yarıya bölmək üçün səbətin içərisinə haça şəklində qoyulan iki
çubuq.
XATAKÜN (
Bulqan, Naxçıvan, Şıxmahmud) –
fırıldaqçı, dələduz. –Qaynımın oğlu xatakün uşaxdı, salamat
adam d
əyir.
XATINBARMAĞI (Babək, Şərur) – yabanı bitki.
XEYLAX (
əksər şivələrdə) – xeyli, çox. –Xeylax pal-
paltar yığmışam, göndərəcəm kəndə uşaxlara.
XƏBƏR ÇƏRŞƏNBƏ (Şərur) - boz ayın ikinci
ç
ərşənbəsi. –Xəbər çərşəmbədə bəzi çiçəx'lər açar, yanı ki,
yazın gəlişini xəbər verər.
XƏÇİRDƏX' (Nursu, Türkeş)//
XƏCİRGƏT (Kolanı)
– t
əndirin, ocağın üstünə qazan qoymaq
üçün eninə qoyulan
yastı dəmir. –Xəçirdəyi qoyarıx, qazanı qoyarıx onun üsdünə.
XƏCONNİ (Unus) – xörək bişirilən yer. –Heş
böyünn
əri xəconnidən qırağa çıxamməmişəm.
XƏFƏ (əksər şivələrdə) – qapalı, havası ağır olan yer.-
M
ən xəfə yerdə oturammıram, boğuluram.
XƏFƏNƏX' (Babək, Naxçıvan) – öskürək, çox
öskür
ən adam. –Birdən baxırsan ki, xəfənəyi tutdu, ta
danışammır.
ХƏFƏNG (Bist, Vənənd) - sаmаvаrın оdunu
söndürmək üçün istifаdə оlunаn qаpаq. -Хəfəng simаvərin
utunu söndürmək üçündü.
XƏFLƏNMƏX' (Naxçıvan) – qorxmaq. –Həyət elədi
ki,
adam gec
ə vaxdı çıxammır, xəflənir.
129
XƏX'LƏNMƏX' (Məzrə) – şumlanmış yerin gün
vurub daha da yaxşılaşması. –Yeri birəz qabaxdan şumnamax
lazımdı ki, qalıb xəx'lənsin.
XƏKAB (əksər şivələrdə) – toxum səpiləndən
sonra
veril
ən birinci su.
XƏLƏT (Babək, Naxçıvan, Şahbuz, Şərur) – hədiyyə,
n
əmər. –Gəlinin belin kim bağlasa gərəx' ona xələt verəsən.
XƏLİLİ (Kəngərli, Sədərək) – tez yetişən üzüm növü.
–Mövlüyümüz pütün x
əlili üzümdü.
ХƏMBƏR (Ələhi, Xurs) – qаrğıdаlı. -Bizzər qаrğıdаlı
dеməniх, хəmbər dеyəriх.
XƏMİRRƏMƏK (Şahbuz) – taxılın yaş olması
nəticəsində dəyirmanın boğazında xəmir əmələ gəlməsi. –
Taxılı nəm salsan dəyirmənə xəmirriyər.
XƏMİŞDİX' (Daylaqlı) – sakitlik. –Hələ kin ortalıx
x
əmişdix'di.
Dostları ilə paylaş: