Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə109/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   105   106   107   108   109   110   111   112   ...   245
naxcivan

XURUŞDUĞUNU  ÇƏX'MƏX'  (Biçənək)  –  yola 
getm
əmək, bir-birindən  xoşu  gəlməmək.  –Gülgəzin günü 
c
əməhətin xuruşduğun çəx'məynən geçir. 
ХUYGİR (Оrdubаd, Şərur) - bədхаsiyyət, dəlisоv аt. -
Bının аtı хuygiriydi, sаtdı. 
137 
 


XÜNÜX' 
(Şərur)  –  ilıq.  –Qrantının  suyu  xünüx'  gəlir 
böyün. 
XÜŞGƏ  (Aşağı  Qışlaq)  –  yaxşı  yetişmədən  bürüşmüş 
ərik.  –Xüşgəni yemirix' dənəsin  çıxardırıx,  xıdırda  qavırqıya 
qatmağa.  
 
 
 
 
138 
 


İi 
İBNƏ  (Babək,  Naxçıvan)  –  ifritə, aravuran. –
İbnəliyinin ucunnan heş kim ona yaxın durmur. 
İCƏŞMƏX'  –  (əksər  şivələrdə)  –  mübahisə  etmək, 
t
əhrik ehmək. –Mə:m onnan işim yoxdu, əmə o mənnən icəşir. 
İDARAÇI  (Şahbuzkənd)  –  idarə  işçisi.  –Savetin 
vaxdında yoldaşım idaraçıydı, hökmətə işdiyirdi. 
İDDƏ (Culfa) – qadının boşanan vaxtından bir neçə ay 
keç
ən dövr. –İndi  ta kimdi iddə  gözdüyən,  bırdan  boşanır, 
bırdan da ərə gedir. 
İFALLI (əksər şivələrdə) – abırlı, utancaq adam. –Elə 
ifallı kişidi ki, başın qaldırıp adamın üzünə də baxmaz. 
İFRİMƏX'  (Naxçıvan)  –  qocalmaq.  –Güldənənin 
q
əynanası təmmiz ifriyip. 
İKİÜZDÜ  TİFAR  (əksər  şivələrdə)  –  hər cərgədə  iki 
daşı  üz-üzə  qoymaqla hörülən divar. –Bı  tifarrar  ikiüzdüdü 
deyin qışda bıra isdi olur. 
İLAXIR  (əksər  şivələrdə)  –  çərşənbələrin sonuncusu, 
ilin Novruz bayramından əvvəl son çərşənbəsi. –İlaxır günü biz 
q
əbir üsdə gedərix'. 
İLGƏX'  (Babək,  Kəngərli,  Naxçıvan,  Şahbuz)  - 
düymənin kеçəcəyi sаp. -Yахаsınа bir ilgəx' tix' açıx qalmasın. 
İLİM-İLİM  (Naxçıvan)  –  birdəfəlik.  –Qardaşım  çıxdı 
getdi, o ged
ən də ilim-ilim itdi, ta xəbəri gəlmədi. 
- Göy üzü kilim- kilim, 
Y
аr itdi ilim- ilim. 
139 
 


Kəsin düşmən dilini, 
D
оğrаyın dilim- dilim. 
İLİŞİX'  (Nахçıvan)  -  əlaqə,  bağlılıq,  asılılıq.  -Оnnаn 
hеş bir ilişiyim yохdu. 
İL-MÜDAM  (Cəhri,  Naxçıvan,  Nəzərabad,  Vayxır)  – 
h
əmişə. –Bı baldızım il-müdam bizdədi, heç əvlərinə gedir ki.  

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin