59
Müşahidə və təhlillərimiz göstərir ki, şagirdlər doğma diyarın canlı təbiəti haqqında kifayət
qədər məlumatlı deyillər. Çox vaxt diyarın bir çox təbii materiallarına (bitki örtüyünə və heyvanlar
aləminə) mücərrəd yanaşmalar açıq-aydın hiss olunur. Halbuki doğma diyarın, keçmişi, indisi,
gələcəyi, canlı təbiəti şagirdlərin mənəvi tərbiyəsində çox əhəmiyyətli rol oynaya bilər. Doğma
diyarın təbiətini öyrənmək və təbliğ edə bilmək şagirdlərdə Vətənə məhəbbət hissi, vətəndaşlıq
keyfiyyətlərini, doğma diyara, ölkəyə bağlılıq duyğusunu yüksəldir, yaşadığı torpağın, yurdun canlı
təbiətinin zənginliyi ilə öyünür, qürur hissi keçirir. Bu isə şagirdin mənəvi simasının ən yüksək, ülvi
keyfiyyətidir.
Bütün bunlar göstərir ki, təlim prosesinə şagirdlərin mənəvi tərbiyəsi üzrə diyarşünaslıq
istiqaməti vermək vacibdir. Dərsdə belə bir məzmun istiqamətini əsas tutmaq həm təlimin
səmərəlilik səviyyəsi, həm də şagirdlərin mənəvi aləminin zənginləşdirilməsi, şəxsiyyət kimi
formalaşması baxımından əhəmiyyətli yerə və mövqeyə malikdir. Diyarşünaslıq istiqaməti
şagirdləri həyata hazırlamaq, onları yaradıcılıq, axtarıcılıq işinə, təşəbbüskarlıq və müstəqilliyə
qoşmaq, canlı təbiətlə birbaşa əlaqə və münasibətlərə hazırlamaq deməkdir ki, bu da onların mənəvi
tərbiyəsi işinin başlıca amili sayıla bilər. Digər tərəfdən doğma diyarın canlı təbiətinin zənginliyi,
yeni növlər məskəni olması, burada elm üçün yeni olan bitki və heyvan növlərinin mövcudluğu
şagirdlərdə qürur hissi doğurur, öz diyarına, böyük Vətəninə məhəbbət hissini gücləndirir, milli-
mənəvi ruhda böyümələrinə qüvvətli təsir göstərir.
Biologiya üzrə təlim prosesinin optimallaşdırılmasının çox mühüm amili kimi incəsənət
əsərlərindən istifadə edilməsi çox yüksək səmərə verir. İncəsənət əsərləri təlim prosesində
şagirdlərin fəallaşmasına, təlimin təhsilləndirici, inkişaf-etdirici, tərbiyələndirici funksiyasının
həyata
keçirilməsinə, elmi-dünyagörüşün, ideya-nəzəri səviyyənin yüksəldilməsinə təsir göstərir.
Ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün dərslik müəlliflərinin göstərdiyi kimi “Gənc
nəslə insan anatomiya və fiziologiyası elmi haqqında biliklərin və bu biliklərə əsaslanan şəxsi və
ictimai gigiyena qaydalarından istifadə etmək bacarığının öyrədilməsi, fiziki və mənəvi cəhətdən
sağlam, dünyagörüşü hərtərəfli inkişaf etmiş həqiqi insan şəxsiyyətlərinin formalaşmasına kömək
edir” [3, 4].
IX sinifdə tədris edilən biologiyanın digər bölmələri kimi “İnsan” bölməsi vasitəsilə də
şagirdlərə hərtərəfli elmi biliklər vermək, öz sağlamlığı və ətrafındakıların sağlamlığına
məsuliyyətli münasibət tərbiyə etmək, çox mühüm həyati dəyər kimi insan sağlamlığı haqqında
təsəvvürlər formalaşdırımaq, sağlam həyat tərzinin əhəmiyyəti, mənfi, pis, adətlərin arxasınca
getməyin
ziyanlı olması, onların sosial təhlükəyə çevrilməsi problemin mənəvi aspekti, sağlamlığın
insanın həyat və fəaliyyəti, cəmiyyətin inkişafı əhəmiyyətini aydınlaşdırmaqla onlarda yüksək mənəvi
dəyərlər formalaşdırmaq olar.
Qeyd edək ki, psixoloji və mənəvi sağlamlıq fiziki sağlamlıqdan az
əhəmiyyət daşımır. İnsanın fiziki sağlamlığı məhz onun mənəvi və psixoloji sağlamlığının vəhdəti
şəklində təzahür etdikdə yüksək məzmuna, tam olan dəyərə malik olur. Şagird məhz bu zaman öz
imkanlarını və qabiliyyətlərini reallaşdıra,
nümayiş
etdirə bilər.
Eksperiment zamanı uşaqların həyat tərzi haqqında bilik və təsəvvürlərinin səviyyəsini
müəyyənləşdirmək məqsədilə anket sorğusu təşkil etdik. Sorğunun birinci sualı sağlam həyat
tərzinin göstəriciləri ilə bağlı idi. Suala qoyulan tələbin aşağıdakı cədvəl üzrə əks olunması təklif
olunmuşdu.
Cədvəl 1
Sağlam həyat tərzinin göstəricilərinin əsaslandırılması
Sağlam həyat tərzinin göstəriciləri
Əsaslandırma
Ağıllı,
düzgün qidalanma
Fiziki iş
Möhkəmlik, mətanətlilik
Təmizlik, səliqəlilik
Alınan cavabların təhlili göstərir ki, mövzu şagirdlər tərəfindən yüksək səviyyədə
60
mənimsənilmiş, sağlam həyat tərzinin təklif olunan göstəricilərinə aid fikir və rəyləri qənaətbəxş
olmuşdur. Şagirdlər əvvəlki biliklərinə və giriş dərsində bilik və aldıqları məlumatlara arxalanaraq
qeyd
olunan göstəricilərin insanın sağlamlığında oynadığı rolu düzgün qiymətləndirə bilmişlər.
Biologiyanın tədrisi prosesində şagirdlərin mənəvi tərbiyəsinin çox mühüm cəhətlərindən biri bu
elm üzrə görkəmli alimlərin, bəşəriyyətin istedadlı və əməksevər insanlarının həyat və yaradıcılıq
yolunun maraqlı səhifələri haqqında söhbət açmaq, məlumat verməkdir. Canlı təbiət haqqında bir elm
kimi biologiya yüzlərlə elm fədailərinin əzablı, keşməkeşli həyat yolu, axtarışları sayəsində
formalaşmış, inkişaf edərək hazırki səviyyəyə gəlib çatmışdır. Şagirdlər istər dünya, istərsə də
Azərbaycanda bioloji fikirlərin meydana gəlməsi və inkişafı haqqında məlumatlı olmalı, görkəmli
bioloq alimlərin həyatı və elmi fəaliyyətinə aid bilik və təsəvvürlər əldə etməlidirlər.
Azərbaycanda biologiyanın inkişafı çox-çox qədim dövrlərlə bağlıdır. Şifahi xalq ədəbiyyatında,
mifologiyamızda biologiyaya aid maraqlı fikirlər irəli sürülmüşdür. Orta əsrlərdə Azərbaycanda
pərakəndə qaydada olsa da bu elm sahəsi üzrə mütərəqqi baxışlar meydana çıxırdı. XVI əsrdə Təbrizdə
“ Dar-üş-Şəfa” (Şəfa evi) adlı tədris, müalicə və elmi korpusları olan tbb müəssisəsi fəaliyyət
göstərmişdir. Bəhmənyar, Xaqani, Nizami, N. Tusi, M. Füzuli kimi mütəfəkkirlər öz əsərlərində
biologiyaya aid qiymətli elmi fikirlər söyləmişlər.
Azərbaycanda təbiət elmlərinin inkişafında Həsən Bəy Zərdabinin, fiziologiya elminin
inkişafında akademik Abdulla Qarayevin rolunun işıqlandırılmasında böyük rolu olmuşdur. Biologiya
problemlərinin öyrənilməsində İ. K. Abdullayev, M. H. Abutalıbov, A. Ə. Ağabəyli, M. T. Qəniyev, Ə.
M. Quliyev, M. Ə. Əlizadə, H. Ə. Əliyev, C. Ə. Əliyev, S. M. Əsədov, M. Ə. Musayev, İ. D.
Mustafayev, V. X. Tutayuk, C. M.
Hüseynov, F. Ə. Məlikovun xidmətləri olmuşdur.
Təcrübə və müşahidələrimizə əsaslanaraq göstərmək olar ki, şagirdlərin mənəvi tərbiyəsi işində
onların milli iftixar və vətənpərvərlik duyğularının, bəşəri hisslərinin inkişaf etdirilməsində biologiya
elmi üzrə görkəmli tədqiqatçı alimlərin həyat və yaradıcılıq fəaliyyətinin öyrənilməsinə aşağıdakı
aspektlərdən yanaşmaq lazımdır.
1.Biologiya elmləri üzrə Vətən elminin müasir inkişaf mərhələləri, müasir vəziyyəti haqqında
bilik və məlumatların verilməsi;
2.Görkəmli alimlərin vətənpərvərlik duyğuları və əməlləri haqqında şagirdlərin
məlumatlandırılması;
3.Bioloq alimlərin tədqiqatlarının, yaradıcılıq işlərinin respublika və xarici ölkələrdə yüksək
qiymətləndirilməsi, müxtəlif nüfuzlu
mükafatlara layiq görülməsi;
4.Bioloq alimlərimizin xarici ölkələrin elmi cəmiyyətləri ilə əlaqəsi,
məşhur və nüfuzlu alimlərlə
əməkdaşlığı və s.;
5.Dünya şöhrətli alimlərin elmi kəşf və ixtiraları yüksək əzm və fədakarlıq nəticəsində əldə
etdikləri haqqında məlumatların verilməsi;
6.Görkəmli bioloq alimlərin həyat yolu, iş xüsusiyyətləri, davranış və hərə-kətlərinin sadəliyi,
səmimiliyi, onların mənəvi aləminin nadir, gözəl keyfiyyətləri ilə bağlı hekayələr, lətifələrdən istifadə
olunması;
7.Məşhur alimlərin cəmiyyət, insan və insanlarası münasibətlər haqqında müdrik fikirləri,
aforizmlərindən istifadə olunması və s.
Ümumtəhsil məktəblərində biologiyanın daxili imkanlarına əsaslanaraq görkəmli alimlərin
həyat və fəaliyyətinə aid əlavə fakt və materiallardan istifadə etmək, bioloji anlayışların və
simvolların meydana gəlməsi, inkişaf tarixinə aid məlumatları mənimsəmək şagirdlərin mənəvi
tərbiyəsi işində əhəmiyyətli vasitələrdir. Hər bir biologiya müəllimi tədris prosesində bu məsələlərə
diqqət yetirərsə problemin həllində böyük uğurlar əldə edə bilər.
Dostları ilə paylaş: