NaqiLSİz rabiTƏ ÜZRƏ standartlaşdirma təŞKİlatlari


Şəkil 1. Veriliş, detektorlama və maneələr zonaları



Yüklə 177,8 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü177,8 Kb.
#35158
1   2   3   4
Muh 6 NRT.

Şəkil 1. Veriliş, detektorlama və maneələr zonaları

Veriliş zonası. Müəyyən radius dairəsində veriliş müm­kün­dür, yəni siqnalın qəbulu kifayət qədər az səhvlərlə yerinə ye­ti­rilir. Qəbuledici verici ilə rabitə yarada bilir, həmçinin özü də verici kimi işləyə bilər.

Detektorlama zonası. İkinci radius dairəsində verilişin de­tek­­torlanması mümkündür, yəni ötürülən güc kifayət qədər bö­­yük­­dür. Lakin burada rabitə yaratmaq üçün səhvlərin miq­darı çox böyük olur.

Maneələr zonası. Daha böyük olan üçüncü radiusun da­xilində verici, faktiki olaraq digər verilişlərə maneçilik törədir, fon küyü yaradır. Qəbuledici, vericidən göndərilən siqnalları detek­torlaya bilmir, ona görə də onlar digər siqnallar üçün ma­neə yaradır. Bu cür sadələşdirilmiş ideal sxem, vericinin ətra­fında yaranan ayrı-ayrı manqalar barədə təsəvvür oyadır. Lakin real­lıqdakı hadisələr vakuumda deyil, real atmosferdə baş verir ki, bu zaman atmosferin xüsusiyyətlərini, dağların möv­cud­luğunu, binaları, vericinin və qəbuledicinin hərəkətdə ola bilə­cəyini və s. nəzərə almaq lazım gəlir. Nəticədə, yuxarıda göstə­rilən üç dairə, praktikada çoxbucaqlılara çevrilir ki, onun for­ma­sı zamandan asılı olaraq dəyişir və verilişin tezliyindən asılı olur.

Sərbəst fəzada radiosiqnallar işıq kimi (tezlikdən asılı ol­ma­yaraq), yəni düz xətt boyunca (qravitasiya effektlərini nəzə­rə almadan) yayılırlar. Əgər verici və qəbuledici arasında belə xət­ti çəkmək mümkün olarsa, həmin xəttə düz görünüş xətti de­yilir. Lakin verici və qəbuledici arasında heç bir maddə olma­dıqda (vakuum) belə, yayılma zamanı siqnalın gücü sər­bəst fəzada itkilərə məruz qalır. Verici və qəbuledici arasındakı mə­safəni - ilə işarə etsək, onda siqnalın qəbul olunan - gücü, - na mütənasib olacaqdır (əks kvadratlar qanunu). Bu hadisənin səbəbi çox sadədir. Fərz edək ki, verici fəzada hər hansı bir nöqtədir. Müəyyən enerjiyə malik olan siqnalı verici ilə şüalandırdıqdan sonra o, fəzada kürə formalı dalğada olduğu kimi, işıq sürətilə yayılır. Əgər heç bir maneə yoxdursa, onda kürənin radiusu daim artacaqdır və siqnalın enerjisi onun səthi boyunca müntəzəm (bərabər) paylanacaqdır. Kürənin səthinin sahəsi isə , onun radiusu artdıqca artır.

Verici ilə qəbuluedici arasında heç bir maddə olmadıqda be­lə, bəzi əlavə parametrləri nəzərə almaq lazım gəlir. Mə­sə­lən, qəbuledici ilə qəbul olunan güc, dalğa uzunluğundan, həm­ci­nin verici və qəbuledicinin antenalarının istiqamətlənmiş təsir əm­salından asılıdır. Verici ilə qəbuledici arasında maddə olan­da isə, vəziyyət daha da mürəkkəbləşir.

Radioverilişlərin ək­sə­riyyəti atmosfer (sərbəst fəza) vasitəsilə edilir, ona görə də siq­nalların yolunda hava, yağış, qar, duman, toz, çovğun və s. ola bi­lər. Kiçik məsafələrdə (məsələn, LHŞ - lər üçün) bu cür it­ki­lər və yaxud sönmələr çox da mürəkkəb anlara gətirib çıxarmır. Uzaq məsafələrə verilişlər zamanı isə (məsələn, peyk rabitəsi) at­mosferin təsiri güclü olur və onu nəzərə almaq lazım gəlir. Ha­va şəraitinin dəyişməsi, hətta adi mobil telefon rabitəsinə də tə­sir göstərə bilər. Yağış antenanın şüalandırdığı enerjinin bö­yük hissəsini udur (bu cür effektdən mikrodalğalı sobalarda xö­rək hazırlamaq üçün istifadə edilir) və bunun sayəsində rabitə ka­na­lının fəaliyyəti tamamilə pozula bilər. Radiodalğalar müx­təlif obyektlərdən birbaşa keçə də bilərlər. Adətən, verilişin tez­liyi nə qədər azdırsa, onda dalğanın nüfuzetmə dərəcəsi yük­sək olur. Uzun dalğalar suda da böyük məsafələrə yayıla bilir­lər – bu effektdən sualtı qayıqlarla rabitədə istifadə edirlər. Yük­sək tezlikli radiodalğaların ekranlanması üçün, hətta bir ədəd ağac da kifayət edə bilər. Tezlik nə qədər yüksəkdirsə, ra­dio­dal­ğaların təbiəti, işığın təbiətinə daha yaxın olur.

Radiosiqnalın sərbəst fəzada yayılma zamanı qəbul antenin çıxışında siqnalın gücü aşağıdakı kimi

hesablanır:

haradakı

- qəbul və verici antenlərin gücləndirmə əmsalları.



Bu tənliyi istifadə edəndə qəbul edilir ki, qəbul anten verici antendən 

məsafəsində yerləşir. Bu məsafə uzaq bölgəyə uyğundur (Fraunqofer bölgəsi).

Bu tənlik adətən Fraunqofer bölgəsində yerləşən

məsafəsinə görə yazılır:

məsafəsi adətən açıq fəzada rabitənin təşkili üçün 100 m və ya 1Km götürülür.

Radiosiqnalın yayılma zamanı onun əsas xarakteristikasından biri naqilsiz rabitə kanalında

sönmələr. Sərbəst fəza üçün Fraunqofer bölgəsində sönmə (dB) belə təyin olunur:

Sönmənin təyini üçün bu düstürün başqa bir yazılışı da istifadə olunur:

haradakı

- antenin gücləndirmə əmsalı;

- antenin səthinin səmərəli sahəsi, m2;

- siqnalın sərbəst fəzada sönməsi;

- verici və qəbuledicinin güclərin səviyyələri;



- verici və qəbul antenlərinin gücləndirmə əmsalları,dB;

d – verici ilə qəbuledici arasında olan məsafə (Km);



f – siqnalın tezliyi (MHs).

Radiosiqnalları sərbəst fə­zada işıq kimi, yəni həmişə düz xətt boyunca yayılırlar. Əs­lində verici ilə qəbuledici arasında düz görünüş xətti heç zaman ol­mur. Mobil telefonlar iri ucadələnləri, dağları, binaların da­xilində, avtomobillərdə və s. olan yerlərdə istifadə edilirlər. Be­lə­liklə, məsafədən asılı olaraq yaranan sönmələrdən başqa , ve­ri­ci və qəbuledici arasında siqnalın yayılmasına daha bir sıra effektlər təsir göstərir ki, bunlar tezlikdən kəskin asılı olurlar. Ra­diosiqnalların sönməsinin son həddi iri maneələrlə bloklama və ya ekranlama effektləridir, yəni bu cür maneələr siqnalın qəbuledici tərəfə deyil, tamam başqa istiqamətə tərəf sınmasına səbəb olar və maneənin o biri üzündəki abonentə siqnal çata bilər. Siqnalın tezliyi nə qədər yüksək olarsa, onun yayılması xü­susiyyəti işığınkına daha yaxın olar. Ona görə də, hətta kiçik obyektlər, məsələn adi divar, küçədəki yük maşını və yaxud ağac da siqnalları bloklaya bilər. Əgər obyekt kifayət qədər böyükdürsə (siqnalın dalğa uzunluğu ilə müqayisədə), onda siq­nal oradan əks oluna bilər. Bu cür obyektlərə iri bina­ları, dağları və yaxud yer səthini misal göstərmək olar.

Əks olun­ma za­manı siqnal gücünün bir hissəsi obyekt tərəfindən udu­lur və siqnal zəifləmiş olur. Əks olunma effekti sayəsində siq­nal­ları düz görünmə xətti olmadıqda belə ötürmək müm­kündür. Buna əyani misal – şəhərlərdə və dağlıq rayonlarda verilişlər ola bi­lər. Qəbulediciyə çatana qədər vericinin siq­nalları binaların divar­larından bir neçə dəfə əks oluna da bilər. Siqnal nə qədər çox əks olunarsa, bir o qədər zəifləyər.


Yüklə 177,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin