NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72)
ƏZİZƏ HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
UOT:581.1
NAXÇIVAN MUXTAR RESPUBLİRASI FLORASINDA
YAYILMIŞ BƏZİ KƏKLİKOTU NÖVLƏRİ
Açar sözlər: kəklikotu, fəsilə, cins, növ, areal, fitosenoz
Key words: Thymus, family, genus, species, areals, phytocenosis
Ключевые слова: тимьян, семейство, род, вид, ареал, фитоценоз
Kəklikotu (Thymus) Dalamazkimilər (Lamiacea L.) fəsiləsinə aid olan çoxillik yarımkol
bitkidir. Vətəni Aralıq dənizi ölkələri hesab edilir. Kəklikotunun Qafqazda 38, Azərbaycanda 21
növü yayılmışdır [3, s. 370-371]. Azərbaycanda yayılan növlərin əksəriyyəti Qafqaz bölgələrini də
əhatə etdiyindən endemi sayılmır. Lakin, onlar arasında
th. fedtshenkoi, th.trautvetteri, th. karjaginii
növlərinin arealı respublikadan kənara çıxmadığı üçün Azərbaycanın endemi hesab edilir [1, s. 40].
T.Talıbov və Ə.İbrahimov 2008-ci ildə Muxtar Respublikanın florasını yenidən tədqiq
etmişdirlər. Tədqiqatçılar tərəfindən “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”
kitabında kəklikotu bitkisinin Naxçıvan ərazisində 7 növünün yayıldığı qeydə alınmışdır [2, s. 200-
201].
Kəklikotu bitkiləri əsasən kserofit bitki kimi quru otlu, daşlı-çınqıllı, qayalı yerlərdə yayılır.
Onlar həm də mezokserofitlər kimi çəmənlərdə, cəmən- kolluqlarda, meşə talalarında, subalp və alp
bozqırlarında inkişaf edirlər. Bu bitki isti sevən bitkidir. Xoş ətirli iyə malikdir. Gövdəsi çoxlu
sayda olub, yerə səriləndir. Çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdədir. Meyvəsi oval fındıqcadır.
Bitki efir yağı ilə çox zəngindir. Azərbaycanda bitən növlərin tərkibində 0,6% efir yağı olur ki,
onun da əsasını timol və karvakol təşkil edir. Bundan başqa bitkidə terpineol, borneol, aşı maddələr,
flavanoidlər və s. aşkar olunub. Kəklikotu növləri efir yağı ilə zəngin olduğundan əczaçılıq,
parfumeriya, qida sənayesində geniş istifadə edilir. Bu bitkidə həmçinin müxtəlif meyvə və çiçək
ətrini verən bəzi maddələrdə vardır. Qızılgül, limon qoxulu kəklikotu öz ətrinə görə digər növlərdən
fərqlənir. Bioloji aktiv maddələr bitkinin yaşıl yerüstü hissəsində toplanır. Bu bitki çiçəkləmə
dövründə və ya ondan əvvəl yığılır. Kəklikotu iyun-iyul aylarında çiçəkləyir[3, s. 370-371].
Təpəlik kəklikotu (Thymus collinus) yaxşı budaqlanan yarımkol bitkidir. Çiçəkli zoğları 10-
12 sm. olub, uzəri arxaya çevrilmiş tukcuklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, enlilanset şəkilli
və ya yumurtavaridir, uzunluğu 7-11mm, eni 3-5mm olub, çılpaqdır. Yarpaqları nöqtəvari
vəziciklidir. Hər tərəfində 2-3 qabarıq damarcıqları vardır. Çiçəklər başcıq çiçək qrupunda toplanıb.
Kasayarpaqları 4mm uzunluğunda olub, yuxarı dişcik qısa ücbucaqşəkillidir. Ləçəklər cəhrayı,
tüklüdür. Bitki iyun-iyul ayında çiçəkləyir. Azərbaycanda əsasən Naxçıvan bölgəsində orta və
subalp dağ qurşağında yayılıb [3, s. 376].
Koçi kəklikotu (Thymus kotschianus) yarımkoldur, budaqlanandır. Çiçək zogları 8-18sm olub,
kənarları aşağıya doğru yönəlmiş kiçik tükcüklərlə örtülmüşdür.Yarpaqları saplaqlıdır, dərivaridir,
yumurtaşəkilli və ya ücbucaq-yumurtaşəkilli olmaqla, uzunluğu 8-14mm, eni isə 4-7mm-dir.
Yarpaqların hər iki tərəfi qısa tükcüklər və nöqtəvarı vəziciklərlə öptülüdür, kənarları bəzən
kirpikciklidir, yan damarçıqlar qalındır. Çiçəklər başcıq çiçəkqrupunda toplanmışdır, çiçəksaplağı
sıx tükcüklərlə örtülmüşdür. Kasaçıqlar dar zəngşəkilli, uzunluğu 4-5mm, xırda xovlu, yuxarı
dişcikləri lansetşəkilli, sivri və kirpikciklidir. Çiçək tacı sıx tuklu və nöqtəvarı ağ rəngdədir [3, s.
375].
42
Respublikanın müxtəlif bölgələrinə edilən ekspedisiyalar zamanı (2015) kəklikotu
növlərinin bütün rayonlarda, xüsusilə Şahbuz, Culfa, Ordubad rayonlarında əsas sahələrini marşrut,
geobotaniki, bitki ehtiyatları üsulları ilə müəyyənləşdirdik. Bu bitkinin çox geniş ərazilərdə
yayılmaqla böyük təbii ehtiyata malik olduğunu müəyyən etdik. Ərazidə kəklikotu cinsinin Thymus
kotschianus – Koçi kəklikotu və Thymus collinus - Təpəlik kəklikotu növlərinin təbii ehtiyyatı
sənaye əhəmiyyətlidir. Onlar bitkilik tiplərində üstünlük təşkil etdiklərindən müxtəlif tərkibli
formasiya və assosiasiyalarda edifikator və dominant rol oynayırlar. Qeyd olunan bitkilərdən
analiz üçün material və herbari nümunələri götürülmüşdür.
Tədqiq etdiyimiz kəklikotularla birgə qarışıq fitosenozlar da istirak edir. Hər bir belə
fitosenozun özünəməxsus növ tərkibi və fitosenoloji quruluşu vardır. Şərur rayonunun Axura-Havuş
kəndləri ərazisində tədqiq etdiyimiz taxıllı-müxtəlifotlu-kəklikotuluq formasiyasının tərkibi və
quruluşu aşağıdakı kimidir (Cədvəl).
Cədvəl 1. Şərur rayonunun Axura-Havuş ərazisində taxıllı-müxtəlifotlu-kəklikotuluq
formasiyasının tərkib və quruluşu
№
Bitkilərin latınca və azərbaycanca adı
Bolluğu
Təsərrüfat əhəmiyyəti
1.
Juniperus communis L.-Adi ardıc
Cop
2
Dərman, efiryağlı
2.
Ephedra procera Fisch et C.A.Mey.-Boylu acılıq
Sol
Dərman, bəzək
3.
İris imbricata Lindl.-Kirəmitvari süsən
Cop
2
Dərman, bəzək
4.
Agropyron pectinatum (Bieb.) Beauv.-Daraqvarı
daraqlı
Cop
2
Yem, bəzək
5.
Eremopyrum orientale (L.) Jaub. et Spach.-Şərq
bozağı
Cop
2
Yem
6.
Aegilops cylindrica Host -Silindrvari buğdayıot
Cop
1
Yem,bəzək qida
7.
Bromopsis variegata (Bieb.) Holub -Ala dəlicəotu.
Cop
2
Yem
8.
Anthoxanthum odoratum L.-Ətirli sarıçiçək
Cop
2
Yem, bəzək
9.
Koeleria kurdica Ujhelyi -Kürd nazikbaldırı
Cop
2
Yem, bəzək
10.
Poa bulbosa L.-Soğanaqlı qırtıc.
Cop
2
Yem, bəzək
11.
Dactylis glomerata L.-Adi çobantoxmağı
Cop
1
Yem, bəzək,qida
12.
Briza minor L.-Kiçik titrək
Cop
2
Yem, bəzık
43
13.
Phleum phleoides (L.) Karst. -Bozqır pişikquyruğu
Cop
2
Yem, bəzək, qida
14.
Alopecurus aucheri Boiss.- Oşe tülküquyruğu
Cop
2
Yem, bəzək
15.
Stipa lessingiana Trin.et Rupr.-Lessinq şiyavı
Cop
2
Yem, bəzək
16.
Nardus stricta L.-Uzanan ağbığ
Cop
1
Yem, bəzək
17.
Berberis vulgaris L.-Adi zirinc.
Cop
1
Dərman,bəzək, qida
18.
Pulsatilla violacea Rupr.-Bənövşəyi güləbətin
Cop
1
Dərman, bəzək
19.
Gypsophila bicolor (Freyn et Sint.) Grossh.-İkirəng
çoğan
Cop
3
Dərman, bəzək
20.
Herniaria glabra L.-Hamar herniar
Cop
3
Dərman
21.
Allochrusa versicolor Boiss.-Alabəzək alloxruza
Cop
3
Dərman, bəzək
22.
Paronychia kurdica Boiss.-Kürd yerköpüyü
Cop
3
Dərman, bəzək
23.
Atraphaxis spinosa L.-Tikanlı d.vəqıran
Cop
3
Texniki, dərman, boyaq
24.
Aconogonon
alpinum
(All.)
Schur
-Alp
akonoqononu
Cop
2
Qida, dərman, yem
25.
Plumbago europaea L.-Avropa qurşunçiçəyi
Sol
Dərman, bəzək
26.
Acantholimon araxanum Bunge -Araz tıs-tısı
Cop
2
Dərman, bəzək
27.
Hypericum scabrum L.-Kələkötür dazı
Cop
2
Dərman, bəzək
28.
Primula macrocalyx Bunge -Irikasacıql
novruzgülü
Cop
2
Bəzək,dərman
29.
Reaumuria persica (Boiss.) Boiss.-İran keçialaçı
Cop
2
Dərman,bəzək
30.
Capparis herbacea Willd. (C.spinosa L.) -Otvari
kəvər
Cop
1
Dərman, bəzək
31.
Erysimum
brachycarpum
Boiss.-Qısameyvə
isitməotu
Cop
1
Dərman, bəzək
32.
Hesperis. matronalis L.-Gecə bənövşəsi
Cop
2
Dərman, bəzək
33.
Matthiola boisseri Grossh.- Buasiye şəbbugülü
Cop
2
Dərman, bəzək
34.
Astracanta
aurea
(Willd.) Podlech
-
Qızılı
astracanta.
Sol
Texniki,dərman, bəzək
35.
A.flavirubens Podlech - Sarı-qımızı astracanta.
Cop
2
Texniki,dərman, bəzək
36.
A.karjaginii (Boriss.) Podlech - Karjagin astracantası
Cop
2
Texniki,dərman, bəzək
37.
A. microcephala (Willd.)Podlech -Xırdabaşlıqlı
astrakanta
Sol
Texniki,dərman, bəzək
38.
A.oleifolia (DC.) Podlech -Zeytunyarpaq astrakanta
Cop
2
Dərman, bəzək
39.
A.lagurus Willd.-Dovşanquyruğu paxladən
Cop
2
Dərman, bəzək
40.
Lotus corniculatus L.-Buynuzlu qurdotu
Cop
2
Yem, dərman
41.
Vicia variabilis Freyn et Sint.-Dəyişkən lərgə
Cop
2
Yen, dərman
42.
V.elegans Guss.-Zərif lərgə
Cop
2
Yem, dərman
43.
V.varia Host. - Ala lərgə
Cop
3
Yem, dərman
44.
Amygdalus fenzliana (Fritsch) Lipsky -Fenzil
badamı
Cop
2
Qida.dərman, bəzək
45.
Crataegus.orientalis Pall. ex Bieb.-Şərq yemişanı
Cop
2
Qida,dərman, bəzək
46.
F.vulgaris Moench -Adi quşqonmaz
Cop
3
Dərman, bəzək
47.
Potentilla. argentea L.-Gümüşü qaytarma
Cop
1
Dərman, bəzək
48.
P.recta L.- Düz qaytarma
Cop
1
Dərman, bəzək
44
49.
Pyrus salicifolia Pall.-Söyüdyarpaq armud
Cop
3
Qida, dərman, bəzək
50.
Rosa canina L.-It itburnu
Cop
3
Dərman, bəzək, qida
51.
Spiraea crenata L.-Dişli topulqa
Cop
1
Dərman, bəzək
52.
Prangos acaulis (DC.) Bornm.-Gövdəsiz çaşır
Cop
1
Qida, dərman, bəzək
53.
Zosima orientalis Hoffm.-Şərq atıl-batılı
Sol
Dərman, bəzək
54.
Echinops sphaerocephalus L.-Girdəbaş toppuztikan
Sol
Dərman, bəzək
55.
Gundelia. tournefortii L.-Turnefor qundeliyası
Cop
1
Qida, dərman, bəzək
56.
Helichrisum plicatum DC.- Qatlı solmazçiçiçək
Cop
1
Dərman, bəzək
57.
Matricaria recutita L.-Adi mollabaşı
Cop
1
Dərman, bəzək
58.
Onopordum acanthium L.-Adi çaqqalqanqalı
Cop
1
Dərman, bəzək
59.
Scorzonera latifolia DC.-Enliyarpaq təkəsaqqalı
Cop
1
Texniki,dərman, bəzək
60.
Convolvulus cantabrica L.-Kantabir sarmaşığı
Cop
2
Dərman, bəzək
61.
Nepeta cataria L.-Pişik pişiknsnəsi
Sol
Efiryağlı, dərman,
62.
Origanum vulgare L.-Adi qaraqınıq
Sol
Efiryağlı, dərman,
63.
Phlomis orientalis Mill.- Şərq odotu
Cop
2
Dərman, bəzək
64.
Salvia.sclarea L. -Ənbər sürvə
Cop
2
Efiryağlı, dərman,
bəzək
65.
S.verticillata L.-Qırçınlı sürvə
Cop
2
Efiryağlı, dərman,
bəzək
66.
Satureja hortensis L.-Bağ çöl nanəsi
Cop
2
Efiryağlı, dərman,
67.
Teucrium polium L.-Ağ məryəmnoxudu
Cop
3
Efiryağlı, dərman,
bəzək
68.
Thymus collinus Bieb.-Təpəlik kəklikotu
Cop
2
Efiryağlı, dərman,
bəzək
69.
Th.kotschyanus Boiss. et Hohen.-Koçi kəklikotu
Cop
2
Efiryağlı, dərman,
bəzək
70.
Ziziphora biebersteiniana Grossh
-Biebersteyn
dağnanəsi
Cop
2
Efiryağlı, dərman,
bəzək
71.
Adonis flammea Jacq.-Alovlu xoruzgülü
Cop
2
Dərman, bəzək
Tədqiqat zamanı kəklikotu növlərinin iştirak etdiyi bitki fitosenozlarında növlərin bolluğu
O. Drudenin (Drude, 1913) 6 ballı şkalası metoduna əsasən təyin edilmişdir [4].
Drude şkalasında
növlərin miqdarını qiymətləndirmək üçün aşağıdakı qayda qəbul olunmuşdur:
Cədvəl 2. Druden şkalasına görə bolluq dərəcəsi
N-bal
Sərti işarələr
(drude)
Bolluq dərəcəsi
1
Sos (Sosialis)
bitki yerüstü hissəsilə bir-birinə söykənərək, ümumi zəmin yaradır
2
Cop
3
(Copiosae)
bitki çox boldur, lakin zəmin yaratmır
3
Cop
2
bitki qismən boldur
4
Cop
1
bitki boldur
5
Sp (Sparsae)
bitki seyrəkdir
6
Sol (Solitaries)
bitki tək-təkdir
Aparılan təhlilin nəticəsindən görünür ki, kəklikotu bitən bölgələrdə növlərin çoxluğuna görə
ağ məryəmnoxudu (Teucrium polium L.), it itburnu (Rosa canina L.), adi quşqonmaz (F.vulgaris),
ala lərgə (V.varia), kürd yerköpüyü (Paronychia kurdica), alabəzək alloxruza (Allochrusa
versicolor), ikirəng soğan (Gypsophila bicolor) bitkiləri daha bolluq təşkil edir.
Ərazi florasında
45
onların əksəriyyəti bitkiliyin edifikatoru, dominantı, subdominantı və assektoru kimi əsas rol
oynayırlar.
Beləliklə, tədqiqatın nəticəsi kəklikotu bitkisinin daha cox yayıldığı rayonları
müəyyənləşdirmək, həmin ərazilərdə fitosenozları və fitosenozda bolluq təşkil edən bitkiləri
araşdırmaqdan ibarət oldu.
Dostları ilə paylaş: |