NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA BRASSİCACEAE BURNETT FƏSİLƏSİNƏ AİD OLAN YABANI TƏRƏVƏZ BİTKİLƏRİ Açar sözlər: Brassicaceae Burnett, Crambe orienalis L., Bunias orientalis L., yabanı tərəvəz bitkiləri, yayılma sahələri Key words: Brassicaceae Burnett,Crambe orienalis L., Bunias orientalis L., wild - growing vegetable plants, places of growth Ключевые слова: Brassicaceae Burnett,Crambe orienalis L., Bunias orientalis L.,
дикорастущие овощные растения, места произрастания
Son dövlərdə dünya bazarında baş verən maliyyə böhranı, habelə əhalinin sayının çoxalması
nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi və s. səbəblərdən bir
sıra ölkələrdə ərzaq qıtlığını real təhlükəyə çevirmişdir. Dünyada baş verən böhran sayəsində hər
altı nəfərdən biri ac yatır və ya gün ərzində yalnız bir dəfə qidalanır. Bu problemin qismən də olsa
aradan qaldırılması üçün dünya alimləri tərəfindən florada yayılan tərəvəz və dərman bitkiləri
müasir səviyyədə öyrənilir, onların istifadəsinə dair yeni təkliflər hazırlanır. Bu istiqamətlərdə
kütləvi elmi tədqiqat işləri aparılır ki, bu da öz aktuallığı ilə elə bu gün də maraq dairəsindədir.
Naxçıvan Muxtar Respublikası florası faydalı yabanı bitkilərlə zəngindir. Faydalı bitkilərdən
qida əhəmiyyətli bitkilər üstünlük təşkil edir. Qida bitkilərinin istifadə qaydaları və imkanları
araşdırılmışdır. Bu bitkilərin bir qrupu da Kələmkimilər fəsiləsinə aid olan yabanı tərəvəz
bitkiləridir.
Kələmkimilər-Brassicaceae Burnett fəsiləsi dünyada, xüsusən Şimal yarımkürədə geniş
yayılmış, 350 cinsə aid olan 3000-dən çox növü əhatə edir. Azərbaycanda 74 cinsin 248-dən çox
növü bitir. [2, s. 213-240], Naxçıvan MR florasında isə 66 cinsə aid 165 növü yayılmışdır [3, s.
110-120]. Kələmkimilərin əksəriyyəti birillik, ikililik və ya çoxillik bitkilərdir. Kələmkimilər
fəsiləsinin nümayəndələrinə arandan başlamış yüksək dağ qurşağına kimi müxtəlif ekoloji şəraitdə
təsadüf olunur. Muxtar Respublikanın müxtəlif bölgələrinə çoxsaylı ekspedisiyalar edilmiş, fəsiləyə
aid bitki nümunələri və əkin materialı toplanmışdır. Təyinedici və ədəbiyyatlardan [7, s. 148-320; 8,
s. 243-291] istifadə edilərək herbari nümunələri təyin edilmişdir.
Ekspedisiyalar və çöl tədqiqatları zamanı fəsiləyə mənsub yabanı tərəvəz bitkilərinin
öyrənilməsi ümumi qəbul olunmuş çöl şəraitində geobotaniki axtarışlar metodikalarına [1, s. 20-24;
5] əsaslanaraq aparılmışdır. Aparılan tədqiqatlar əsasında fəsilənin muxtar respublikanın yabanı
bitki örtüyündə yayılan növləri tərəfimizdən müəyyənləşdirilmişdir: