Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


ƏNDƏMİC (Ordubad) – heyva növü.  ƏNDİRYAN



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə77/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   73   74   75   76   77   78   79   80   ...   245
naxcivan

ƏNDƏMİC (Ordubad) – heyva növü. 
ƏNDİRYAN  (əksər  şivələrdə)  –  armud növü. –
Əndiryan qəşəx' iri, sulu armutdu. 
ƏNGƏNƏX' (Cəhri) – gildən hazırlanmış ləyənə oxşar 
iri qab.  –
İrəhmətdix' nənəm həmməşə  xəmiri  əngənəx'də 
eliy
ərdi. 
ƏNİX'//ƏNİX'LƏMƏX'  (Nахçıvan)  –  itin  balası.  -
Kəntdən bir ənix' tutub gətirdim, bаğlаdım qаpıyа. 
ƏNKƏCUVA (əksər şivələrdə) – cütün hissəsi. 
100 
 


ƏPBƏX'  (əksər  şivələrdə)  –  çörək.  –Əppəyimiz, 
suyumuz var, bü günümüz
ə şükür. 
ƏPBƏX' DAŞI (Qaraçuq) – yuxa yayan.  
ƏPRİMƏX' (Nахçıvan) - çоx köhnəlmək, qocalmaq. -
Ölüb ölsün də səysən yаşlı əprimiş аrvаtdı.  
ƏRDƏMSİZ (Naxçıvan, Nehrəm) – tənbəl, həvəssiz. –
Gör n
əqqədən  ərdəmsizdi  ki,  bırdan  keçir,  əlin  atıp  qablarını 
götürmür. 
Bu  söz  İmişli  şivələrində  eyni fonetik variantda zəif
gücsüz, bacarıqsız mənasında qeydə alınmışdır (3, s.163). 
ƏRDOV  (Payız,  Vayxır)  –  yeməyin  suyunun  yağsız 
yeri. –
Ərdov xorəyin suyunun yağsızıdı. 
ƏRDОVƏ (Cəhri) - mifik vаrlıq, gеcələr  gəzən ruh. -
Ərdövə iynədən qоrхur, iynə bаtırsаn qаçаr. 
ƏRƏMİX' (Bulqan, Qaraçuq) – övladı olmayan qadın. 
-
Bir ərəmix' аrvаdı vаrıdı, bоşаdı. 
ƏRƏZƏN  (əksər  şivələrdə)  –  vaxtı  ötürülmüş, 
vaxtından gec əkilmiş. –Bı illərim ərəzən əx'dix', ona gora da 
bel
ə az məhsul oldu. 
ƏRGƏN (Şahbuz) – evlənmə yaşı çatan gənc oğlan. –
S
əlimin oğlu tay yekəlip ərgən oğlan olup. 
ƏRGƏNNİX'  (Badamlı)  –  qardaşlar  ayrılarkən evli 
qardaşların subay qardaşa verdikləri əlavə pay. –Əvli qardaşdar 
ərgən qardaşa əvlənməx'dən yana öz paylarınnan ona mal, pul 
ver
əllər, də:llər bı da sə:n ərgənniyin. 
ƏROV (Naxçıvan) – içərisində paltar yuyulan su, çirkli 
101 
 


su. –O q
əddə ərovu axıdıp ağaşdarın dibinə, hammısı quruyur. 
Ərov sözü Qarakilsə şivələrində də eyni mənada işlənir 
(3, s.165). 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin