Capsella Medik. - Quşəppəyi. Quşəppəyi cinsinin dünyada 6, Qafqazda və Azərbaycanda
bir (adi quşəppəyi) növü bitir.Birillik, sadə və budaqlı, tükcüklüdür. Ləçəkləri ağ, tərs yumurtavari
və qısa dırnaqcıqlıdır. Buynuzcuq meyvə tərs üçbucaqvari-ürəkvari, yanlardan basıq, incə taylı və
çoxtoxumlu yuvalıdır. Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.
Capsella bursa-pastoris (L.) Medik. - Adi quşəppəyi. Birillik bitkidir, aşağı hissəsi adətən
tükcüklüdür. Gövdəsinin hündürlüyü 40-65 sm olur. Aşağı yarpaqlar rozetdə toplanmış, saplaqlı,
lələkşəkilli bölümlü və ya lələkşəkilli kəsimli, uzunsov lansetşəkillidir. Gövdə yarpaqları oturaq,
uzunsov və ya lansetşəkilli olub, oxşəkilli əsaslı, yuxarı yarpaqlar demək olar ki, xəttidir. Çiçəklər
ağ, çətirşəkilli fırçaya toplanmışlar, meyvələri yetişdikdə fırça uzanır. Ləçəkləri 2-3 mm
uzunluğunda, tərs yumurtavari ağdırlar. Buynuz meyvələri tərs üçbucaqşəkilli ürəkvari, 5-8 mm
uzunluğunda, 4-8 mm enindədir. Toxumları oval, sarımtıl qəhvəyidir. Ç. IV-V(IX) m. V-VII (IX).
Quşəppəyinə düzənliklərdən başlamış orta dağ qurşağa qədər olan ərazilərdə, bostanlarda, əkin
sahələrində və yol kənarlarında rast gəlmək olar. Bitki muxtar respublikanın bütün rayonlarında
yayılmışdır.
Kimyəvi tərkibi. Quşəppəyin yarpağında 198 mq% C vitamini vardır. Eyni zvmanda
tərkibində A, B2, K, D vitaminləri, efir yağları, mikro və makroelementlər vardır.
Dostları ilə paylaş: |