35
bişirildikdən sonra bir qədər yağ qatılır. Bu cür hazırlanmış buğlama ətirli və dadlı olur. Onun
cavan zoğları da duzla ovxalanıb yeyilir. Bitkidən qatqı kimi istifadə edib, sup, borş, püre və s.
hazırlayırlar. İlk yazdan bazarlarda satılır.
Tibbi əhəmiyyəti. Dərman məqsədi ilə bitki çiçəkləyən dövrdə yerüstü hissələri toplanıb,
açıq havada qurudulur. Elmi təbabətdə qurudulmuş otundan spirtli ekstrakt və dəmləmə hazırlanır
ki, o da uşaqlıq qanaxmalarında qankəsici vasitə kimi işlədilir. Quşəppəyindən həmçinin mədə-
bağırsaq, böyrək və ağciyər qanaxmalarında istifadə olunur. Onda olan bu xüsusiyyət tərkibindəki
K vitamini ilə əlaqədardır. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd, böyrəkdaşı və
maddələr mübadiləsi pozğunluğu xəstəliklərində işlədilir. Quşəppəyi əsasən yaxşı qankəsici kimi də
tətbiq edilir.
Dostları ilə paylaş: