Asteraceae Bercht. Et J. Presl - Asterçiçəklilər (Mürəkkəçiçəklilər)fəsiləsi örtülütoxumluların ən cavan
qrupu hesab olunur, cins və növlərin sayına görə də örtülütoxumlu bitkilər içərisində birinci yeri tutur.
Fəsilənin cins və növlərinin dəqiq sayı mübahisəlidir. Bəzi mənbələrə görə Dünya florasında fəsiləyə 1250-
1300 cinsə məxsus 20000-25000 növ [
http://medgrasses.ru
], digər mənbələrə görə isə 1150-1300 cinsdə
toplanan 20000 növ aiddir [
http://floranimal.ru...
].
Astraçiçəklilərin nümayəndələri Yer kürəsinin bütün qitələrində və iqlim zonalarında, xüsusilə də
Şimali Amerikanın mülayim en dairəsində geniş yayılmışlar. Fəsilənin bir çox növləri böyük təsərüfat
əhəmiyyətinə malikdirlər. Onlar ərzaq, tərəvəz,yem, efir yağlı, dərman, texniki, dekorativ, ətirli-ədviyyəli
bitkilər kimi tanınır və məişətdə istifadə olunurlar [Флора Азерб....,1961; İbadullayeva və b., 2013].
Asteraceae fəsiləsinin bir çox cinslərinin polimorf olması, növlərinin öz aralarında hibridləşməsi, eləcə
də küllü miqdarda toxum əmələ gətirərək yayıldıqları əraziyə tez uyğunlaşıb inkişaf etmələri
növəmələgəlmə prosesinin fəal getməsinə və yeni növlərlə zənginləşməsinə səbəb olur. Nəticədə yeni-yeni
taksonlar əmələ gəlir və onları da taksonomik cəhətdən təyin etmək çətin olur.
Asteraceae fəsiləsinin sistematik tərkibində yarımfəsilələrin sayının 2-dən 12-yə, tribaların – 13(15)-
dən 43-ə qədər artması göstərilmişdir [Mustafayeva, 2014]. Naxçıvan MR florasında fəsiləyə aid 89 cins,
337 növ qeydə alınmışdır [Talıbov və b., 2008 ].
Naxçıvan MR florasında yayılan fəsilənin bəzi nümayəndələrinin antihelminit xüsusiyyətləri
öyrənilmiş [İbadullayeva et al., 2015] və qarşıya məqsəd qoyulmuşdur ki, fəsiləyə aid ərazidə olan bütün
növlərin istifadə imkanları araşdırılsın.