Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix28.04.2022
ölçüsü1,05 Mb.
#56541
1   ...   18   19   20   21   22   23   24   25   26
kitab20100622050512539 (1)

 


 

64

NƏTİCƏ 

 

Azərbaycan coğrafi və iqtisadi vahiddir, müxtəlifliyə əsaslanan mədəni tamdır, bir-biri ilə üzvi surətdə 



bağlı olan ziddiyyətlərin kompleksidir. Azərbaycanın bu tarixi, coğrafı, iqtisadi və ictimaı-siyasi tamlığı 

çoxəsrlik, ziddiyyətli inkişafın nəticəsidir. Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixı bu tamın mühüm 

hissələrindən biridir. 

Tarixi prosesin dərinliklərinə varmaq müasir dövrün öyrənilməsi və dərk olunmasının əsasını təşkil edir. 

Tarixin dərslərini başa düşmədən ictimai münasibətlərin mürəkkəb labirintəndən çıxmaq mümkün deyildir. 

İctimai quruluşun strukturu nə qədər mürəkkəbdirsə, onun başlıca qanunlarının və dəyişən formalarının, onun 

meydana gəlməsi və ölüb getməsinin konkret tarixi tədqiqi bir o qədər vacibdir. Buna görə də, Qaraqoyunlu və 

Ağqoyunlu dövlətlərinin tarixinin tədqiqi həm Azərbaycan, həm də Türkiyə tarixşünaslığında öz aktuallığı ilə 

diqqəti cəlb edir. Problemin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi bir sıra cəhətləri aşkara 

çıxarmışdır. Öncə qeyd olunmalıdır ki, Türkiyə tarixçilərinin əksəriyyəti problemin müxtəlif tərəflərini tədqiq 

edərkən qarşıya qoyulan məsələyə daha obyektiv yanaşmağa sə'y göstərirlər. Ayrı-ayrı əsərlərdə tarixi hadisələr 

araşdırılarkən çox zaman mühüm faktlara ıstinad edilir, lakin bu hadisələrin geniş təhlili deyil, xülasəsi öz əksini 

tapır, habelə türk tarixçiləri Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin ictimai-siyasi tarixini tədqiq edərkən 

Azərbaycan tarixçilərinin problemlə bağlı olan əsərlərindən kifayət dərəcədə faydalanmırlar. 

Bu nöqsanlı cəhətlərə baxmayraq türk tarixçiləri problemin daha dərindən tədqiqinə müəyyən dərəcədə 

nail olmağa çalışmışlar. Bunu şərtləndirən başlıca amillərdən biri problemin hərtərəfii tədqiqinə imkan yaradan 

ilkin mənbələrin Türkiyə arxivlərində kifayət dərəcədə olmasıdır. 

Türkiyə tarixşünaslığında Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarxinin tədqiqinə 20-ci illərin sonu, 

30-cu illər-

 [156-157]

 dən başlanılmışdır. Əvvəllər türk tarixçiləri (C.Zeynaloğlu, Rza Nur, Z.V.Toğan və b.) 

ümumtürk tarixini araşdırarkən onun tərkib hissəsi kimi Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixinə 

müraciət etmişlər. Sonralar isə problem müstəqil tədqiqat obyekti kimi (İ.H.Uzunçarşılı, M.X.Yınanç, F.Sümer 

və b.) araşdırılmağa başlanmışdır. 

Türkiyə tarixşünaslığında problemin müxtəlif tərəfiəri, o cümlədən qaraqoyunluların və ağqoyunluların 

mənşəyi məsələsi, Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin siyasi tarixi, Qaraqoyunlu-Teymuri, Ağqoyunlu-

Teymuri, Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı münasibətlərinin hərtərəfli tədqiqinə  sə'y göstərilmişdir. Lakin 

Qaraqoyunlu və  Ağqoyunlu dövlətinin iqtisadi tarixilə bağlı olan məsəllər hələ  də Türkiyə tarixşünaslığında 

tədqiqat obyektinə çevrilməmişqdir. 

Qaraqoyunlu və  Ağqoyunlu tayfalarının mənşəyi məsələsi, həmin tayfaların Azərbaycanın etnik və 

siyasi tarixində tutduğu yer və oynadığı tarixi rol Azərbaycan tarixşünaslığında hərtərəfli, lazımi səviyyədə 

öyrənilmədiyi üçün bu problemin Türkiyə tarixşünaslığında tədqiqi xüsusi maraq doğurur. Lakin qeyd 

etmək.lazımdır ki, bu məsələ Türkiyə tarixşünaslığında da özünün tam həllini tapmamışdır. Müasir türk 

tarixçilərinin  əsərlərində Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin təşəkkülü prosesində mühürn rol oynamış 

Qaraqoyunlu və Ağqoyunlu tayfalarının dövlətin yaranmasına qədərki tarixinə xüsusi diqqət yetirilmişdir. Bu, 

eyni zamanda dövlətin yaranmasında da həmin tayfaların oynadığı rolu tam şəkildə anlamağa imkan verir. 

Lakin xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanda yaranmış Qaraqoyunlu Ağqoyunlu dövlətlərinin 

siyasi tarixini araşdıran Faruq Sümer Qaraqoyunlu dövlətinin təşəkkülü prosesində  iştirak etmiş Qaraqoyunlu 

tayfalarının əsl vətəninin Şərqi Anadolu olduğunu göstərmiş, Qaraqoyunlu dövlətinin əsas yaradıcılarının Şərqi 

Aqnadoludan köçmüş tayfalar olduğunu qeyd etmiş və beləliklə onların tarixi rolunu mütləqləşdirmişdir. Lakin 

onun mülahizəsi heç də möhkəm tarixi dəlillərə əsaslanmadığı üçün inandırıcı deyildir.Çünki Faruq Sünıer öz 

əsərində


 [157-158]

 Qaraqoyunlu tayfalarının məskunlaşma yerini qeyd edərkən onların  əksəriyyətinin 

Azərbaycanda olduğunu qeyd etmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Azərbaycan ərazisi tarix boyu 

müxtəlif türk tayfalarının şərqdən-qərbə miqrasiyası prosesində körpü rolu oynamış, onların bu ərazidə məskun-

taşma tarixi Şərqi Anadoluya nisbətən daha erkən olmuşdur. Bə'zi türk tarixçilərinin e'tiraf etdiyi kimi 

Qaraqoyuniu tayfalarının bir hissəsinin  Şərqi Anadoluda məskunlaşması tarixi monqolların Azərbaycanı 

istilasıqdan sonra başlanmışdır. Buna görə  də,  şübhəsizdir ki, Qaraqoyunlu tayfa birliyi cənub-qərbi 

Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmış tayfaları özündə birləşdirərək dövrün siyasi hadisələrində fəal 

rol oynamış  və dövlətin təşəkkülü prosesində  Şərqi Anadoluda qərarlaşmış Qaraqoyunlu tayfaları da iştirak 

etmişdilər. Onların tarixı rolunu nə danmağa, nə də şişirtməyə heç bir ehtiyac duyulmur. 

Türk tarixçiləri (İ.H.Uzunçarşılı, M.X. Yınanç, F.Sümer və b.) öz əsərlərində ərəb, fars və türk dilində 

yazılmış ilkin mənbələrdən geniş istifadə edərək Qaraqoyunlu dövlətinin siyasi tarixinin tam mənzərəsini 

yaratmış, lakin bu əsərlərdə Qaraqoyunlu dövlətilə Osmanlı Türkiyəsi arasında qismən də sabit dostluq 

əlaqələrinin olmasına baxmayaraq, bu dövlətlər arasındakı münasibətlərin geniş  tədqiqata cəlb olunmamasını 

izah etmək çətindir. Lakin Ağqoyunlu dövlətinin siyasi tarixi tədqiq olunarkən Ağqoyunlu-Osmanlı 

münasibətlərinə daha geniş yer verilmişdir. Ancaq türk tarixçiləri Ağqoyunlu-Osmanlı münasibətlərində 

qərarlaşmış düşmənçilik ruhuna istinad etmiş, düşmənçiliyin kökləri hərtərəfli izah olunmamış, bu dövlətlər 

arasındakı münasibətlərin kəskinlişməsində  və müharibə  vəziyyətinin yaranmasında bütün günahları 




 

65

ağqoyunluların üzərinə atmış, hadisələrin düzgün və obyektiv izahından çəkinmişlər. Onların bu mövqeyi 



Osmanlı imperiyasının Ağqoyunlulara qarşı  və bütövlükdə  Şərqdə yeritdiyi istilaçıhq siyasətinə haqq 

qazandırmaq cəhdi kimi qitymətləndirilə bilər. 

Müasir türk tarixçiləri Qaraqoyunlu və  Ağqoyunlu döv-

 [158-159]

  lətlərinin siyasi tarixini tədqiq 

edərkən, ilkin mənbələrdən geniş surətdə istifadə etmiş, həmin dövlətlərin siyasi tarixi ilə bağlı olan müxtəlıf 

hadisələr arasındakı qarşılıqlı əlaqə ətraflı elmi izahını tapmamış  və buna görə  də, bu dövlətlərin siyasi tarixi 

sanki sıyasi hadisələrin məcmusu kimi təqdim edilmişdir. Bu, Türkiyə tarixşünaslığında mövcud olan hakim 

metodologiyadan və Osmanlı tarixçilərinin tarixi tədqiqat ən'ənələrinə üzvi bağlılıqdan irəli gəlir. 

Digər tərəfdən müasir türk tarixçılərinin siyasi dünyagörüşünü və hadisələrin izahına yanaşmaq tərzini 

də  nəzərə almamaq mümkün deyildir. (Şübhəsizdir ki, tarixin tədqiqində onların rolu həlledici  əhəmiyyətə 

malikdir). 

Türkiyə tarixşünaslığında problemin tədqıqı  səviyyəsi öyrənilərkən son 70 ildə türk tarixçiləri 

tərəfindən yazılmış 150-dən artıq monoqrafıyaya və elmi məqalələrə müraciət edilmişdir. Bu əsərlər elmi dəyər 

və obyektivlik baxımından qruplaşdırmış, ilkin mənbələrə istinad edilərək təhlıl edilmişdir. 

Tədqiqat işində türk tarixçilərinin elmi axtarışlarından geniş istifadə olunmuş, Qaraqoyunlu və 

Ağqoyunlu dövlətlərinin ictimai-siyasi tarixinin müxtəlif məsələləri ilə bağlı tarixı həqiqətlər bərpa edilmişdir. 

Digər, tərəfdən Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin Osmanlı dövləti ilə siyasi əlaqələrinin həm 

Azərbaycan, həm də Türkiyə tarixşünaslığında zəif təlqiqi nəzərə alınaraq bu məsələlərin araşdırılması 

gedişində dövrün ilkin qaynaqlarından kifayət dərəcədə istifadə olunmuş və obyektiv şəkildə işlənilməsinə sə'y 

göstərilmişdir.

 [159-160] 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

66


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin