"Nano" sözü latınca "nanus" "cirtdan" sözündən götürülmüşdür və birbaşa hissəciklərin çox kiçik olmasını göstərir. Alimlər "nano" sözünə daha dəqiq məna veriblər: 1 nanometr metrin milyardda bir hissəsidir (1nm=10-9 m)



Yüklə 68,24 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü68,24 Kb.
#43588
1   2   3   4   5   6   7   8   9   ...   12
NanoTech

metok (marker) kimi istifadə etmək olar, onları müəyyən zülallarla birləşdirməklə. Kadmium kifayət qədər zəhərlidir, ona görədə kadmium selened əsasında kvant nöqtələri istehsaında onları sink sulfid mühafizə pərdəsi ilə örtürlər. Bioloji əlavələr üçün vacib olan suda həll olan kvant nöqtələrin alınması üçün sink kiçik ölçüdə üzvi liqandlarla birləşdirilir.

Sual 4.


Nanoquruluşların təsnifatı müxtəlif müəlliflər tərəfindən müxtəlif cür, müxtəlif parametrlərə görə - ölçülərinə, aralarındakı qarşılıqlı təsirlərə, reaksiya qabiliyyətinə, xarici görünüşünə və s. görə aparılır və hər bir müəllif özünün apardığı təsnifatı daha düzgün hesab edir. Bunlar içərisinaə ən sadəsi nanoquruluşların xarici görünüşə görə təsnifatı hesab olunur. Bu təsnifata görə nanoquruluşlar 2 böyük sinfə ayrılırlar:

  1. Bütöv (və ya “xarici”);

  2. Məsaməli (və ya “daxili”).

Bütöv nanoquruluşların özləri də ölçülərinə görə aşağıdakı kimi təsni olunurlar:

1. Həcmli üçölçülü (3D) quruluşlar; onlara nanoklaster və nanokristallar

aiddir.

2. Müstəvi ikiölçülü (2D) quruluşlar - nanosəthlər və ya nanolaylar.

3. Xətti birölçülü (1D) o quruluşlar – nanoiplər, nanomillər və ya kvant

naqilləri.

4. Sıfırölçülü (0D) quruluşlar – nanonöqtələr, və ya kvant nöqtələri.

Məsaməli nanoquruluşlara isə füllerenlər, nanoborular və nanoməsaməli materiallar aiddir. şərti olaraq ölçüləri 100 nm-dən kiçik olan hissəcikləri nanozərrəciklər adlandırmaq qəbul olunub. Nanozər- rəciklərin tərkibində təqribən 106 sayda atom olur . Nanozərrəciklərin 2 növünü ayırd edirlər: nanoklasterlər və nanokristallar. Ölçüləri 10 nm-dən kiçik olan hissəciklərə nanoklasterlər deyilir. Nanoklasterlərdə, əsasən, 1000 atom olur. “Klaster” termini elmə ilk dəfə 1964-cü ildə professor F.Kotton tərəfindən gətirilmişdir. Nanoklasterlərə aşağıdakılar aiddir: 1. Molekulyar klasterlər (çoxnüvəli kompleks birləşmələr), adından göründüyü kimi, bu klasterlər əsasən, molekullardan təşkil olunublar. Bütün bioloji makromolekullar quruluş etibarı ilə molekulyar klasterlərdir; 2. Liqandsız qaz klasterləri (liqand latınca ligare sözündən götürülüb, birləşdirmək mənasını verir, yəni liqand hər hansı bir mərkəzlə - akseptorla atom, ion və ya molekuldur): bunlara liqandla stabilləşməyən metallik və qeyri-metallik klasterlər aiddir; 3. Kolloid klasterləri (kimyəvi reaksiyalar vasitəsilə maye fazada əmələ gələn liofil – hidrofil, yəni suda həll olan, və liofob – hidrofob, suda həll olmayan klasterlər); bunlar əsasən yapışqan formada olurlar. 4. Matris klasterləri (bir-birindən izolə olunmuş və bərk matris üzərində “becərdilmiş” , “yaradılmış” klasterlər); 5. Bərk nanoklasterləri (bərk fazada müxtəlif çevrilmələr nəticəsində yaranan klasterlər).

Müəyyən olunub ki, nanoklasterlərin də xassələri ölçülərdən asılı olaraq dəyişir. nanoklasterlər xətti ölçülərinə görə kiçik, orta, böyük və qiqant klastrlərə böıünür və onların hər biri müəyyən sayda atomlarla səciyyələnirlər. Belə ki, kiçik klasterlərdə ∼ 3-12, orta klasterlərdə 13-100, böyük klasterlərdə 100-10.000, qiqant klasterlərdə isə 100.000-ə qədər atom olur. 106-dan çox sayda klasterlər kolloid hissəcikər adlanır. Atomların sayından asılı olaraq klasterlər müxtəlif quruluşa malik olurlar. Nəzəri və təcrübi hesablamaların təhlili nəticəsində müəyyən olunmuşdur ki, 13 və 14 atomdan ibarət qızıl nanoklasterləri səthi quruluşa, 16 atom halında – üçölçülü quruluşa, 20 atom halında isə adi həcmli qızılın quruluşuna oxşar kubik özək quruluşuna malik olur. Qızıl atomlarının sonrakı artımında kubik özək quruluş yenidən dəyişərək, qeyri-adi uzunsov forma alır.

Sual 5.


Nanoobyektlərin təsnifatının çoxsaylı müxtəlif üsulları mövcuddur. Onların ən sadəsinə uyğun olaraq bütün nanoobyektləri iki böyük sinifə bölürlər – bütöv (“xarici”) və məsaməli (“daxili”) (sxemi). 1. Həcmli üçölçülü (3D) quruluşlar; onlara nanoklaster və nanokristallar aiddir.2. Müstəvi ikiölçülü (2D) quruluşlar - nanosəthlər və ya nanolaylar. 3. Xətti birölçülü (1D) o quruluşlar – nanoiplər, nanomillər və ya kvantnaqilləri. 4. Sıfırölçülü (0D) quruluşlar – nanonöqtələr, və ya kvant nöqtələri.

Birölçülü nanoobyektlərə


Yüklə 68,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin