ayaq oynağı üçün isə aşağı tempi xarakterikdir. Yeniyetməlik yaşında olan idmançılarda məşqin təsiri ilə hərəkətlərin tezliyi bütün hissələrdə əhəmiyyətli dərəcədə yüksəlir. Sürət keyfiyyətlərinin strukturunu xarakterizə edən əlamətlər müxtəlif genetik
qanunauyğunluqlara (determinasiya) malikdirlər. Hərəkətlərin maksimal tezliyi – yüksək, tək
hərəkətlərin sürəti – zəif, hərəki reaksiyanın latent dövrü isə yüksəklə zəif göstərici arasında
tərəddüd etməklə, orta səviyyəli genetik qanunauyğunluqlara malikdir. Sürət keyfiyyətlərinin
quruluş komponentlərinin genetik qanunauyğunluq dərəcəsi yaş dövrləri ilə də əlaqədardır. Irsi
xüsusiyyətlərin ən yüksək səviyyəsinin cinsi yetişkənlik dövründə müşahidə olunması vurğulanır ki,
bu da 13-15 yaşlı yeniyetmələrdə hərəki reaksiyaların, onların latent və motor komponentlərinin
təyin olunması ilə təsdiqlənir. Bu dövrdə onlarda hərəki reaksiyaların azalmasının baş verməsi
göstərir ki, bu da əsas etibarı ilə latent komponentin enməsi hesabına təzahür olunur.
Yaş artdıqca hərəkət reaksiyasının müddəti (HRM) xeyli dəyişir. 2-3 yaşlarında o, 0.54-0.84
san, 5-7 yaşlarında 0.3-0.4 san təşkil edirsə, sonrakı illərdə daha da qısalır və yaşlı insan
göstəricilərinə yaxınlaşır (R.M.Bağırova – 2010).
Sürətli hərəkətlərin hər bir quruluş komponentinin aşkara çıxarılması çox güman ki,
nisbətən sərbəst funksional sistemlərlə təmin olunur. Sinir sistemi və sinir əzələ aparatında bu və ya
digər komponentin həyata keçirilməsi üçün mühüm və aparıcı irsi əlamətlər nə qədər çox xüsusi
çəkiyə malik olarsa, bu halda genetik qanunauyğunluq dərəcəsi də bir o qədər yüksək olacaqdır.
Artıq qeyd olunduğu kimi ən yüksək genetik qanunauyğunluq hərəkətlərin maksimal tezliyi üçün
göstərilmişdir ki, bu da MSS-in fərdi neyrodinamik xüsusiyyətləri ilə (sinir proseslərinin
mütəhərrikliyi və labilliyi) tənzimlənir. Beləliklə, cəldlik keyfiyyəti hərəkətlərin öz biomexaniki
təşkilatına görə daha mürəkkəb şəkildə aşkara çıxdıqca, onun individual şəkildə parametrlərinin
dəyişiklikləri və yeniyetmənin tipoloji xüsusiyyətlərinin təzahür olunmasında mühiti və ontogenez
faktorların xüsusi çəkisi bir o qədər yüksək olur.
Müxtəlif yaşlı uşaqların boks məşqlərinə seçimi zamanı cəldliyin bütün göstəricilərinin
fərdi şəkildə öyrənilməsi çox mühüm bir cəhətin aşkara çıxarılmasına səbəb olmuşdur. Hər bir yaş
qrupunda tədqiq olunan ayrı-ayrı şəxslərdə reaksiya zamanının bu və ya digər komponenti qrupun
ümumi orta göstəricilərində kifayət qədər yüksək olmuşdur. Məhz bu səbəbdən A.P.Laptev və
həmmüəlliflərin qeyd etdiyi kimi bəzi yeniyetmələr cəldlik və hərəkətlərin dəqiqliyi ilə əlaqədar
olmaqla daha yüksək səviyyəli inkişaf etmiş psixo-fizioloji funksiyalara malikdirlər.
Q.İ.Şatkov tərəfindən yüksək dərəcəli yeniyetmə boksçular üzərində aparılmış tədqiqatlar,
həmçinin hərəkətlərin sürəti və dəqiqliyi ilə əlaqədar olan psixo-fizioloji funksiyaların nisbətən
yüksək səviyyəsini aşkara çıxarmışdır. Lakin o yaşlı boksçularda müşahidə olunan müvafiq
funksiyaların səviyyəsindən aşağı olmuşdur. Bu, yaşlı idmançılarda uzunmüddətli çoxillik məşq
prosesi ərzində boksçular üçün daha zəruri olan psixo-fizioloji funksiyaların hər zaman
təkmilləşdirilməsi ilə əlaqədardır.
Yüksək dərəcəli yeniyetmə və yaşlı boksçuların fərdi göstəricilərinin müqayisəli təhlili
yeniyetmələrin yaşlılardan bəzi göstəricilərdə əhəmiyyətli dərəcədə geri qalmasını göstərdi ki,
bunlara da hərəkətdə olan obyektə verilən reaksiyanın xəta zamanı, hərəki reaksiyanın müddəti və
onun motor komponenti aiddir.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün tədqiq olunan yaş qruplarında öz
həmyaşıdlarına nisbətən psixo-fizioloji funksiyaların daha yüksək səviyyəli inkişafı ilə seçilənlər
də vardır. Bu, hərəkət dəqiqliyi və yüksək cəldlik göstəricilərinə malik olan daha istedadlı uşaqların
tapılmasına yönəldilmiş axtarış üçün böyük imkanlar yaradır. Bundan əlavə, həmçinin o da qeyd
olunur ki, boksçularda tək hərəkətlərin sürəti və hərəkətlərin tezliyi nisbətdə bir – birindən asılı
deyil, yəni idmançı çox sürətli reaksiyaya malik olmaqla yanaşı hərəkətlərdə çox zəif ola bilər və
əksinə.
Beləliklə, elmi tədqiqatların (A.Q.Şiryayev – 1982) nəticələrinə istinadən qeyd etmək olar
ki, uşaqlarda cəld reaksiya vermək imkanlarının ən sürətli inkişaf dövrü 12-13 yaşda