151
şərtlə aşkara çıxarılır: 1) bütün hərəkət vahidlərinin fəallaşması, 2) sakit tetanus şəraiti, 3) sakitlik
vaxtı əzələlərin uzunluğuna nisbətdə olan əzələ təqəllüsü.
MİQ dinanometr vasitəsilə müəyyən olunur ki, burada üzərində təcrübə aparılan şəxsin iradi
şəkildə maksimal əzələ gərginliyi hesabına müqavimətə üstün gəlmək imkanları təzahür olunur. Bu
halda inkişaf edən iradi səyin səviyyəsi hərəkət aparatının inkişafı ilə şərtləndirilməklə, yuxarıda
sadalanan dörd qrup göstəricidən asılıdır.
Yaşla əlaqədar olaraq ayrı-ayrı əzələlərin MİQ-nin qeyri-bərabər inkişafı baş verir ki, hər
bir dövrdə müxtəlif əzələlərin qüvvəsinin nisbəti (topoqrafiya) dəyişir və özünəməxsus əzələ profili
formalaşır. Əgər 8 yaşdan 10 yaşa kimi MİQ-in artımı nisbətən bərabər gedirsə, artıq 11 yaşda onun
artım tempi yüksəlir. Qüvvənin daha intensiv artımının 13-14 yaşdan 16-17 yaşa kimi olan dövrü
əhatə etməsi qeyd olunur. Sonrakı illərdə isə (18-20) yaşa kimi onun inkişaf tempi zəifləyir. Daha
böyük əzələlərdə MİQ bir qədər gec artır. Artıq 16-17 yaşda əzələ qüvvəsinin topoqrafiq
formalaşması yaşlılara xarakterik şəkildə yekunlaşır.
Qüvvə tələb edən məşqlərin aparılmasında
Dostları ilə paylaş: