Calepina Adans. – Kalepina. Ləçəkləri tərsyumurtavari, xırda və ağdır. Meyvəsi xırda,
yumurtavari, dərişəkilli, açılmayan, küt dördtilli, torvari damarlı buynuzcuqdur. Birillik çılpaq
bitkidir.Cinsin Azərbaycanda 1 növü, Naxçıvan MR-də 1 növü yayılmışdır.
Calepina irregularis (Asso)Thell. - Əyri kalepina. Çoxillik,20-60 sm hündürlükdə,
budaqlı və çılpaq bitkidir.Aşağıdakı yarpaqları rozetdə, uzunsov, adətən liraşəkilli lələkvari
bölümlü, uzun saplaqlı, gövdə yarpaqları gövdə qucaqlayan, uzunsov-neştərvari, oturaq, əsası
oxşəkilli və iti qulaqcıqlıdır.Çiçəkləri sünbüldə toplanıbdır. Kasa yarpaqları neştərvari və ya
elliptikdir. Ləçəkləri ağ rənglidir. Çiçək ayaqcığı meyvə zamanı əyiləndir. Buynuzcuq yumurtavari
və qısa buruncuqludur. Ç.IV-V, m.V-VI. Aşağı qurşağın azca nəmli sahələrində yayılmışdır.
İstifadəsi. Bitkinin yerüstü orqanlarından istifadə olunur.
Dostları ilə paylaş: |