Paralimpiya Federasiyasının idmançıları
Ağbulaq İstirahət Mərkəzində olublar
Aşıq sənətinin ilkin ni-
şanələri və ərsəyə gəlməsi
haqda məlumatlar “Kitabi -
Dədə Qorqud” dastanında
öz əksini tapıb. Ozanlar və
onların sevimli alətləri olan
qopuz haqqında dastanda
geniş məlumat verilir. “Qo-
puz” sözünün etimologi-
yasına baxsaq, görərik ki,
qop qədim türkcədə “uca-
lıq”, “yüksəklik”, uz isə
“avaz”, “sehrli musiqi ahəngi” an-
lamını verir. Tarixi və etnoqrafik
məlumatlara görə, qopuz türk xalq
söyləyicilərinin, əsasən, qəhrəmanlıq
nəğmələri, dastanları ifa edərkən
istifadə etdikləri başlıca simli musiqi
aləti olub, kütləvi şənliklərdə, toy-
düyünlərdə çalınırdı. Elin müdrik
ağsaqqalı Dədə Qorqud oğuznamə-
lər söyləyir, düzüb-qoşur, gənclərə
öyüd-nəsihətlər verir, qəhrəmanlıq
göstərən ərənləri öyürdü. “Kitabi-
Dədə Qorqud” dastanında bu alətin
müqəddəsliyindən olduqca geniş
söhbət açılır. Dastanda tez-tez rast
gəldiyimiz sahibinin onu bir baş-
qasına verməsinin qadağan olun-
ması, başqa birinin əlinə dəyməsini
günah hesab etməsi və sair bu kimi
nümunələr onun dəyərini daha da
artırır. Burada onun ilahi cəhətdən
də xüsusi bir fərqliliyi diqqətə çat-
dırılır. Dastanda qeyd edilənlərə
əsaslanaraq deyə bilərik ki, ölüm
tanrısı qopuzun səsindən Qorqud
atanın canını və ya o ətrafda olan-
ların ruhunu almağa gələ bilməzmiş.
Qopuz səsinin ecazkarlığı eşidildikcə
Dədə Qorqud ölümdən uzaq hesab
olunurmuş. Yalnız o susduqdan son-
ra ölüm onu yaxalaya bilir. Deyi-
lənlərə görə, Qorqud ata öldükdən
sonra onun qopuzu illərlə kədərli
səslər çıxarıb.
Qopuz bir musiqi aləti kimi əsr-
lərboyu təkmilləşərək öz yerini saza
verib. Saz mizrabla çalınan musiqi
alətidir. Onlar ölçülərinə, pərdələrin
və simlərin sayına görə üç yerə bö-
lünür: 4-6 simi olan cürə saz, 6-7
simi olan qoltuq saz, 8-9 simi olan
ana saz və meydan sazı adlanan
tavar sazdır. Əksər hallarda Azər-
baycan aşıqları səkkiz və yaxud
doqquzsimli sazdan istifadə edirlər.
Saz aləti kəllə, qol və çanaq adlanan
üç hissədən ibarətdir.
Dastanda tez-tez rast gəldiyimiz
ozan, dədə adlandırılan aşıq sözünün
mənasına gəldikdə isə qeyd etmək
olar ki, dahi bəstəkarımız Üzeyir
Hacıbəyli bu sözü ərəb sözü olan
“eşq” ilə bağlayıb. Professor Məm-
mədhüseyn Təhmasib isə onun
hazır da az işlənən və qədim türk
sözü olan “aş”-dan törədiyini iddia
edib. Tarixi məlumatlara istinad et-
sək, onu XVI əsrdə geniş yayılmış
hərbi himnlərlə əlaqələndirə bilərik.
Belə ki, türkü adlanan bu türkü-
himnlərin yaradıcılarını “aşiq” ad-
landırırdılar. Sonralar fəxri “aşıq”
adı saz-söz sənətkarlarının adına
əlavə olunub.
Naxçıvanda da aşıq musiqisi ta
qədim zamandan formalaşmağa baş-
layıb. Bu sənət hazırda özünün ən
yüksək inkişaf dövründədir. Aşıq
sənəti Naxçıvanın Şərur və Şahbuz
bölgələrində daha çox yayılıb.
Zəmanəsinin məşhur aşıqları
olan Ağ Aşıq Allahverdi Kosacanlı,
Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq
Məmmədcəfər, Qonçabəyim, Ço-
bankərəli Aşıq Cəfər, Allahverdi
Əliyev, Aşıq Bəhman, Aşıq Nəcəf -
alı, Aşıq Mirzalı, Aşıq Hidayət,
Aşıq Həmid, Kazım Abdullayev,
Aşıq Əbülfəz, Aşıq Həmid, Aşıq
Bayram əli, Aşıq Ehsan, Aşıq Əzim,
Aşıq Vəli, Ordubadlı Kərim, Aşıq
Abbas Dəhri, Məmmədxan Məm-
mədov, Aşıq Həbib və başqaları
Naxçıvan aşıq mühitinin yetirmələri
olublar. Keçmişdə adları çəkilən
bu Naxçıvan aşıqlarının şöhrəti
ölkə hüdudlarından kənara çıxıb,
onlar İran və Türkiyə kimi xarici
ölkələrə musiqi məclislərinə dəvət
olunublar.
Hazırda Naxçıvanda Aşıqlar Bir-
liyi fəaliyyət göstərir. Naxçıvan
Muxtar Respublikasının Əməkdar
artisti, Aşıqlar Birliyinin sədri Tural
Bağırov birliyin fəaliyyəti haqqında
belə deyir:
– 2009-cu ildən fəaliyyət göstərən
birliyin hal-hazırda 22 üzvü
var. Onlarla yanaşı, birliyi-
mizə üzv olmaq istəyən, bu-
nun üçün namizədliyini irəli
sürən aşıqlar da az deyil.
Burada həftənin 4 günü üzv-
lər toplanır, məşqlər aparılır,
konsertə hazırlıq işləri gö-
rülür. Həmçinin birliyimizin
fəaliyyətinin genişləndiril-
məsi yolunda yeni fikirlər
irəli sürülür, onların müza-
kirəsi aparılır. Biz muxtar respub-
likamızda keçirilən xalq mərasim-
lərində, eyni zamanda dövlət sə-
viyyəli tədbirlərdə də iştirak edirik.
Tural Bağırov onu da qeyd etdi
ki, hazırda muxtar respublikamızda
bu sənət geniş yayılmaqdadır. Mu-
siqi məktəblərində, Naxçıvan Musiqi
Kollecində, həmçinin Naxçıvan
Dövlət Universitetinin İncəsənət
fakültəsində də saz sinifləri fəaliyyət
göstərir və ildən-ilə bu sahədə təhsil
almaq istəyən tələbələrin sayı art-
maqdadır. Hətta bir çox gənc asudə
vaxtını səmərəli keçirmək məqsədilə
saz sənətini öyrənmək üçün bizə
müraciət edir. Bu, çox sevindirici
haldır. Muxtar respublikamızda bu
sənətin geniş yayılması üçün hər
cür şərait yaradılıb. Bir sözlə, biz
dövlətin diqqət və qayğısını üzəri-
mizdə hiss edirik.
Naxçıvan Aşıqlar Birliyinin üzv-
lərindən Turac Bayramova, Leyla
Fətullayeva, Səkinə Kərimova ilə
söhbət zamanı onlar aşıq sənətində
daha da təkmilləşmələrində və səhnə
mədəniyyətlərinin formalaşmasında
bu təşkilatın böyük xidməti oldu-
ğunu vurğuladılar. Məşq zalında
söhbətləşdiyimiz digər bir həvəskar
aşıq Gülizar Əhmədli isə illərdir,
həvəs göstərdiyi aşıq musiqisi sa-
həsində ömürlük qərarlaşmaq istə-
diyini və tezliklə Aşıqlar Birliyinə
üzv kimi qəbul edilməyi arzuladığını
bildirdi.
Naxçıvanda bu sahədə inkişaf
göz qabağındadır. Hər il keçirilən
müxtəlif el şənliklərində saz hava-
larına geniş yer verilməsi Naxçı-
vanda aşıq yaradıcılığına göstərilən
diqqət və qayğının təzahürüdür.
-
Dostları ilə paylaş: |