi  700  min  daltona  yaxındır.  Bu 
zülal  iki  fraksiyadan  ibarətdir.  Fəal  faksiya  suda,  duz  məhlulla-
rında yaxşı həll olur, proteolitik fermentlərin təsirindən inaktivlə-
şir. Parathormon Ca
2+
  və  fosfat  ionlarının  bağırsaqlarından sorul-
masını sürətləndirir. 
Qalxanvarı  ətrafı  vəzilərin  hormonlarının  çatışmazlığında 
qanda kalsiumun miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki 
parathormon  kalsium  və  fosfor  mübadiləsinin  nizamlanmasında 
iştirak  edir.  Sinir  sisteminin  oyanması  sürətlənir,  tetaniya  baş 
verir.  Bədənin  müxtəlif  əzələlərində  sinir  əzələ  oyanıqlığının 
yüksəlməsi müşahidə edilir. 
 
 

184 
 
7.5 Böyrəküstü vəziləri hormonları. 
 
Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal 
hissəsində yerləşir. 
Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində 
çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 
q,  inəkdə  10-30  q,  donuzda  5  q,  qoyunda  3-4  q  olur.  Bunların 
çəkisinin  10%-i  beyin  qatından, 90%-i  isə qabıq qatından ibarət-
dir. Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar 
katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin 
və  izopropiladrenalin  aiddir.  Adrenalin  və  noradrenalin  həmçinin 
simpatik sinir sisteminin hüceyrələrində əmələ gəlir.  
Adrenalin  (və  ya  epinefrin)  tipozinin  və  ya  fenilalaninin 
törəməsidir. 
 
 
 
Adrenalin  özü  noradrenalinin  törəməsidir,  onun  metilləş-
məsindən əmələ gəlir. Bu hormon karbohidratların mübadiləsində 
iştirak edir. Fosforilazanin fəallığını artırmaqla, qlikogenin qlüko-
zaya  qədər  parçalanmasını  sürətləndirir,  hiperqligemiyaya  (qanda 
qlükozanın çoxalmasına) səbəb olur. Adrenalinin fəallığı noradre-
nalindən 4-8 dəfə artıqdır. Adrenalin orqanizmə çox kiçik dozalar-
da  fizioloji  təsir  göstərə  bilər.  Onun  optimal  dozası  (1  kq  çəkiyə 
0,0001 mq olmaqla) ürəyin yığılmasını sürətləndirir. Qan damar- 
       
 
C
6
H
5
               C
6
H
4
OH       C
6
H
3
(OH)
2
      C
6
H
3
(OH)
2          
C
6
H
3
(OH)
2
           C
6
H
3
(OH)
2
  
          │                     │                  │                     │                     │                          │ 
          CH
2  
  -
½O
2    
  СH
2
   +
½O
2
  CH
2
    - CO
2
    CH
2
  +
½O
2
     CHOH      +CH
3
   CHOH 
          │                    │                   │                     │                     │                          │ 
H
2
N─CH─COOH   CHNH
2
         CHNH
2
            CH
2
NH
2
          CH
2
NH
2
               CH
2
 
                                 │                  │                                                                          │ 
                                 COOH          COOH                                                                 NH−CH−(CH
3
)

 
    
Fenilalanin      Triozin               Dofa-               Dofamin         Noradrena-         Adrenalin 
                                            (dioksifenilalanin)                                    lin 

185 
 

 

 

 

 
       

 
H
 
  ║  
 
       C 
       │
 
 
CH
2
OH 

   
C═O 

 
 
HO 
 
      
CH
2
OH 
      

   
      CO 
       
      
OH
 
              
 
 
HO 
 
      
CH
2
OH 
      

   
O


       
      
OH
 
              
 
 
      
CH
2
OH 
      

   
O


       

 
 
HO 
 

 
Kortikosteron 
 
Kortizon 
 
Kortizol 
 
Aldosteron 
 
larını daraldaraq arterial  təzyiqi  yüksəldir 
(
tac damarlar müstəsna 
olmaqla). 
Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30-a 
qədər  hormonun  varlığı  müəyyənləşdirilmişdir.  Bunların  hamısı 
sterinlərin ketoörəmələridir, steroidlərdir. Misal olaraq kortikoste-
ron, kortizon, kortizol (oksikortikosteron) və s. göstərilə bilər. 
Böyrəküstü  vəzinin  qabıq  maddəsində  sintez  olunan  hor-
monların  quruluşlarının  əsasını  tsiklopentanperhidrofenantrenin 
törəmələri  olan  preqnan  və  allopreqnan  təşkil  edir.  Böyrəküstü 
vəzilərin ümumi çəkisinin 5%-ə qədəri xolesterinin payına düşür. 
Ondan kortikosteroidlər sintez olunur.  
Bu  hormonlar  zülalların,  karbohidratların,  yağların  və 
mineral  maddələrin  (düzların,  suyun)  mübadiləsində  əsas  rol 
oynayır. 
Mineral  maddələrin  mübadiləsində  iştirak  edənlərə  mine-
ralokortikoidlər deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron 
və s. Bunların təsirilə hüceyrələrdə və bioloji  mayelərdə natrium 
və kalium ionlarının paylanması nizamlanır.  
 
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikoste-
ron və s.) karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin 
xəstəliyi  nəticəsində  xroniki  kaxeksiya  və  zəiflik  müşahidə 
olunur, dəridə piqmentasiya pozulur. Buna bürünc və ya Addison 

186 
 
xəstəliyi deyilir. 
 
 
7.6 Mədəaltı vəzi hormonları. 
 
Mədəaltı  vəzi  (pankreas)  qarşıq,  yəni  həm  ekzokrin,  həm 
də  endokrin  funksiyalı  vəzilərdəndir.  Onun  axacağı  onikibarmaq 
bağırsağa tökülür.  
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuz-
da 60 q, və qoyunda 40 q-dır.  
 
 
 
Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqların-
da  beta-hüceyrələrdə  əmələ  gəlir.  İnsulinin  öyrənilməsinə  təxmi-
nən  50  il  bundan  əvvəl  Minkovski,  L.  Sobolyov,  F.  Bantinq  və   
Ç.  Best  tərəfindən  başlanmışdır.  Hazırda  müəyyən  edilmişdir  ki, 
insulin  sadə  zülaldır.  Qeyri-fəal  84  aminturşusunun  qalığından 
ibarət  proinsulin  şəklində  istehsal  olunur.  Fəallaşdıqda  iki  hissə-
dən parçalanaraq, 31-63-cü amin turşusunu itirmiş proinsulin fəal 

187 
 
formaya-insulinə  keçir.  İnsulinin  tərkibində  51  aminturşusunun  
qalığı  vardır.  Bunlar  2  polipeptid  zəncirində  birləşir,  zəncirin  
birində  21  amin  türşusunun,  digərində  30  aminturşusunun  qalığı 
vardır.  
İnsulinin  nəinki  kimyəvi  tərkibi,  hətta  quruluşu  da  bizə 
məlumdur.  Hazırda  o  sintez  də  edilmişdir.  Müxtəlif  heyvanların 
insulini  21  aminturşusundan    ibarət  polipeptid  zəncirində  (A)  8-
10-cu  aminturşularına  görə  fərqlənir.  Belə  ki,  qaramalda  və 
qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda, 
atda,  itdə,  adadovşanında  izoleysindir.  Deməli,  insulin  növ  xüsu-
siyyətinə  malikdir.  İnsulin  karbohidratların  mübadiləsində  iştirak 
edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqda-
rını azaldır. Heksokinazanın fəallığını artırır, qlükozanın qlikoge-
nə çevrilməsini sürətləndirir. 
 
İnsulin piroüzüm turşusundan qlükozanın sintezini kataliz 
edən  fermentlər  sisteminin  aktivliyini  azaltmaqla,  qlikonegenez 
prosesinə ləngidici  təsir  göstərir. Onun təsirindən peptidlərin sin-
tezi  artır,  zülalların  parçalanmasını  ləngidir,  qaraciyər  hüceyrələ-
rində  karbohidratlardan lipidlərin sintez olunmasını sürətləndirir. 
İnsulin  hüceyrə  divarlarında  osmotik  təzyiqə  təsir  edərək  Na
+

K
+
,PO
4
3-
 ionlarının, həmçinin qlükozanın hüceyrələrə daxil olma-
sını  sürətləndirir.  İnsulinin  orqanizimdə  yarımparçalanma  dövrü 
40  dəqiqədir.  Onun  toxumalarda  parçalanmasında  iki  ferment 
iştirak edir. Əvvəlcə qlütation-insulin-transhidrogenaza fermenti-
nin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır. 
Bu  prosesdən  sonra  sərbəst  hala  keçən  A  və  B  polipeptid 
zəncirləri insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğra- 
                        
adrenalin
 
Qlikogen                                          qlükoza 
                               insulin 

188 
 
yır. 
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələ-
rində əmələ gəlir, tərkibində 29 aminturşusunun qalığı vardır.  
Qlükaqonda  aminturşuları  aşağıdakı  ardıcıllıqda  düzül-
müşdür. 
histidin-serin-qlütamin-qlisin-treonin-fenilalanin 
               13 
tirozin-lizin-serin-tirozin-asparagin-serin-treonin 
                  │ 
leysin-asparagin-serin-arxinin-arginin-alanin 
                 24                                                                  20 │ 
qlütamin-valin-fenilalanin- asparagin-qlütamin 
                     
│                                                               29 
treonin-leysin-metionin-asparagin-treonin 
 
Müəyyən  edilmişdir  ki  insan  və  heyvan  qlükaqonun 
birincili quruluşu bir-birindən fərqlənmir (hindquşundan başqa).  
Qlükaqon  mədəaltı  vəzidən  başqa  bağırsaq  divarında  da 
sintez olunur. Bu hormon qlükogenolitik təsirinə görə adrenalinə 
bənzəyir lakin qlükaqon adrenalindən fərqli olaraq arterial təzyiqi 
yüksəltmir. Onun təsir obyekti qaraciyər, miokard və piy toxuması 
hüceyrələridir.  Qlukaqon  göstərilən  hüceyrələrdə  adenilat-siklaza 
frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir. 
Qlukaqon  orqanizmdə  karbohidratların  parçalanma  məh-
sullarından lipidlərin sintez olunmasını ləngidir və qlükonogenez 
prosesini  sürətləndirir. Onun təsirindən piy toxumasından qliseri-
nin  və  yağ  turşularının  azad  olaraq  qana  keçməsi  sürətlənir. 
Qaraciyər  lipazasının  aktivliyi  yüksəlir.  Toxumalarda  qlükoza, 
fruktoza və sirkə turşusunun yağ turşularına və xolesterinə çevril-
məsinə mane olur. Bunların nəticəsində toxumalarda enerji hasila- 
tı artır və orqanizmin oksigenə qarşı təlabatı yüksəlir.  
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epi- 

189 
 
telisində  əmələ  gəlir.  Lipokain  yağ  turşularının  oksidləşməsinin, 
fosfastidlərin mübadiləsini  sürətləndirir, lipotrop amillərin (xolin, 
metionin)  təsirini  stimullaşdırır.  Onun  çatışmamazlığı  insan  və 
heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.  
Bunlardan  əlavə  mədəaltı  vəzdə  daha  4  hormonun  sintez 
olunduğu aşkar edilmişdir – somatostatin, vaqotonin, sentropnein 
və  pankreatik  polipeptid.  Bu  hormonların  hər  birinin  özünün 
funksyaları var. 
 
 
 
7.7 Tənasül vəziləri hormonları 
 
Tənasül  vəziləri  hormonları  erkək  və  dişi  cinsi  vəzilərinin 
interstisial  hüceyrələrində  və  qismən  böyrəküstü  vəzinin  qabıq 
maddəsində sintez edilir.  
Hazırda erkək və dişi tənasül hormonlarının çoxunun kimyə-
vi  təbiəti  öyrənilib  artıq  sintez  edilmişdir.  Bunlar  tsiklopentano-
perhidrofenantrenin,  dişi  tənasül  hormonları  isə  estranın  törəmə-
ləridir.  Dişi  tənasül  hormonlarına  misal  estradiolu,  estronu 
(follikulin), progestronu və estriolu göstərmək olar. Estran bunla-
rın törəməsidir.  
 
 
Estradiol fizioloji təsirinə görə estrondan 10 dəfə estrioldan 
 
CH
3

│   ║ 
 
 
CH

 
 │
    
 
 
CH

OH 
│   │ 
 
 
CH

 
 │
    
 
 
CH

 
 │
    
 
Estradiol 
 
HO 
 
Estran 
 
Estron 
 
HO 
 

190 
 
CH

 
 │   
 
─OH 
 
OH 
│ 
 

 
CH
3
 
 │   
 
HO─ 
 
Estriol 
 
Progesteron 
 
         

      ║ 
──C─CH

 
isə 25-30 dəfə yüksək aktivliyə malikdir. 
Estradiol  follikulalarda,  estron  folikullarda,  yumurtalıqda, 
boğazlıq  zamanı  plasentada  da  əmələ  gəlir.  Folikullarda  sintez 
olunan  hormonlara  (estron  və  estradiol)  e  s  t  r  o  g  e  n  l  ə  r    də 
deyilir. Bunların biosintezini sxematik belə göstərmək olar: 
 
astat→xolesterin 
                                                 ↓                ↓ 
Progesteron 
                                                ↓ 
androstendion→testosteron 
↓ 
oksiandrostendion→estradial 
 
Yaxınlarda müəyyən edilmişdir ki,  dişi tənasül  hormonları: 
follikulin və estradiol beyində də sintez oluna bilər. Bu məqsədlə 
qanda olan erkək tənasül hormonlarından istifadə olunur. 
 
 
 
 
 
 
 
 
Progesteron  (lyuteosteron)  sarı  cisimdə  boğazlığın  ikinci 
dövründə əmələ gəlir. Bu hormon orqanizmdə estrogenlərin ifrazı- 
nı artırır.  
Orqanizmdə bu hormonların sintezi üçün ilkin material kimi 
xolesterindən və sirkə turşusundan istifadə olunur. Onların əmələ 
gəlməsində  aralıq  məhsul  testosterondur.  Esterogenlər  qan  və 
limfanın  tərkibində  ya  sərbəst  halda  ya  da  zülallarla  (xüsusən 
albuminlərlə) birləşmiş şəkildə olur. Qanın hər 100 ml-də 1 mq-a 
qədər estrogen olur. Estrogenlər özlərinə qarşı həssas olan hücey-

191 
 
rələrin  sitoplazmasına  daxil  olaraq,  xüsusi  zülal  reseptorları  ilə 
birləşir.  Əmələ  gələn  zülal  steroid  biokompleksləri  hüceyrə 
nüvələrinə  daxil  olub  dezoksiribonukleoproteidlərin  tərkibində 
olan histonlarla biokomplekslər əmələ gətirir, nəticədə mRNT-nin 
sintezi  sürətlənir.  Hüceyrələdə  RNT-polimeraza  fermentinin 
aktivliyi  artır.  Estrogenlər  lipid  mübadiləsinə  də  təsir  göstərir. 
Qanda Ca
2+
 və PO
4
3-
 ionlarının miqdarını artırır.  
 
 
 
Estrogenlər  qaraciyərdə  bir  sıra  kimyəvi  çevrilmələrə  uğra-
dıqdan  sonra  qlükuron  və  sulfat  turşusu  ilə  birləşərək  orqanizm-
dən sidik və ya nəcislə xaric edilir. 
Erkək tənasül hormonları androstanın törəmələri olub, adro-
genlər də adlanır.  
Erkək  tənasül  hormonlarına  testosteron,  metiltestosteron, 
androsteron və dehidroandrosteron aiddir. 
 
 
 
Bu  hormonlar  toxumluqda  əmələ  gəlir.  Bunlardan  bioloji 
cəhətdən ən fəalı testosterondur. Testosteron zülalların biosintezi-  
ni stimullaşdırır, sidikdə azotun ifrazını azaldır, diri çəkini və boy  
CH


 │   ║ 
 
CH


 │   ║ 
 
CH
3
 
│ 
 
HO─ 
 
HO─ 
 
Androsteron 
 
Dehidroandrosteron 
 

 
CH
3
 
 
 
 
CH

 
 │
    
 
 
CH

 
 │
    
 
 
CH

OH 
│   │ 
 
 
CH

 
 │
    
 
 
CH

 
 │
    
 
CH
3
 
│ 
 
Testosteron 
 
OH 
 
 

 
Androstan 
 
Metiltestosteron 
 

192 
 
artımını sürətləndirir.  
Androgenlər  spermanın  tərkibində  fruktozanın  miqdarını 
artırır.  Bu  androgenlərin  aldozo-reduktaza  və  ketozo-reduktaza 
fermentlərinin aktivliyinin yüksəlməsi ilə əlaqədardır. Fruktozanın 
miqdarı  aşağı  düşdükdə  (androgenlərdə)  spermatazoidlərin  hərə-
kət aktivliyi zəifləyir.  
Cinsi əlamətlərin inkişafı androgenlərin fəaliyyəti ilə əlaqə-
dardır.  Bu  hormonlar  çatışmadıqda  oksidləşmə  prosesləri  təxirlə 
gedir,  yağların  oksidləşməsi  zəifləyir,  onlar  bədəndə  piy  kimi 
toplanır. Cavan heyvanların axtalanması zamanı kökəlmə bununla 
əlaqədardır.  Ona  görə  də  heyvandarlıqda  bundan  istifadə  edilir. 
Erkək  cinsiyyət  orqanlarının  metabolizm  məhsulları  sidiklə  xaric 
olunur.  
 
 
Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin