Naxçivan döVLƏt universiteti 1967


zamanı  məsləhət  görülən  pəhrizdən  əhəmiyyətli  dərəcədə  fərqlənir



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə173/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   169   170   171   172   173   174   175   176   ...   190
zamanı  məsləhət  görülən  pəhrizdən  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Idmançı  qidalanmasının 
piylənmə  zamanı  olan  qidalanmadan  əsas  fərqi  heyvan  mənşəli  zülalların  yüksək  normasının 
saxlanılması  və  monosaxaridlər  formasında  olan  karbohidratların  lazımi  səviyyədə  qəbulu  ilə 
əlaqədardır.  Qida  payının  məhdudlaşdırılması  maye  qəbulunun  azaldılması  ilə,  əsasən  yağların, 
polisaxaridlərin hesabına baş verir.  
   Çəkinin azaldılması prosesində içki rejiminin məhdudlaşdırılması susuzluğa gətirib çıxarır. 
Orqanizmin  dehidratasiyasından  doğan  həqiqi  susuzluqla,  orqanizmin  şərti  reflektor  reaksiyaları, 
ağız boşluğunun selikli qişası və mədə-bağırsaq traktının vəziyyəti ilə əlaqədar “yalançı” susuzluğu 
fərqləndirmək  lazımdır.  Yalançı  susuzluq  diş  ağrısı,  mədə  və  qaraciyərin  xroniki  xəstəliyinin 
simptomu  kimi  yarana  bilər.  Acı  yeməklər,  ədvalar  və  alkoqollu  içkilərdən  sonra  da  yalançı 
susuzluq baş verə bilər. Bu zaman çoxlu su içməyin faydası yoxdur. Ilk əvvəl susuzluğun xəstəlik 
və  ya  pəhrizin  pozulması  ilə  əlaqədar  olub-olmamasını  müəyyənləşdirmək  lazımdır.  Yalançı 
susuzluq zamanı sadəcə ağız boşluğunu turş su ilə yaxalamaq və ya ağızda bir müddət balaca limon 
parçası, mentol və ya nanəli həblər saxlamaq faydalıdır.  
   Həqiqi  susuzluq  orqanizmin  dehidratasiyasına  gətirib  çıxarır.  Bu  vaxt  dövr  edən  qanın 
miqdarı  azalır.  Orqanizmdə  əhəmiyyətli  dərəcədə  su  çatışmamazlığı  zamanı  qənd  parçası  ağızda 
ərimir və heç bir dad hiss olunmur, quru qida udulmur, səs xırıltılı olur. Həm  də  həddindən artıq 
zəiflik və düşkünlük hiss olunur.  
   Həqiqi susuzluğu maye qəbulu ilə aradan qaldırmaq olar. Bu zaman bir dəfəyə çoxlu 
miqdarda  maye  qəbulu  su  intoksikasiyasına,  əzələ  tutulmasına,  iş  qabiliyyətinin  azalmasına 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin