Naxçivan döVLƏt universiteti 1967


koordinasiyalı  vərdişlərin  yaradılması  üçün  optimal  yaş  dövrü  12-14  yaş  hesab  edilir



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə170/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   166   167   168   169   170   171   172   173   ...   190
koordinasiyalı  vərdişlərin  yaradılması  üçün  optimal  yaş  dövrü  12-14  yaş  hesab  edilir.  Bu 
dövrdə  hərəki  analizatorun  inkişaf  göstəricilərində  xüsusi  formada  kəskin  inkişafın  müşahidə 
olunması qeyd olunur.    
                                                            Elastiklik     
   Boksçunun malik  olmalı  ən zəruri  hərəki  keyfiyyətlərindən biri  də  elastiklik  hesab olunur. 
Məlumdur  ki,  digər  hərəki  keyfiyyətlər  bərabər  olub,  elastikliyin  isə  yüksək  göstəricilərinə  sahib 
olan  idmançılar,  o  cümlədən  də  gənc  boksçular  idman  texnikasında  kifayət  qədər  üstünlükləri  ilə 
seçilirlər (İ.P.Deqtyarov, A.Q.Şiryayev-1982). 
   Elastiklik  hərəkətlərin  böyük  amplituda  ilə  icra  olunma  imkanlarını  xarakterizə  edir. 
Müxtəlif  oynaqlara  münasib  olaraq,  onlarda  olan  hərəkətlilik  nəzərdə  tutulur.  Elastiklik  aktiv  və 
passiv olmaqla iki yerə ayrılır. Aktiv elastiklik-hər hansı bir oynaqda, onun daxilindən keçən əzələ 
qruplarının  təqəllüsü  hesabına  böyük  amplitudalı  hərəkətlərin  icra  olunması  imkanlarıdır.  Passiv 
elastiklik  isə  xarici  qüvvə  hesabına  nail  olunan  böyük  amplitudalı  hərəkətlərlə  müəyyən  olunur. 
Oynaqlarda passiv elastikliyin  göstəricisi aktiv elastiklik həcmindən böyük olur. Elastiklik bir çox 
digər  amillərdən  bilavasitə  asılıdır:  əzələlərin  və  vətər-bağ  aparatının  vəziyyətindən,  ətraf  mühitin 
temperaturundan, sutkanın zamanından, məşqlilik və digər faktorlardan (M.İ.Romanenko-1983). 
   Orqanizmin  inkişafı  ilə  əlaqədar  olaraq  elastiklik  qeyri-bərabər  şəkildə  dəyişir.  Belə  ki, 
açma  zamanı  onurğanın  hərəkətliliyi  oğlanlarda  7  yaşdan  14  yaşa  kimi  nəzərə  çarpacaq  dərəcədə 
artır. Daha yuxarı yaşlarda isə elastikliyin inkişafı azalır. Bükmə zamanı onurğanın hərəkətliliyi isə 
7 yaşdan 10 yaşa kimi əhəmiyyətli dərəcədə artır, lakin 10-13 yaş arasında bir qədər azalır. Çiyin və 
çanaq-bud  oynağında  hərəkətliliyin  artımı  7  yaşdan  10  yaşa  kimi  daha  gözəçarpan  səviyyədə 
müşahidə edilir. Növbəti illərdə isə bu oynaqlarda olan elastikliyin  artımı zəifləyir və artıq 13-14 
yaşda  olan  vəziyyət  yaşlı  göstəricilərinə  çatmış  olur.  Beləliklə,  xüsusi  olaraq  onu  vurğulamaq 
gərəkdir  ki,  oynaqlarda  olan  hərəkətliliyin  nisbətən  yüksək  səviyyədə  saxlanılmasında  idman 
məşqlərinin əvəzolunmaz rolu vardır. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin