İsrailin milli bayramları Digər dinlərdə olduğu kimi iudaizmdə də dindarların gündəlik həyatını qurarkən nəzərə aldıqları həftəlik, aylıq və illik tsiklləri ayırmaq olar.
Həftə tsiklli çərçivələrdə yəhudilər üçün müqəddəs gün şənbədir (şabat). Bu sevinc və istirahət günüdür və bu gün Tövratı öyrənmək, dincəlmək və bayram süfrəsi düzəltmək tapşırılır. Yəhudi şənbəsi ümumən qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır; evin sahibəsi şamları yandırır və xeyir dualar söyləyir. Bütün ailə və dəvətedilmiş qonaqlar bayram süfrəsində iştirak edir və bu zaman şərabı və iki xüsusi bayram çörəyini (xalı) uğurlayırlar. Adətən şənbə günü sinaqoqa xidmətini ziyarət edirlər. Şənbə günü xüsusi dualar oxunan, xoş ətirlər ətrafa səpirlər və xüsusi şam yandırılan Xavdal mərasimi ilə bitir.
Ortodoksal yəhudilər şənbə gününün riayət edilməsinə çox ciddi yanaşır, çoxsaylı dini göstərişləri pozmamağa çalışırlar; onlar işləmir, siqaret çəkmir, maşina minmir və s. Islahatçı-yəhudilər qədim qadağaların çoxunu nəzərə almırlar.
Növbəti ayın başlanğıcı yəhudilərdə ayın təzə çıxdığı vaxta (Roş-xodeş) təsalüf edir. Bu gün əlavə dualar oxunur, sinaqoqada daha bir ibadət mərasimi keçirilir. Təzə ay çıxan vaxt oruc və yas tutmaq qadağandır.
Yəhudilərin illik dini tsiklində dindarın həyatında özünəməxsus mərhələni təcəssüm edən bayramlar xüsusi yer tutur. Bu tsikl yeni ilin qeyd edilməsi (Roş-xaşana) ilə payızda başlayır. Talmuda əsasən, Roş-xaşana növbəti ilin Tanrı tərəfindən insanların əməllərinin qiymətləndirilməsinin məhşər günüdür. Bu gün xüsusi təntənəli sinaqoqa ibadəti zamanı qoyun buynuzundan şeypurda (şofar) çalınır, yeni ilin ilk gecəsində isə şirnilər –bala batırılan, alma yaxud piroq yeyilir. Ikinci gecə təzə yetişmiş bar gələn ilin bolluğuna ümidlərin rəmzi kimi yeyilir.
Roş-xaşana 10 günlük tövbənin başlanğıcının rəmzidir. Bu günlər Böyük günahların təmizlənməsi Günü (Iom-Kuppur) ilə bitir. Iom-Kuppurda günəşin batmasından növbəti günün axşamına qədər oruc tutmalıdır. Bir çox mömin yəhudilər bu gün ayaqqabı geymirlər. Yəhudi ənənəsinə görə, insan Iom-Kuppur günündə yalnız bütün incitdiklərinin əfvini alandan sonra günahlarından təmizlənə bilər.
Sinaqoqada beş ibadət keçirilir; ilk axşam ibadətinin əvvəlində ən tanınmış sinaqoqa duası – Kol Nidre səsləndirilir. Dua edənlər tövbə etməyə, günahlarını etiraf etməyə çağırılır: sinaqoqaya daxil olan hər kəs diz üstə çökür. Bütün yəhudi bayramlarının əvvəli iki gün ərzində qeyd oluna biləcəyi halda (təzə ayın çıxması günündə mümkün səhvlərlə bağlı olan qədim ənənəyə əsasən), Iom-Kuppur yeganə bayramdır ki, yalnız bir gün ərzində qeyd edilir. Iom-Kuppur şofarın sədaları ilə tamamlanır.
Tövbə günündən beş gün sonra Kuşey (Sukkot) bayramı başlanır. O, səkkiz gün davam edir və ikimənalılıq daşıyır – aqrar və mənəvi-tarixi. Daha qədimdən məhsul bayramı olan Kuşey eyni zamanda yəhudilərin 40 illik səhrada sərsəriliyini xatırladır. Sukkot gunlərində meyvə və güllərlə bəzədilmiş yüngül şalaş tipli tikili (sukku) qurulur. Bu cür şalaşda yəhudi ailəsi mümkün qədər çox vaxt keçirməyə çalışır. Sukkotun hər günündə dindarların kütləvi yerişi sinaqoqanı dolanır. Sinaqoqa ibadəti zamanı dindarlar əllərində sitrus meyvəsini (etroq) tutur və palma, mərsin və bədmüşk budaqlarından ibarət dəstəni yellədirlər.
Sukkotun qeyd edilməsinin səkkizinci günü Tövratın oxunuşunun illik tsikli bitir və yeni tsikl başlayır. Buna görə bu gün Tövrata sahib olma (Simxat-tora) bayramı adlanır. Şən nümayiş yeddi dəfə sinaqoqanı dolanır; dindarlar əllərində Tövratın qiymətli mətn parçalarını tuturlar. Səhər ibadətində bütün kişilər növbə ilə Tövratın oxunuşuna dəvət edilirlər.
Mərkəzi yəhudi bayramı Pasxadır (Pesax). Bu gün bütün dünyanın yəhudiləri misir əsarətindən azad olunmalarını qeyd edirlər. Bayramın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək (matsu) yeməyə icazə verilir. Buna görə Pasxanı bəzən «Opresnok» bayramı adlandırırlar. Pasxanın başlanmasının ilk iki günündən birində bütün ailə qonaqlarla birgə xüsusi pasxa süfrəsində (sedere) iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq acı otlar, xaroset (sürtkəcdən keçirilmiş almalar, qazlar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır və danışığını izahlarla müşayiət edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Sedera mərasiminə xeyir-duaların deyilməsi, dini mahnıların oxunması daxildir. Sinaqoqada pasxa günlərində bayram ibadətləri keçirilir.
Pasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu zaman biçinin başlanması qeyd edilirdi. Pasxadan yeddi həftə sonra ( may, iyun aylarında) Sedmits (Şavuot) bayramı başlayır. Qədim yəhudilərdə o Pasxatək aqrar bayram olsa da (məhsul yığımının bitməsi), zaman keçdikcə tarixi-mənəi mənaya da sahib oldu; onu Sinay dağında Qanunun əldə edilməsi ilə əlaqələndirirlər. Bir çox icmalarda Şavuotun birinci axşamında Əhdi-ətiq kitabını oxuyur, mömin yəhudilər bütün gecə Bibliya və Talmudu oxuyurlar. Bir çox icmalarda məhz bu gun oğlan və qızların yetkinlik yaşına çatmaları qeyd olunur. Əsas bayramlara əlavə olaraq yəhudilikdə digər «kiçik» bayramlar da mövcuddur. Xüsusən geniş sevinc və Allaha minnətdarlıqla dolu olan iki bayram qeyd edilir. Işıq (Xanuka) qış bayramında yəhudilər eramızdan əvvəl ikinci əsrdə yunanlar üzərində qələbələrini və Qüds məbədinin təmizlənməsini yada salırlar. Xanukanın səkkiz gününün hər birində xüsusi səkkiz şamlı qəndildə (menore) növbəti şam yandırılır. Dini himnlər oxunur, uşaqlar şən oyunlar oynayır (ilk növbədə fırlanğıc-dreydl oyunu). Bu günlərdə şən ziyafətlər təşkil edilir, hədiyyələr mübadiləsi aparılır.