Crambe L.- Qatran. Hündür və güclü budaqlanan, sadə tükcüklü bitkilərdir. Ləçəkləri ağ,
nadirən qızılı sarıdır. Meyvələri açılmayan buynuzcuq və iki buğumlu olub aşağı buğum çiçək
ayaqcığına oxşayır, toxumsuz, yuxarı buğum şarşəkilli boş toxumludur. Cinsin Azərbaycanda 7
növü, Naxçıvan MR-də 4 növü yayılmışdır.
Crambe orienalis L. - Şərq qatranı. Çoxillik, gövdəsi çılpaq, incə, 30-80 sm hündürlükdə,
yarpaqları uzunsov-neştərvari, saplaqla bərabər tükcüklü, aşağı yarpaqları tam, digərləri düzgün
olmayan lələkvari paylı və ya liraşəkillidir. Ləçəkləri ağ, 4-5 mm uzunluqdadır. Buynuzcuğun aşağı
üzvü uzunsov, qısa,yuxarıdakı şarşəkilli, zəif 4 qabırğalı, incə olub 3-4 mm diametrindədir.
Ç.V(VII), m.VI-VII. Aşağı və orta dağ qurşağının quru daşlı yamaclarında yayılmışdır (Şəkil 1).
Şək.1. Crambe orienalis L.- Şərq qatranı
Kimyəvi tərkibi. Bitkinin yerüstü hissələrində izotiosianatlardan 3-butenilizotiosianat,
alifatik karbohidrogenlərdən heneykozan, ali yağ turşularından toxumlarında miristin, palmitin,
stearin, araxin, olein, eykozen, epoksiolein və toxumlarında 35% piyli yağ vardır.
Dostları ilə paylaş: |