tamamlanır. Hərəkətlərin maksimal tezliyi ilə təzahür olunan aktiv hərəkət dövrü 7-14 yaş
hüdudlarını əhatə edir. 14-15 yaşa kimi əsasında cəldliyin artımı duran yaşla əlaqədar olan
funksional və morfoloji dəyişikliklərin tempi azalır. Bununla əlaqədar olaraq boksçu tərəfindən icra
olunan sürət və sürət-qüvvə təmrinlərinin effektivliyi düşür. Beləliklə, bu yaşda boks məşğələlərinə
gələn yeniyetmələr öz sürət imkanlarını xüsusi hərəkətlərlə proqressiv şəkildə inkişaf etdirə bilərlər.
Bu zaman reaksiyanın latent dövrü və maksimal sürətin təzahür olunma imkanları yaxşılaşır, tək
hərəkətin sürəti, maksimal amplitudlu hərəkətlərin tezliyi və dəqiqliyi artır. Tullanma tempinin,
zərbələrin sürətinin və boksda digər spesifik hərəkətlərin intensiv artımının olması da qeyd olunur
(A.P.Laptev; V.A.Lavrov; P.Q.Levitan-1973).
Qüvvə Qüvvə keyfiyyəti anlayışını aydınlaşdıran zaman onu da qeyd etmək lazımdır ki, o bədənin
xarici səthinə təsir zamanı insanın birüzə verə biləcəyi fəaliyyət qüvvəsinin maksimal göstəriciləri
ilə xarakterizə olunur. İnsanın fəaliyyət qüvvəsi maksimal gərginliklə müəyyən olunur ki, bu zaman
izometrik təqəllüs şəraitində xarici müqavimətə üstün gəlməklə əzələlər inkişaf edir. Boksda, eləcə
də digər idman növlərində qüvvə keyfiyyətləri xüsusi qüvvə təmrinlərinin (statik səy və zəif
hərəkətlər) icrası zamanı statik qüvvə formasında təzahür olunur, həmçinin sürət-qüvvə
təmrinlərinin icrası zamanı dinamik (cəld-“partlayıcı”, hərəkətlərə üstün gələn) qüvvə meydana
çıxır. Boksda “sürətsiz” qüvvəyə kifayət qədər az rast gəlinir, onun ümuminkişaf etdirici