İdmançıların muzey ziyarətləri davam edir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə
əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr
tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi
tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar
hadisədir. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət
göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da
muzeylərimizi ziyarət edirlər.
Xəbər verdiyimiz kimi, hər həftə muxtar respublikada fəaliyyət
göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində
istirahətləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə
iyulun 14-15-də
Ağbulaq İstirahət
Mərkəzində fiziki
imkanları məhdud
idmançıların isti-
rahəti təşkil edilib.
Mərkəzdə Par -
alimpiya Federa-
siyasının idmançı-
larını təşkilatçı qu-
rumların nüma-
yəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib.
Nahar yeməyindən sonra proqrama uyğun olaraq idmançılar üçün
müxtəlif idman oyunları təşkil edilib. Böyük marağa səbəb olan
oyunların ardınca onların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri
ilə tanışlığı və “Ağbulaq” bulağına yürüşü olub. Şam yeməyindən
sonra isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda
sənədli film nümayiş etdirilib.
İstirahətin ikinci gününə səhər gimnastikası ilə başlayan fiziki
imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətən-
pərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra
idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun
vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
-
Ceyhun MƏMMƏDOV
Dostları ilə paylaş: |