Conringia Adans. – Konringia. Birillik, çılpaq, bəzən göy bitkilərdir. Kasacıq düz, yan və
əsası kisəşəkillidir. Ləçəkləri dırnaqcıqlı, solğun sarı, bəzən qırmızı damarlıdır. Buynuz meyvə
silindrik, xətti sıxılmış və ya sərt 4 tilli, yastı və ya şırımlı taylıdır. Cinsin Azərbaycanda 5 növü,
Naxçıvan MR-də 4 növü yayılmışdır.
Conringia orientalis (L.) Dumort. - Şərq konringiyası. Birillik, azbudaqlı, çılpaq, göy,
gövdəsi 20-70 sm hündürlükdə bitkidir. Yarpaqları gövdəqucaqlayan, uzunsov-elliptikdir. Kasa
yarpaqları 5,5-7 mm uzunluqdadır. Ləçəkləri solğun sarı rəngli, damarsızdır.Çiçək ayaqcıqları 6-20
mm uzunluqda, meyvə zamanı qalandır. Qını dördtilli, 5-12 sm uzunluqda, 2-3 mm qalınlıqda,
çəpinə yuxarı istiqamətlənmiş, bizvari sütuncuqlu, arakəsməsi tək damarlıdır.Yüksək qurşağa qədər
qumlu ərazilərdə yayılmışdıır. Ç.V-VI(VII), m.VI-VII(VIII). cavan yarpaqları və zoğları duz, sirkə,
soğan və yağla qarışıq salat hazırlanır.
Kimyəvi tərkibi. Yerüstü hissələrinin tərkibində triqlükozidlərdən qlükokonringin, ali yağ
turşularindan toxumlarında linol, eruk, eykozen, olein, eykozadien, palmitin, linolen, stearin və
35%-ə qədər yağ vardır.
Dostları ilə paylaş: |