ilə əlaqədardır ki, bu da əzələ liflərinin miqdarı və qalınlığından asılıdır. Yeniyetməlik yaşında
olan uşaqlarda əzələ qüvvəsi bir o qədər də əhəmiyyətli dərəcədə olmur. O, daha intensiv şəkildə
yuxarı gənclik yaşında inkişaf etməyə başlayır ki, bu zaman da əzələlərin kəskin artımı baş verir.
Lakin bütün bunların təhlili göstərdi ki, əzələ qüvvəsinin artımı əzələlərin böyüməsi ilə müqayisədə
təxminən bir il geri qalır. Ehtimal ki, bu böyüklükdə orqanizmin və əzələlərin mikrostruktur inkişaf
proseslərinin yaş xüsusiyyətləri ilə əlaqədardır. Bundan əlavə həddən artıq olan qüvvə yüklənmələri yeniyetmənin hərəkət aparatının formalaşmasına və sümüklərin uzununa