Nəcəfli Tofiq Hümbət oğlu


§3. Ağqoyunlu-Osmanlı münasibətləri



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix28.04.2022
ölçüsü1,05 Mb.
#56541
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
kitab20100622050512539 (1)

 


 

48

§3. Ağqoyunlu-Osmanlı münasibətləri. 

 

 

Azərbaycanın Osmanlı Türkiyəsi ilə qarşılıqlı  əlaqələri tariximizin lazımi səviyyədə öyrənilməmiş 



problemlərindəndir. Problemin araşdırılmasının tarixşünaslığımız üçün başlıca elmi əhəmiyyəti bundan ibarətdir 

ki, Azərbaycan xalqının XV-XVI əsrlərdəki inkişafı Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri 

kimi geniş əraziyə malik olmuş siyasi qurumlarının tarixi ilə bilavasitə bağlı olmuşdur. Bu dövlətlərin sosial-

siyasi, iqtisadi tarixinin, onların Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsi ümumdünya 

tarixinin bə'zi məsələlərinin obyektiv həlli üçün də vacibdir. Orta əsrlər Şərqinin Ağqoyunlu və Səfəvi dövlətləri 

kimi iri siyasi vahidləri qonşu dövlətlərlə geniş iqtisadi əlaqələrə malik idi. Bu feodal dövlətləri beynəlxalq 

münasibətlər sistemində  fəal mövqe tutmuş, Asiya və Avropa ölkələrinin Osmanlı imperiyasına qarşı  hərbi-

şiyasi ittifaqlarında başlıca rol oynamışlar. 

Ağqoyunlu-Osmanlı  münasibətləri  məsələsinə tarixşünaslığımızda Ağqoyunlu dövlətinin Avropa 

ölkələri ilə əlaqələrinin səbəblərini izah etmək məqsədilə araşdırmalar 

[116-117]

 aparmış tədqiqatçılar ümumi 

şəkildə toxunmuşlar.  İ.P.Petruşevski Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə (xüsusən Venetsiya ilə) 

diplomatik  əlaqələrini tədqiq etmiş, Ağqoyunlu hökmdarının Avropaya meyl etməsini XV əsrin II yansında 

Osmanlı Türkiyəsinin kömrük siyasəti, habelə sultan II Mehmedin  (1451-1481)  qəsbkarlıq    planları ilə 

əlaqələndirmişdir

145

. C.M.İbrahimov da Azərbaycanın XV əsr tarixinə dair tədqiqatlarında  İ.P.Petruşevskinin 



elmi nəticlərini təsdiq etmişdir

146


. Bə'zi  əsərlərdə isə  Ağqoyunlu-Osmanlı münasibətləri tədqiq edilərkən 

Osmanlı Dövlətinin istilaçılıq siyasəti ön plana çəkilir. Ağqoyunlu dövləti Venetsiya respublikası və digər Qərb 

dövlətləri «Türk hücumu təhlükəsindən ehtiyat edən» siyasi vahidlər kimi təqdim edilir

147


. Ağqoyunlu-Osmanlı 

münasibətləri Y.M. Mahmudovun əsərlərində daha geniş tədqiq olunmuşdur

148



Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlər tarixini elmi baxımdan düzgün 



qiymətləndirmək üçün   bu   əlaqələrin   inkişaf  prosesini   iki   dövrə   bölmək mümkündür. 

1.   Ağqoyunluların   Azərbaycanda  hakimiyyətə gəlməsindən  əvvəlki dövr. 

2.   Ağqoyunluların   Azərbaycanda  hakimiyyətə gəlməsindən  sonrakı dövr. 

XV  əsrin ikinci yarasında Ağqoyunlu tayfa ittifaqı  Dəclə  və  Fərat çaylarının yuxarı axarında 

möhkəmlənmişdi. Diyarbəkr isə bu feodal bəyliyinin mərkəzi idi. Ağqoyunlu  əmirləri ilə Osmanlı sultanları 

arasında ən'ənəvi düşmənçilik münasibətləri vardı. Yaşar Yücel və Yılmaz Öztuna bu düşmənçiliyin XIV əsrin 

sonlarında Qara Osmanın dövründə başladığını göstərir. Qazi Bürhanəddini öldürmüş Ağqoyunlu rəisi Osman 

bəy Sivası almağa çalışırdı.  İldırım Bəyazidin Sivası  zəbt etməsi, ağqoyunluların  ən böyük rəqibi olan 

qaraqoyunluların osmanlıların dostu olması bu düşmənçiliyi daha da gücləndirdi

149


. Faruq Sümerin fikrincə, 

Ağqoyunlu bəyliyinin    qurucusu  olmuş  Qara  Osmanın  osmanlılarla  

[117-118]

 münasibətləri daim dostluq 

məcarəsında keçmişdir

150


. Osmanlı dövləti ilə  həmsərhəd olan yerlərdə  Ağqoyunlu tayfa ittifaqının getdikcə 

güclənməsi Osmanlı sultanlığını  təşvişə saldığından, Sultan İldırım Bayəzid öz qüvvələrini toplayaraq 

ağqoyunlulara qarşı mübarizəyə qalxır. Vəziyyətin gərginləşdiyini hiss edən Qara Osman osmanlılar əleyhinə 

mübarizədə Teymurun qüvvələri ilə  əlaqəyə girir. Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar 

üçün əlverişli şərait yaradır. Ağqoyunlular Ankara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində 

vuruşduqdan sonra Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi. Tofiq Bıyıqlıoğlu belə hesab edir ki, 

Teymurun istilasından sonra Osmanlı dövləti daxilində baş vermiş qanşıqlıqdan faydalanan ağqoyunlular 

Osmanlı torpaqlarına təcavüz etməkdən çəkinməmişdi. Bu təcavüzlər 50 ildən artıq bir müddət  ərzində baş 

vermişdi.

151


 Dövrün qaynaqları T.Bıyıqlıoğlunun bu iddiasını tamamilə təkzib edir. Osmanlı sultanı I Mehmed 

Qazinin Qara Osmana məktubunda deyilir: «...Biz (bu vaxtlar ərzində) onlardan (yə'ni Qara Osmandan-T.N.) 

dostluq və xeyirxahlıqdan başqa bir şey müşahidə etməmişik,.. özünüzü qədim dost və bu tərəfdən səmimi insan 

bilib, bu münasibətdə heç bir dəyişikliyə yol verməyin»

152

. Məktubdan göriindüyü kimi, Osmanlı Sultanı 



Ağqoyunlu hökmdarı Qara Osmanla münasibətlərinin dostluq məcrasında inkişaf etdiyindən bəhs etməkdədir. 

Ancaq nəzərə almaq lazımdır ki, bu dostluğun dərin özülü olmadığından, o yalnız zahiri xarakter daşımışdır. 

XV  əsrin 40-50-ci illərində  Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən feodal 

mübarizələrinin ardı-arası  kəsilmir və onların  əllərində olan yerlər  əldən-ələ keçirdi. Qara Osmanın dövründə 

qüvvətli mövqe tutan Ağqoyunlu tayfa ittifaqında başlanan və arası  kəsilməyən feodal mübarizələri Osmanlı 

sultanlığının diqqətini özünə  cəlb edir. Osmanlı dövləti ağqoyunlular  əleyhinə bir sıra tədbirlər həyata 

keçirməyə cəhd edirsə də, əhəmiyyətli nəticələr əldə edə bilmir. Ağqoyunlu-Osmanlı münasibətləri kəskinləşir.

 

[118-119]



 

Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsində ticarət mənafelərinin toqquşmasının mühüm rolu 

olmuşdu. XV əsrin II yarısında beynəlxalq  əhəmiyyəti olan başlıca karvan yolları  Ağqoyunlu dövlətinin 

ərazisindən keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını  Təbrizlə, Xəzər sahili Azərbaycan 

bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi.

153


 Digər mühüm karvan yolu Hindistanı, İranı və 

Azərbaycanı Qara dənizlə birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi. Şərq-Qərb ticarət  əlaqələrinin 

inkişafında Təbriz-Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti vardı'

54




 

49

Azərbaycan-Osmanlı və Azərbaycan-Avropa ticarət əlaqələrində Təbriz-Bursa karvan yolu mühüm rol 



oynayırdı. Bu karvan yolunda başlıca məntəqə Toqat idi. Təbrizdən gedən ticarət karvanları Toqatda Şirvan, 

Gəncə  və Gürcüstandan gəlmiş ipək karvanları ilə birləşir və Bursaya yönəlirdi. Fəxri Dalsar Bursaya gedən 

ipək karvanlarında təxminən 300-400 yük heyvanının olduğunu göstərir

155


. Xəlil İnalcik qeyd edir ki, Təbrizdən 

gələn hər karvan Bursaya orta hesabla 200 tay ipək gətirirdi

156

.  Şirvan ipəyi də Bursa ticarətində  əsas yer 



tuturdu. 1467-ci ildə, yalnız  Əbdürrəhim adlı bir tacir Şamaxıdan Bursaya 220 min akça dəyərində 4400 tay 

ipək gətirmişdi.

157

 

Aralıq dənizinin  Şərqində möhkəmlənmək uğrunda Venetsiya ilə müharibəyə başlamış II Mehmed 



Avropa-Şərq ticarətində inhisar mövqeyinə malik olmaq istəyirdi. Müzəffər Arıkanın fikrincə, osmanlılar nəinki 

Anadoludan keçən ticarət yollarına, Şərq ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa çalışırdılar.

158

 

Buna görə də II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi 



hüdudlarında toxuculuğun inkişafına ciddi fıkir verirdi. Sultan Türkiyəni  Şərqdən alınmış ipəyi toxuyaraq 

avropalılara hazır məhsul  şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür 

məhdudlaşdırıcı  tədbirlərlə Azərbaycandan gətirilmiş xam ipəyi Osmanlı Türkiyəsindən xaricə aparılmasına 

maneçilik törədirdi. Azərbaycandan gətirilmiş   xam   ipək   əlverişli   olmayan   şərtlərlə   Osmanlı  

[119-120]

 

tacirlərinə satılmalı idi. Ağqoyunluların Osmanlı  ərazisi vasitəsilə  Qərblə ticarət etməyə  məcbur olduqlarını 



yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu kömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən 

ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) kömrük haqqı alınırdı

159

. Xəlil  İnalcik qeyd edir ki, 



Azərbaycan tacirləri Toqatda ikinci kömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin 

çıxardığı haqsız bir bid'ət hesab edir və pisləyirdi

160

. II Mehmedin qanunlarına görə, xam ipəyin və ipək 



parçanın dəyərinin hər 100 axçasından 2 axça gömrük haqqı alınırdı.

161 


Burada ümumi ticarət kömrüyündən əldə 

edilmiş 3 mln. akca gəlirin 2 mln-u  ipəkdən alınırdı

162

. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi 



arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı dövlətinin iqtisadi siyasətinin bu məcrada gedişi Ağqoyunlu 

dövlətinin süqutuna səbəb ola bilərdi. 

Sultan II Mehmed Şərqdən gələn ipək karvanlarından kömrük haqqı almaqla kifayətlənmirdi. O, 1453-

cü ildə strateji, hərbi-siyasi, iqtisadi əhəmiyyəti olan Bosfor və Dardanel boğazlarını ələ keçirmiş, sonra isə Şərq 

istiqamətində də geniş istilaçılıq müharibələrinə başlamışdı. Sultan bu zaman Ön Asiyada mövcud olan bütün 

xırda feodal dövlətlərini (Qaraman, İsfəndiyar oğulları, Alaiyyə, Zülqədəroğulları  bəyliklərini,  Şimali 

Anadoludakı Kenuya müstəmləkələrini, Trabzon və Ağqoyunlu dövlətlərini) aradan qaldırmaq, Bütün Anadolu 

yarımadasını öz hakimiyyəti altında birləşdirmək istəyirdi

163

. O, Şərqdə ticarətdə üstünlüyü ələ almağa, 



imperiya  ərazisində inkişaf edən ipəkçilik istehsalını daim xammalla tə'min etmək üçün «0smanlı 

iqtisadiyyatının  şah damarı olan Təbriz-Toqat-Bursa ipək yolunu»

164

  ələ keçirməyə can atırdı. Digər tərəfdən 



iqtisadi cəhətdən böyük əhəmiyyəti olan Şərqi Anadolunun fəth olunması nəticəsində osmanlılar Təbriz-Hələb, 

Təbriz-Bursa ipək yolunun tam nəzarətini  ələ keçirmiş olurdular. Bu iki yol Osmanlı  xəzinəsinin böyük gəlir 

mənbəyi olacaqdı.

165


  Xəlil  İnalcik belə bir nəticəyə  gəlir ki, Bursanı Yaxm və Orta Şərqin  ən böyük ticarət 

mərkəzi olan Təbrizlə birləşdirən bu ipək yolu  

[120-121]

 Osmanlı fəthlərini Şərqə doğru istiqamətləndirən əsas 

amil idi

166


. II Mehmedin Təbriz-Bursa yolu üzərində hakim olmaq təşəbbüsü Ağqoyunlu dövləti ilə Osmanlı 

dövləti arasında uzunmuddətli və ağır bir mübarizəyə gətirib çıxaracaqdı.

167 

Osmanlı Sultanı dövrün başlıca ipək 



mənbəyi olan Azərbaycanı, habelə bütün Cənubi Qafqazı fəth etmək niyyətində idi. 

Sultan II Mehmedin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri də  Ağqoyunlu-Osmanlı 

ziddiyyətlərini kəskinləşdirdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca rəqibi olan Ağqoyunlu 

dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə əlaqələrini kəsməyə can atırdı. Səlahəddin 

Tanselin fikrincə, Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz ticarəti yolunun nəzarətini öz 

əlinə keçirmiş olardı.

168

 

XV  əsrin II yansında  Şərq istiqamətində Osmanlı    işğallarının güclənməsi  şəraitində  Ağqoyunlu 



Trabzon munasibətləri daha da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə  Ağqoyunlu elçiləri 

İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Sivas-

Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər

169


. II Mehmed bu tələbi rədd etdi. İstanbuldan 

mənfi cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı 1460-cı ilin 

baharında  ələ keçirdi. Yaşar Yücel və B.S.Baykal Əbu Bəkr Tehraninin verdiyi mə'lumatlara  əsaslanaraq 

yazırlar ki, bu zaman Fateh sultan Mehmed sülh arzusu ilə «Muş Əli» adlı bir elçi göndərmişdi. Uzun Həsən bu 

elçini böyük əmirlərindən olan Xurşid bəylə birlikdə Fateh Mehmedin yanına göndərmiş, «Trabzon və 

ətrafındakı qalalarla bağlı tələblərini» Osmanlı hökmdarına bildirmişdi. Fateh Mehmed bu tələbləri qəbul etmiş 

və  əmirlərinə  xəbər göndərərək Trabzon torpaqlarına hücum etməməyi, bu bölgəni Uzun Həsənin təbəələrinə 

həvalə etməyi tapşırmışdı.

170  

[121-122]



 

              Beləliklə, iki dövlət arasında baş verə biləcək böyük bir münaqişənin qarşısı alınmışdı. Bəkir Sidqi 

Baykal Sultan Mehmedin Uzun Həsənin tələblərini qəbul etməsinin səbəbini, Fatehin daha vacib olan Mora 

səfərinə hazırlaşmağında görür'

71

. Lakin II Mehmed Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi. Səlahəddin 



Tansel Ağqoyunlularla münasibətdə II Mehmedin tərəddud etməsinin səbəbini, «Uzun Həsənın təcavüzlərinin 


 

50

artması Fatehə  qəti olaraq bunu anlatmışdı ki, özünə arxadan zərbə vura biləcək bir dövləti bitərəf etməsə, 



Trabzona yürüş təhlükəli ola bilər»

172


. Buna görə də « II Mehmed Trabzon probleminin həllini tə'xirə salmış, 

Uzun Həsənlə vuruşmaq üçün ordusunu Ərzincana yeritmiş  və Yassıçəmən adlanan yerdə ordugah 

qurmuşdu».

173


 

Türk tarixçiləri arasında bu məsələyə münasibətdə  fıkir ayrılığı mövcuddur. Bəkir Sidqi Baykal və 

Yaşar Yücel Səlahəddin Tanselin fikrinə qarşı çıxaraq göstərir ki, Fateh Mehmedin başlıca hücum hədəfə Uzun 

Həsən deyil, Trabzon olmuşdur.

174

 

Bu dövrdə  Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş  rəqibi olan 



qaraqoyunlularla mübarizə aparırdı. Teymuri hökmdarı Əbu Səid də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. 

Ağqoyunlular iki təhlükə arasında qalmışdılar. Beləliklə, o zaman hələ kiçik feodal bəyliyi olan Ağqoyunlu 

dövlətinin aradan qaldırılması təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə - 

II Mehmedin hərbi düşərgəsinə bir elçi hey'əti göndərdi.

175

 

Əbu Bəkr Tehraninin verdiyi mə'lumata görə, Fateh II Mehmed Uzun Həsənin yanına elçi göndərərək 



sülh bağlamağı təklif etmişdi. O, yazır: «Rum padşahı Uzun Həsənə elçi göndərdi və bildirdi ki, əgər o, anası 

Saray Xatunu sülh üçün onun yanına göndərərsə, sülh bağlamağa, Trabzona olan iddialarından imtina etməyə 

hazırdır»

17

°. Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Bəkir Sidqi Baykal Əbu Bəkr Tehraninin verdiyi 



mə'lumatların doğru olduğunu qəbul edir və

 

[122-123]



 Uzun Həsənin anasını Fatehin yanına yollamağa razı 

olmasının səbəbinin cavabsız qaldığını yazır.

177

 Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Saray Xatun 



Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Qaynaqların verdiyi mə'lumata görə, danışıqlar zamanı 

Saray Xatun II Mehmed bır-birinə «ana» və «oğul» deyə müraciət etmişlər

178

. Saray Xatun bu danışıqlar zamanı 



özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin birinci tapşınğını yerinə yetirə bildi: II 

Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fıkrindən daşındırdı

179

. Rəşad  Əkrəmə görə, iki ölkə 



arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki  ərazilərə hücum etməməsi, Osmanlı 

qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı.

180

 

Bu sülh müqaviləsinin Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu 



müqavilə nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz 

müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün sə'ylərinə baxmayaraq, II Mehmedi Trabzon fəthindən 

çəkindirmək mümkün olmadı. 

Yaşar Yücel II Mehmedin Trabzon fəthi  ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək 

belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş, 

nə  də Fateh onu tamamilə bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı  və Uzun Həsənin 

«şəfaət» diləməsi haqqında Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca 

Uzun Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi.  İbn Kamalın çox gözəl 

bildirdiyi kimi Sultanın Saray Xarunu özü ilə götürməsi də bunu sübut edir

181


1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin 

(Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon 

xəzinəsini sultanla bölüşdürdü.

 [123-124]

 Yaşar Yücel bunu, sultanın danışıqlar zamanı Saray Xatuna bə'zi 

şeylər və'd etməsi ilə əlaqələndirir.

182


 Yaşar Yücel və Əli Sevim yazırlar ki, Sultan Fateh Uzun Həsənin ölkəsi 

sərhədlərinə gələn zaman orduda girov olaraq götürülmüş Saray Xatunu bir elçi hey'əti və Trabzon xəzinəsindən 

əldə olunmuş  hədiyyələrlə  oğlunun yanına göndərdi. Osmanlı hey'əti Uzun Həsənlə mövcud olan müqaviləni 

«Şərq sərhədlərinin təhlükəsiz olması  şərtilə  təzələdi»

183

. Osmanlı sultanı bu tədbir vasitəsilə  qərbdəki 



istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. 

Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan 

yeganə çıxış yolunu  da  itirdi.  Ağqoyunlu-Osmanlı   münasibətləri   xeyli kəskinləşdi. 

Qaraman hadisələri isə  Ağqoyunlu-Osmanlı ziddiyyətlərini son həddə çatdırdı. Ancaq aralıq dənizi 

sahilində, çox əlverişli coğrafi mövqedə yerləşmiş Qaraman bəyliyi bütün Anadolu yarımadasını ələ keçirməyə 

çalışan Osmanlı dövləti ilə, Qərbi Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa çalışan Ağqoyunlu 

dövləti arasında mənafelərin toqquşduğu düyün nöqtəsi idi. Trabzonun işğalından sonra Qara dəniz ticarətindən 

məhrum olan ağqoyunlular üçün Qaramanın  əhəmiyyəti xeyli artmışdı. Qaraman bəyliyi osmanlılara qarşı 

Ağqoyunlu dövlətinin ən'ənəvi müttəfıqi idi. Qaraman ərazisinin Ağqoyunlu dövləti üçün hərbi-strateji məntəqə 

kimi əhəmiyyəti daha böyük idi. Osmanlı imperiyası ilə labüd olan müharibənin yaxınlaşdığı bir şəraitdə Uzun 

Həsən Qaraman ərazisini heç cür itirmək istəmirdi.

184


 Ədnan Sadıq Ərzi bu məsələ ilə əlaqədar olaraq yazır ki, 

Trabzonun osmanlılar tərəfındən fəthi Uzun Həsən dövlətinə şimal istiqamətindən təhlükə törədirdi. Qaramanın 

itirilməsi isə Ağqoyunlu hökmdarı üçün daha təhlükəli ola bilərdi. Buna görə də Fatehin rəqibi olan, Anadoluda 

hegemonluq  uğrunda  mübarizəyə   başlamış   Uzun  Həsənin 

[124-125]

 Qaramana hərbi, siyasi müdaxiləsi və 

bu bölgədə müttəfıq bir dövlətin olmasını istəməsi təbii idi.

185


 

Mətin Kunt qeyd edir ki, Şərqi Anadoluda osmanlılara düşmən olan Ağqoyunlu dövləti ilə toqquşmanın 

getdikcə yaxınlaşdığı bir şəraitdə  cənubdan təhlükəsizliyinə tam əmin olmaq istəyən Fateh Sultan Mehmed 

Qaraman ölkəsini zəbt etmək qərarına gəldi.

186

 1464-cü ilin 4 avqustunda Qaraman əmiri İbrahimin ölümündən 




 

51

sonra Osmanlı sultanının Qaramanı işğal etməsi üçün əlverişli məqam yarandı. Uzun Həsən yaranmış fürsətdən 



istifadə edərək İshaqı Qaraman taxtına yerləşdirsə də, son nəticədə, Osmanlı qoşunlarının köməyi ilə Pir Əhməd 

Qaraman taxtını ələ keçirdi

187

. İshaq kömək almaq üçün Uzun Həsənin yanına qaçdı. Lakin Cahanşahla həlledici 



döyüşə hazırlaşan Ağqoyunlu hökmdarı bu dəfə öz müttəfiqinə yardım edə bilmədi. Türk tarixçiləri e'tiraf 

edirlər ki, Asiyada, «Qaraman problemini» ən radikal şəkildə  qısa bir vaxtda həll edən Osmanlı dövləti 

Ağqoyunlu dövləti üçün həqiqətən bir təhlükə halını almışdı.

188


 

«Qaraman məsələsində» ilk müvəffəqiyyətsizliyə uğramış Ağqoyunlu hökmdarı Osmanlı Türkiyəsinin 

Şərqdəki müttəfıqləri ilə mübarizəyə girmişdi. O, 1464-1469-cu illər  ərzində ardıcıl olaraq böyük qələbələr 

qazandı. Uzun Həsən 1467-ci ilin noyabrında  Ərzincan yaxınlığında, Qaraqoyunlu Cahanşah üzərində parlaq 

qələbə qazandı. Bundan sonra Cahanşahın oğlu Həsənəlini də məğlub edən ağqoyunlular 1468-ci ilin baharında 

Kürdən cənubda olan bütün Azərbaycan  ərazilərini  ələ keçirirdilər

189

. Qaraqoyunlu dövləti süqut etdi. Onun 



yerində paytaxtı  Təbriz  şəhəri olan Ağqoyunlu dövləti yarandı. 1469-cu ilin əvvəllərində  Qızılağac və 

Mahmudabad yaxınlağında Uzun Həsən Teymuri hökmdanrı Əbu Səidin 27 minlik ordusunu darmadağm etdi. 

Teymurilər dövləti müvəqqəti olaraq ağqoyunlulardan asılı  vəziyyətə düşdü

190


. Beləliklə, az vaxt ərzində iki 

təhlükəli düşməni aradan qaldıran Uzun Həsən Kürdən cənubdakı Azərbaycan torpaqları (Ərdəbil mahalı istisna 

olunmaqla) Ermənistan,  İraq, Kürdüstan və bütün 

[125-126]

  Qərbi  İranı  əhatə edən geniş  əraziyə malik olan 

feodal imperiyasını yaratdı. Ağqoyunlu dövləti Orta Şərqdə mühüm hərbi-siyasi qüvvəyə çevrildi. Bu vaxtdan 

e'tibarən Ağqoyunlu-Osmanllı münasibətlərinin ikinci dövrü başlandı. 

Ağqoyunlu-Osmanlı münasibətlərinin II dövründə Uzun Həsən Osmanlılara qarşı  hərbi ittifaq 

yaradılmasının  əsas təşkilatçısı idi. Bu vaxtdan Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsinə qarşı 

münasibətlərinin xarakteri də  dəyişdi. XV əsrin 60-cı illərinin sonuna yaxm Osmanlı imperiyasına qarşı 

mübarizə Ağqoyunlu dövlətinin başlıca xarici siyasət məsələsinə çevrildi. Uzun Həsən Osmanlı dövlətini aradan 

qaldırmağa, bütün Kiçik Asiyanı  ələ keçirməyə, Avropa ölkələri ilə bilavasitə ticarət  əlaqələri yaratmağa 

çalışırdı.

191


 O, Osmanlı imperiyasına qarşı müharibəyə hazırlaşır, fəal xarici siyasət yeridirdi. Yılmaz Öztuna 

yazır ki, Təbrızdə-Uzun Həsənin sarayında Osmanlı dövlətini Kiçik Asiyanın siyasi xəritəsindən yox etmək 

planı hazırlanırdı. Bu palana əsasən  İstanbul da daxil olmaqla Anadolu Ağqoyunlulara, bütün Rumeli isə 

Venetsiya və onun müttəfiqlərinə veriləcəkdi. Osmanlı dövləti məhv ediləcək, Uzun Həsən isə İstanbul taxtında 

oturacaqdı

192


. Müzəffər  Ərəndil də Osmanlı  ərazisinin Venetsiya ilə  Ağqoyunlular arasında bölüşdürülməsini 

nəzərdə tutan Təbriz planının olduğunu qeyd edir

193

. Beləliklə, Ağqoyunlu hökmdarı Uzun Həsənin də  fəal 



qəsbkarhq planları vardı. O, Yaxın və Orta Şərqdə hegemonluq uğrunda Osmanlı sultanı ilə  fəal rəqabət 

aparırdı. 

Osmanlı Türkiyəsi ilə müharibənin labüd olduğunu anlamış Uzun Həsən toqquşmaya ciddi hazırlıq 

görürdü. Mənbələrin mə'lumatına görə, Ağqoyunlu hökmdarı osmanlılara qarşı müharibə üçün yalnız  İraqdan 

37 min əsgər səfərbər etmişdi

194


. Uzun Həsən osmanlıların taxt-tacdan məhrum etdiyi bütün Kiçik Asiya feodal 

hakimlərini də himayə edirdi. Qaraman şahzadələri,  İsfəndiyar oğlu Qızıl  Əhməd bəy, Zülqədəroğulları  və 

başqa keçmiş Kiçik Asiya hakimləri Ağqoyunlu sarayına sığmmışdılar. Onlar daim Uzun Həsəni 

[126-127]

 

osmanlılara qarşı müharıbəyə  təhrik edir və yenidən öz torpaqlarına yiyələnmək arzusu ilə yaşayırdılar



195

İsmayıl Haqqı Uzunçarşılı qeyd edir ki, bu hər iki dövlət arasındakı münasibəti gərginləşdirdi



196

Uzun Həsənin apardığı aramsız müharibələr, onun Yaxın və Orta Şərqdə, Avropada istedadlı bir 



sərkərdə kimi məşhurlaşması da II Mehmedi təşvişə salmışdı. Ağqoyunlu hökmdarının hərbi uğurları 

(Qaraqoyunlu dövlətini aradan qaldırması, Teymuri Əbu-Səid qonşularının darmadağm olunması, Misirlə, gürcü 

knayzları ilə müharibələrdə  qələbələr) Osmanlı sultanını narahat etməyə bilməzdi. S.Tansel qeyd edir ki, 

dövrünün böyuk sərkərdələrindən biri olan fateh ləğəbi qazanmış sultan II Mehmed Ağqoyunlu hökmdarı ilə üz-

üzə gəlməkdən çəkinirdi

197


. Ağqoyunlu-Osmanlı münasibətlərindən bəhs edən mənbələrdə Uzun Həsən Osmanlı 

Türkiyəsinin qüdrətli rəqibi kimi qiymətləndirilir və o, Əmir Teymurla müqayisə olunur.

198

 Bəkir Sidqi Baykal 



XV-XVI  əsrlərdə Osmanlıların Asiya və Avropadakı düşmənlərini müqayisə edərək belə bir qənaətə  gəlir ki, 

Şərqdəki rəqiblər Osmanlı Türkiyəsi üçün daha qorxulu olmuşdur.  Şərqdəki üç təhlükə Teymurun, Uzun 

Həsənin və Şah İsmayılın hərbi qüvvələri Osmanlı dövlətini aradan qaldırmaq, onu kiçik bir bəylik səviyyəsinə 

salmaq iqtidarında idi

199

. Bu fıkir  İsmayıl Haqqı Uzunçarşılı tərəfindən müdafıə olunur



200

. Yılmaz Öztuna isə 

Fateh sultan Mehmedlə müharibə  vəziyyətində olmuş 20-yə  qədər dövlətdən  ən qüvvətlisinin Ağqoyunlular 

olduğunu qeyd edir

201

. Təbiidir ki, türk tarixçiləri Osmanlı dövlətinin qəsbkar siyasətini örtbasdır etməyə çalışır 



və onu yalnız özünü müdafıə edən dövlət kimi qələmə verirlər. Lakin II Mehmedin qələbələrini,  şəxsiyyətini 

mədh edən, onun rəqiblərinin uğurlarını isə kiçildən, qələbələrinə göz yuman türk tədqiqatçılarının 

ağqoyunluların qüdrətli siyasi qüvvə olduğunu göstərməyə  məcbur olması  təsadüfı deyildi. Bə'zi türk 

tarixçilərinin yazdığına görə, Uzun Həsən özünü Əmir Teymurun xələfı hesab edirdi

202

. Topqapı sarayında 



saxlanılan 

[127-128]

 bir məktubun müəllifi isə 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu 

hökmdarının Teymurdan da üstün olduğu göstərilir.

203

 Uzun Həsən Avropa mənbələrində  də Teymura 



bənzədilir, bə'zən isə ikinci Teymur adlandırılır

204





 

52

Osmanlı sultanı yetişməkdə olan müharibədə  qələbə çalmaq üçün üstünlüyü ələ almaq məqsədilə 



Qaraman əmirliyinin fəth olunmasını başa çatdırdı. Uzun Həsən sultandan Qaraman işlərinə qarışmamağı tələb 

etdisə də, bu heç bir nəticə vermədi, görkəmli diplomat Saray Xatunun Osmanlı sultanı ilə Qaramanı öz keçmiş 

hakimlərinə qaytarmaq haqqındakı danışıqları da faydasız qaldı

205


. «Qaraman böhranı» Ağqoyunlu-Osmanlı 

ziddiyyətlərini müharibə  həddinə yaxınlaşdırmaqda idi. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası 

arasında dərin hərbi-siyasi ziddiyyətlər də vardı. Bu ziddiyyətlərdə başlıca cəhət Osmanlı dövlətinin qəsbkarlıq 

siyasəti idi. 

Osmanlı sultanı sülh müzakirələri ilə vaxt qazanmaq və qarşıdakı müharibəyə hazırlığı başa çatdırmaq 

üçün Ağqoyunlu sarayına elçilər göndərdi. Şərafəddin Turan yazır ki, Osmanlı elçiləri Türkiyənin Ağqoyunlu 

dövlətinə qarşı gördüyü bütün tədbirlər müqabilində Uzun Həsəndən üzr istəməli, ağqoyunlularla «vicdanlı sülh 

və dostluq müqaviləsi» bağlamalı idilər. Lakin Dəspinə Xatunun, Qaraman şahzadələrinin və Katerino Zenonun 

ümumi səyləri nəticəsində Uzun Həsən sultan II Mehmedin elçilərini qəbul etmədi

206


. Ağqoyunlu hökmdarı 

Aralıq dənizi istiqamətində hücuma keçib Qaramanı  fəth etmək, Qərb dövlətlərinin (o cümlədən Venetsiya 

Respublikasının) hərbi qüvvələri ilə birləşmək üçün öz qoşunlarına döyüş əmri verdi. 1472-ci ildə Ağqoyunlu-

Osmanlı müharibəsi başlandı. 

Başlamış  Ağqoyunlu-Osmanlı müharibəsində  təqsiri Uzun Həsənin üzərinə qoymaq və II Mehmedin 

istilaçılıq siyasətinə haqq qazandırmaq türk tədqiqatçıları üçün səciyyəvi haldır. Mətin Kunt yazır ki, Həsən 

padşah Azərbaycan və İrandakı üstünlüyü ilə kifayətlənsə idi, Fateh Sultan Mehmed Cənub-Şərqi   Anadolunu   

da      ağqoyunlulara   güzəştə   gedər,

  [128-129]

 Balkan yarımadasındakı  fəaliyyəti ilə  məşğul olardı. Fəqət. 

1472-ci üdə  Həsən pabşah öz hakimiyyətini osmanlıların  əlində olan Anadolunun içərilərinə doğru 

genişləndirdiyi üçün əks tərəf buna qarşı  çıxmışdı

207

.  İsmət Barmaqsız oğlunun tədqiqat  əsərində tarixi 



həqiqətlər qismən açıqlanmışdır. O, yazır ki, ən'ənəvi olaraq Fərat çayının  şərqində qalan Anadolu əraziləri 

İranda və Azərbaycanda hakim olmuş dövlətlərin qanuni torpaqları sayılmışdır. Fatehin Fərat çayını keçməsi 

Şərqi Anadolu, Azərbaycan və  İran  ərazilərində böyük bir dövlət yaratmış  Ağqoyunlu hökmdarını bu tarixı 

ən'ənənin müdafiəsi üçün hərəkətə gətirmişdi

208



Fateh sultan Mehmedin 30 avqust 1473-cü il tarixli yarlığında Ağqoyunlu dövlətinə qarşı aparılan 



müharibənin başlıca səbəbi kimi, Uzun Həsənin Toqat şəhərini ələ keçirməsi göstərilir

209


. Rəhməti Arat yazır ki, 

Toqat şəhərinin alınması bu müharibə üçün bir bəhanə olmuşdur. Fəqət, bu iki türk dövlətinin bir-birinə qarşı 

olan düşmənçiliyinin  ən mühüm səbəbi bu idi ki, Anadolunun böyük bir qismini öz hakimiyyəti altında 

birləşdirmiş Osmanlı sultanını Şərqi Anadoluya doğru irəliləməsinə Ağqoyunlu hökmdarı maneçilik törətmişdi. 

Fateh Mehmedin əsas məqsədi yalnız Uzun Həsən tərəfindən edilmiş  təcavüzə cavab vermək deyil, bu kimi 

təcavüzlərin gələcəkdə  təkrar olunmaması üçün rəqib dövləti məhv etmək və yaxud onu Anadolu işlərinə 

qarışmaq iqtidarında ola bilməyəcək siyasi vahid halına salmaq olmuşdur.

210


 A. Kantarini Uzun Həsənlə 

Osmanlı sultanı Fateh II Memed arasında baş verən müharibənin əsas səbəbini Qaraman bəyliyinin Osmanlılar 

tərəfindən işğal olunması faktı ilə bağlayır

211


Osmanlı sultanı da müharibəyə ciddi hazırlıq görmüşdü. Xəlil  İnalcikin qeyd etdiyi kimi, II Mehmed 

müharibə ərəfəsində imperatorluğunun çıxara biləcəyi bütün qüvvələri bir araya toplamağa çalışdı

212


1472-1473-cü illərin Ağqoyunlu-Osmanlı müharibəsinin  şahidi olmuş italiyalı C.M. Anciolelonun 

məlumatına görə, II Mehmed Uzun Həsənə qarşı müharibəyə  220 minə  qədər  əsgər 

[129-130]

  səfərbər 

etmişdi


213

. Katerino Zeno və Osmanlı tarixçisi İbn Kamal da ağqoyunlulara qarşı  təqribən bu qədər  əsgərin 

səfərbər edildiyini göstərirlər

214


. Türk tarixçilərindən  Ə.B.  Şapolyo isə bu rəqəmin 100 min olduğunu qeyd 

edir


215

1472-ci ilin baharında Osmanlı Türkiyəsinə qarşı müharibəyə başlamış  Ağqoyunlu dövləti 



müvəfəqqiyyətli döyüş  əməliyyatları keçirərək Toqatı, Qeysəriyyəni, Ağsarayı  və  Ağşehiri zəbt etdi və 

Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, Osmanlı qüvvələrindən qat-qat az olan, yorğun 

Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə  uğradılar

216


. Qışın düşməsi ilə  əlaqədar 

olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə  məktub göndərdi. 1473-cü ilin baharında 

ona qarşı  səfərə  çıxacağını bildirdi

217


. Sultan əmin idi ki, artıq Qaraman Osmanlıların  əlində olduğuna görə, 

Ağqoyunlu dövləti və Venetsiya ona qarşı birləşə bilməyəcəkdir. Buna görə  də, o, Osmanlı dövlətinin bütün 

qüvvələrini Ağqoyunlulara qarşı yönəltmək qərarına gəldi. Müzəffər  Ərəndil yazır ki, Fateh Sultan Mehmed 

Osmanlı dövlətinin gələcəyinin Şərqdə baş verəcək böyük bir döyüşdə həll edəcəyinə inanmışdı.

218

 

1473-cü ilin 1 avqustunda Fərat çayı sahilində Ağqoyunlularla Osmanlılar arasında şiddətli vuruşma baş 



verdi. Uzun Həsənin seçdiyi düzgün taktika nəticəsində  Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə 

qüvvəsini çaşdırdılar, çayın sol sahilinə keçirdilər və sultan II Mehmedi ağır məğlubiyyətə  uğratdılar. 

Şərafəddin Turan qeyd edir ki, qələbəyə ümidini itirmiş Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini 

barışıq əldə etmək üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən Venetsiya elçisi Katerino 

Zenoya verdiyi anda sadiq qaldı və II Mehmedin sülh təklifini qəbul etmədi.

219


 

Osmanlı sultanı öz hərbi qüvvələrini Bayburd istiqamətində geriyə çəkdirdi. 1473-cü ilin 11 avqustunda 

Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qarşıladılar. 



 

53

Otluqbeli  



[130-131]

 döyüşü adı ilə  məşhur olan bu vuruşmada Ağqoyunlu süvarilərı  əvvəldən  axıradək  

üstünlüyü  öz  əllərində   saxladılar,   lakin döyüşün   sonunda  odlu  silahları   olan  türk  piyadasının   əks 

hücumu nəticəsində məğlub oldular. Döyüş Osmanlı qoşununun qələbəsi    ilə    sona   yetdi

220

.    Otluqbeli    



döyüşündən    sonra Osmanlılarla Ağqoyunlular arasında sülh bağlanması haqqında türk tarixçiləri arasında 

fikirlər haçalanır.  Yaşar Yücel,  Əli Sevim və  İ.H.Uzunçarşılı osmanlılarla-ağqoyunlular arasında  sülh   

müqaviləsinin   bağlanmadığını      yazırlar

221


.   Səlahəddin Tansel, Şərəfəddin Turan və  Xəlil  İnalcik isə  İbn 

Kəmalın verdiyi     mə'lumatlara  əsaslanaraq  sülh  müqaviləsinin bağlandığını   qeyd   edirlər

222

.   Azərbaycan   



tarixşünaslığında Ağqoyunlularla Osmanlılar arasında sülh bağlanması haqqında heç bir qeyd yoxdur. İbn 

Kəmal yazır ki, Fateh Mehmed Şəbinqarahisarda olan zaman Uzun Həsən Əhməd Begürcü

x

 adlı bir şeyxi sülh 



üçün göndərmişdi və Fateh Uzun Həsənin istədiyi sülhü bağlamışdır

223


.  Şərafəddin Turan yazır ki, Uzun 

Həsənin sülh üçün elçi göndərməsində məqsədi Osmanlı qüvvələrinin Ağqoyunlu      torpaqlarına      girməsinin      

qarşısını      almaq, Venetsiyanın   göndərdiyi   silahlara   sahib    olaraq   ordusunu yenidən  qurmaq üçün  vaxt  

qazanmaq  olmuşdur

224

.   Mu'ali özünün  «Xunkarnamə»   əsərində   ağqoyunlularla  osmanlıllar arasındakı sülh 



haqqında yazır: «Uzun Həsən oğlu Zeynalı, Yusif və  Fərrux Cəmalı xilas etmək üçün sülh bağlamağa qərar 

verdi. Onun Mirzə  Həsən adlı elçisi Fatehin yanına gəlmiş, sultan ona Uzun Həsənin Fərat çayının arxa 

tərəfində qalması lazım gəldiyini bildirmiş  və onun qızını  oğlu  Şahzadə Bayazidə istəyərək elçini geri 

qaytarmışdır».

225

 Mu'alinin mə'lumatından belə nəticəyə gəlmək olar ki, Uzun Həsənin sülh bağlamaqda mühüm  



məqsədlərindən  biri   də   osmanlılar  tərəfındən  ələ keçirilən əsirləri xilas etmək olmuşdur. Səlahəddin Tansel 

isə qeyd edir ki, Uzun Həsən tərəflərin  ələ keçirmiş olduqları  əsirləri dəyişdirməyi də  nəzərdə tutmuşdur.

226

 

Xəlil İnalcik göstərir ki, bağlanmış sülh müqaviləsinin şərtinə görə Uzun 



[131-132]

 Həsən Şəbirqarahisarı tərk 

etmiş və Osmanlı ərazisinə bir daha təcavüz etməyəcəyinə söz vermişdi.

227


 

Ağqoyunlu hökmdarı üzərindəki qələbədən sonra türk tarixçilərinin Fateh Mehmedin ən böyiik düşməni 

kimi göstərdikləri Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün imkan olmasına baxmayaraq, onu təqib 

etməməsinin səbəbini, guya sultan II Mehmedin belə bir məqsədinin olmaması, yalnız Uzun Həsəni 

cəzalandırmaq istəməsi ilə izah edirlər.

228


  Səlahəddin Tansel bu məsələ ilə  əlaqədar olaraq yazır ki, Fatehin 

Ağqoyunlular üzərinə hücum etməməsinin başlıca səbəbi osmanlıların Ağqoyunlu dövlətindən çəkinməsi 

olmuşdur

229


. Mənbələrin verdiyi mə'lumata görə, «Otluqbeli qələbəsi sultana o dərəcədə baha başa gəlmişdi ki, 

o, bir də heç vaxt Ağqoyunlular üzərinə hücum etməyə cür'ət etməmiş  və  gələcək rnüharibələrində bütün 

diqqətini Avropaya yonəltmişdir».

23ü


 

Beləliklə, Ağqoyunlu ordusunu məğlub edən Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Venetsiya 

respublikasına və başqa Avropa dövlətlərinə qarşı yönəltdi. 

Otluqbeli vuruşmasından sonra Ağqoyunlu-Osmanlı münasibətləri gərgin məcrada davam etmişdi. 

Uzun Həsən Osmanlı Türkiyəsini məğlub etmək planından  əl çəkməmişdi. O, döyüşdən cəmi bir həftə sonra 

Venetsiya diplomatı Katerino Zenonu və Macarıstan elçisini qəbul etmiş, onlara Osmanlı Türkiyəsinə qarşı yeni 

müharibəyə hazırlaşdığını bildirmişdi

231


. Xəlil  İnalcik yazır ki, Otluqbeli döyüşündən az sonra Uzun Həsənin 

xristian dövlətiərini Osmanlılara qarşı  təhrik etməkdə davam etdiyini öyrənmiş Fateh Mehmed Hüseyn 

Bayqaraya göndərdiyi məktubunda, Uzun Həsəni məhv etmək üçün ikitərəfli hücuma keçməyi təklif etmişdi.

232


 

Yılmaz Öztuna qeyd edir ki, 1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra bu planın həyata 

keçirilməsinə ehtiyac qalmamışdı

233


. Bütün bunlar göstərir ki, iki türk dövləti arasında mövcud olan zıddiyyətlər 

hələ də həll edilməmişdir.

  [132-133]

 

Türk tarixçilərinın «Uzun Həsənin xristıan dövlətlərinı osmanlüara qarşı  təhrik etməsi» həqiqətdən 



uzaqdır.  Çünki Otluqbelidə  ağqoyunlulara qalib gəlmiş  II Mehmed özünün bütün hərbi qüvvələrini 

Venetsiyaya qarşı çevirmişdi. Belə bir şəraitdə    Agqoyunlu    dövlətini    yenidən    osmanlılara        qarşı 

mühəribəyə  təhrik etmək,  düşmən qüvvələrini    iki    cəbhəyə parçalamaq, Venetsiya respublikası üçün daha 

vacib idi. Buna görə  də Venetsiya diplomatiyası əsas  diqqətini Ağqoyunlu dövlətini yenidən osmanlılara qarşı 

müharibəyə təhrik etməyə yönəltmişdi.  Şərafəddin Turan     yazır ki,  bu  məqsəd üçün Venetsiya   respublikası   

üç   elçini   Uzun   Həsənin   sarayına göndərmişdi.

393

 Uzun Həsən Avropa elçiləri  ilə  söhbətində Osmanlı   



Türkiyəsinə      qarşı    1476-cı   ilin   baharında   hərbi  əməliyyata     başlamaq          qərarına          gəldiyini     

bildirmişdi

234

. Şərafəddin Turan  qeyd  edir ki,  Uzun  Həsən   1477-ci  ilin baharında  20-24 minlik qüvvə  ilə 



Osmanlılara qarşı    səfərə  çıxmaq istədiyi haqda xəbər yaymış, lakin Venetsiya elçisi K.Barbaro  buna  

inanmamışdı.     Uzun    Həsən  öz  qüvvələrini Anadoluya deyil, Gürcüstana yeritmişdi.

235

 Beləliklə, Otluqbeli 



döyüşündən sonra Venetsiya respublikasının bir-birinin ardınca Ağqoyunlu sarayına göndərdiyi elçilər öz 

məqsədlərinə nail ola bilmədilər. Uzun Həsən Osmanlılara qarşı müharibəyə yenidən başlamadı.

236

 

1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümü ilə Venetsiya respublikasının, habelə başqa Qərb 



dövlətlərinin Osmanlı Türkiyəsini əsasən Ağqoyunlu dövlətinin qüvvəsi ilə məğlub etmək cəhdi tamamilə boşa 

çıxdı. 


Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövlətində  xələflər arasında taxt-tac uğrunda  şiddətli 

mübarizə başladı. Hakimiyyəti  ələ keçirmiş Sultan Xəlil qardaşlarına qarşı mübarizəyə girişdi. Sultan Xəlilin 

dövründə Ağqoyunlu-Osmanlı münasibətlərinə toxunmuş türk tarixçiləri yazırlar ki, Uzun Həsənin ölümündən 



 

54

sonra onun yerinə keçmiş  oğlu Sultan Xəlil dostluğu yenidən qurmaq məqsədilə Qazi Əlaəddin Beyhəqini 



İstanbula göndərmiş və hər iki  dövlət  arasında  

[133-134]

 dostluq əlaqələri yaradılmışdı.

237


 Bu faktı mənbələr 

də  təsdiq edir. Fəzlullah ibn Ruzbihan Xunci qeyd edir ki, Sultan Xəlil sultan II Mehmedə padşahın ölüm 

xəbərini çatdırmaq və dostluğu bərpa etmək məqsədilə özünün dıvan başçısı olan Qazi Əlaəddin Beyhəqini 

İstanbula göndərmişdi

238

. Həsən bəy Rumlu da sultan Xəlilin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məqsədi 



ilə oraya elçi hey'əti göndərdiyini yazır

239


. Məhəmməd Nəşrinin verdiyi mə'lumatlara əsaslanan Yılmaz Öztuna 

ağqoyunlularla-osmanlılar arasında dostluq münasibətlərinin yaradılmasının səbəblərini səciyyələndirərək belə 

bir nəticəyə gəlir ki, Uzun Həsən ölərkən vəsiyyət etdi ki, özündən sonra nəslindən padşah olanlar heç zaman 

«Osmanlılarla müharibə etməsinlər». Oğlanları bu vəsiyyətə sadiq qaldılar. Fikrimizcə, Osmanlı türkiyəsinin 

belə bir addım atması  zərurətdən irəli gəlmişdi. Çünki Ağqoyunluların Avropadakı müttəfıqlərinə qarşı 

mübarizəyə girişmiş sultan II Mehmed Avropa dölətlərinin Ağqoyunluları Osmanlılara qarşı yeni müharibəyə 

təhrik etməkdə davam etdiklərini bilirdi, bunun qarşısını almaq məqsədilə bütün qüvvələrini Avropadakı 

düşmənlərinə qarşı səfərbər edə bilməsi üçün o, Ağqoyunlulara qarşı belə bir addımı atmışdı. 

Sultan Yaqubun hakimiyyətə  gəlməsilə  Ağqoyunlu-Osmanlı münasibətlərində yaxınlaşma hiss 

edilməyə başlandı. Hələ vaxtı ilə Fransız  şərqşünası C.Dögini yazırdı ki, Yaqub padşah Osmanlı dövləti ilə 

daim dostluq münasibətləri yaratmışdı  və atasının başına gələnlərdən qorxduğu üçün bu müdhiş qüvvəni öz 

üzərinə cəlb etməkdən çəkinmişdi.

240 

C.Hammer də Sultan Yaqubun Bəyazidlə dostluq əlaqələri yaratdığını və 



12 illik hakimiyyəti zamanı  dəfələrlə  İstanbula elçilər, hədiyyələr göndərdiyini yazır

241


.  İ.H.Uzunçarşılı 

Ağqoyunlu hökmdarı sultan Yaqubun osmanlılarla dostluq əlaqəsi yaratmasını göstərmiş, lakin bunun səbəbini 

izah etməmişdir.

242


 «Azərbaycan tarixi» kitabında qeyd edilir ki, Ağqoyunlu ordusu 1480-ci ildə Osmanlıları 

ağır məğlubiyyətə uğratmış   və   Sultan   II   Bayəzid   sülh   istəməyə   məcbur 

[134-135]

  olmuşdur»

243

. Lakin 


bu fıkir nə  Ağqoyunlu, nə  də Osmanlı qaynaqlarında öz əksini tapmamışdır. Lakin Fəzlullah ibn Ruzbihan 

Xuncinin verdiyi mə'lumata görə, 1480-ci ildə Ağqoyunlu ordusu Bayandur bəy, Süleyman bəy Bican oğlu və 

Xəlil bəy Bəktaşın rəhbərliyi altında Yaş-bəyin komandanlıq etdiyi Misir ordusunu məğlub etmişdir.

244


 

Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Osmanlı münasibətlərindəki yaxınlaşma meyli Ağqoyunlu 

və Osmanlı qaynaqlarında öz əksini tapmışdır. Osmanlı tarixçisi Xoca Sə'dəddin  Əfəndi Ağqoyunlu sultanı 

Yaqubla sultan II Bəyazid arasındakı münasibət məsələsinə toxunaraq yazırdı: «Yaqub padşah qonşu 

hökdarlarla dostluq əlaqələri yaratdığı üçün onun sevgisi də  təmiz ürəklərində yer tutmuşdu. O, xüsusilə 

cənnətməkan sultan Bəyazid həzrətlərinə sevgilərini, yaxın diləklərini bildirən məktublar və elçilər göndərmiş, 

taxta çıxdığı gündən ömrünün sonunadək bu vəziyyətə sadiq qalmışdır.  İki tərəf arasındakı bu xeyirli əməl 

anlaşılmazlıq izlərini də aradan qaldırmış, qarşılıqlı dostluq hər yerdə müşahidə olunmuşdur»

245

. Ağqoyunlu 



tarixçisi Fəzlullah ibn Ruzbihan Xunci Osmanlı Sultanı II Bayəzidin elçilərinin qiymətli hədiyyələrlə Təbrizdə-

Ağqoyunlu sarayına gəlməsi haqqında  mə'lumat  verir.

246

  Ağqoyunlu-Osmanlı münasibətlərindəki müsbət 



dönüşü Yaqub Padşahın sültan II Bəyazidlə yazışmaları  və  tərəflərin müntəzəm olaraq bir-birinə elçi 

göndərmələri də sübut edir. İki türk dövləti arasında münasibətlərin yaxşılaşması  səbəbləri türk tarixçiləri 

tərəfindən açıqlanmır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri  olmuşdur. 

Osmanlı Türkiyəsi antitürk koalisiyasının üzvləri olan Ağqoyunlu dövləti və Venetsiya respublikası 

üzərində  qələbədən sonra Avropada işğalçılıq müharibələrini genişləndirmiş, Məmlük sultanı ilə müharibəyə 

başladığı üçün Şərq qonşusu ilə sülh münasibətləri yaratmağa can atmışdı. Digər tərəfdən: antitürk 

koalisiyasının  üzvləri  (xüsusən Venetsiya  respublikası)   II   Mehmedlə      müharibədə      məğlub 

[135-136]

 

olmalarına baxmayaraq, daha da güclənməkdə olan Osmanlı imperiyasına qarşı  Ağqoyunlu dövlətini yeni 



müharibəyə sövq etməyə çalışmış, regionda baş verən hərbi-siyasi dəyişikləri diqqətlə izləmək üçün öz 

diplomatlarını  Ağqoyunlu sarayına göndərmişlər. 1485-ci ildə  İstanbuldakı Venetsiya səfiri Petro Bambo öz 

hökumətinin tapşırığı ilə diplomat Covanni Darionu Ağqoyunlu sarayına göndərmişdi. Bu təcrübəli Venetsiya 

diplomatına Uzun Həsənin ölümündən sonra Ağqoyunlu sarayında baş vermiş dəyişikliyi, Ağqoyunlu dövlətini 

Osmanlı Türkiyəsinə qarşı yeni müharibəyə  cəlb etməyin mümkün yollarını öyrənmək vəzifəsi həvalə 

olunmuşdu

247

. Onun 1485-ci ilin 9-10 iyulunda Qəzvindən  İstanbuldakı Venetsiya səfıri Bamboya göndərdiyi 



məktublarında Ağqoyunlu sarayındakı  qəbul zamanı  və danışıqlarda Macar elçisi ilə yanaşı Hind elçisinin, 

Osmanlı elçisi Davud Paşanın da olduğu qeyd edilmişdir

248

. Bu fakt bir daha göstərir ki, Sultan II Bayəzid Qərb 



ölkələrinin Ağqoyunlu dövlətini Osmanlı Türkiyəsinə qarşı yeni müharibəyə cəlb etməsinə imkan verməmişdir. 

Osmanlı elçisinin Qərb diplomatları ilə Ağqoyunlu padşahı Yaqubun danışıqlarında iştirak etməsi faktı da bunu 

bir daha sübut edir. Osmanlı imperiyasının Ağqoyunlu və Venetsiya dövlətləri üzərindəki qələbəsi onun 

əleyhdarlarının vahid cəbhədə yenidən birləşmək cəhdini puça çıxarmışdı. Avropa dövlətlərinin başçıları tarixi 

gerçəkliklərlə hesablaşmağa məcbur olmuşdular. 

Sultan II Bayəzidin taxt-tac uğrunda qardaşı Cəm ilə mübarizəyə başlaması, Avropa dövlətlərinin də bu 

məsələyə  cəlb olunması  Ağqoyunlu-Osmanlı münasibətlərindəki yaxınlaşma meylini gücləndirmişdi. 

Səlahəddin Tansel yazır ki, «Sultan II Bayəzid xarici siyasətdə daim ehtiyatla hərəkət edirdi. Düşmənlərinin edə 

biləcəyi müştərək bir hücumdan yayınmaq üçün diplomatik incəlik göstərirdi».

249


 Sultan II Bayəzid qardaşı 

Cəmin taxt-tac uğrunda apardığı mübarizəni yatırmaq, cənub və  qərb cəhbəsində  uğurlu müharibə aparmaq 




 

55

məqsədilə       Ağqoyunlu    dövləti    ilə       münasibətdə  çevik,  



 [136-137]

 diplomatik siyasət yeridir, bütün 

məktublarında Ağqoyunlu sultanı Yaqubla dostluq şəraitində yaşamağı arzuladığını bildirirdi

250


. Məhz sultan II 

Bayəzidin yolayovuq siyasəti nəticəsində Osmanlı Türkiyəsi ilə Ağqoyunlu dövləti arasında hərbi əməliyyatlar 

kəsilmişdi

251


. Yaqub padşahın və Sultan II Bayəzidin şair təbiətli olması da iki dövlət arasındakı münasibətlərə 

öz tə'sirini göstərmişdi. 

Sultan Yaqubun ölümündən sonra hakimiyyət uğrunda qızğın  mübarizə başlandı.  Sultan Yaqubun 

kiçik yaşlı oğlu Baysunqur hakimiyyətə gəldi (1490-1492). Sultan II Bayəzid Sultan Yaqubun ölümü, taxt-taca 

Baysunqur Mirzənin gəlişi ilə bağlı olaraq göndərdiyi məktubda artıq, Ağqoyunlu sultanlarına münasibətdə 

böyük qürurla davranması, əda ilə danışması ilə fərqlənir.   Sultan  II  Bayəzid  məktubunda  yazırdı:   «...İndi 

Həzrət Fərzənd (yə'ni Baysunqur-T.N.) gərək...Bizim atalıq  şərəfımizi olduqca güclü şəkildə  təsəvvür etsin... 

Vəziyyəti barədə  və  zəruri məsələlər haqqında yazışma qapılarını açıq saxlasın. Bu fıkrimizi sizə bildirmək 

üçün Şeyx Həsənağanı göndərdim»

252


. Baysunqur Mirzənin anasının sultan II Bayəzidə məktubunda  deyilirdi:   

«...Baysunqur Mirzənin...   Sizə  çox böyük  məhəbbəti   ...   vardır.   ümidvaran  ki,  bu  məhəbbət getdikcə     

artacaq,     dostları     sevindirəcək...     düşmənləri kədərləndirəcəkdir...  hər iki tərəfın rəiyyəti də əsayiş və 

xoşluqla güzəran edəcəkdir. Aramızda məktublaşma və elçi mübadiləsi məhz bu məhəbbət sayəsində 

mövcuddur... və hər iki   məmləkətin kasıb   və   zəif   bəndələri   əmin-amanhq beşiyindədirlər».

253


   Məktubdan   

aydın   olur   ki,   iki   dövlət arasındakı      münasibətlərin   yaxşılaşmasının     perspektiv  nəticələrinə  diqqət 

yetirilmişdir. Qarşılıqlı münasibətlərin bu məcrada davam etməsinin hər iki tərəfin mənafeyinə uyğun olması 

açıq surətdə hiss edüməkdədir. 

M.X.Yınanç Sultan II Bayəzid ilə sultan Baysunqurun bir-birinə  məktublar və elçilər göndərməsini 

qeyd etsə  də,Ağqoyunlularla onlar arasındakı münasibəti tam açıqlamamışdır.

254

Hər iki dövlət arasında   



münasibətlərin  

[137-138]

 nizama salınmasında sultan II Bayəzidin şəxsi keyfiyyətləri də mühüm rol oynamışdı. 

İ.H. Uzunçarşılı qeyd edir ki, sultan II Bayəzid gəncliyində və səltənətinin sonuna qədər əyləncəli həyat tərzi 

sürmüşdü.

255


 S.Tansel isə yazır ki, gəncliyində eyş-işrət düşkünü olmuş və padşah olduqdan sonra da bir müddət 

ərzində bu həyat tərzini davam etdirmiş olan II Bayəzid, Avropanın  ən böhranlı bir dövründə  Qərb və  Şərq 

dövlətlərinin Osmanlılara qarşı getdikcə qorxulu bir qüvvəyə çevrildikləri  şəraitdə hakimiyyətdə olmuşdur

256


.  

S. Tansel «şərq dövləti» ifadəsini işlədərkən Ağqoyunlu dövlətini nəzərdə tutmuşdur. Lakin onun bu mövqeyini 

bütün mənbələr təkzib edir. XV əsrin sonlarında Osmanlı Türkiyəsinin Ağqoyunlu dövlətinin daxili işlərinə 

müdaxilə etməsi və  Ağqoyunlu  əmirləri arasında hakimiyyət uğrunda güclənməkdə olan mübarizədən öz 

mənafeyinə uyğun istifadə etməyə cəhd göstərməsi aydın şəkildə özünü biruzə vermişdi. 

Ağqoyunlu əmirləri Rüstəm padşahdan narazı idilər. Onlar Sultan II Bayəzidə məktub yazmış, Uğurlu 

Məhəmmədin oğlu Gödək  Əhmədi yardıma göndərməyi ondan xahiş etmiş  və  əmir Hüseyn Əli Tərxanı 

İstanbula göndərmişdilər

257

. Ağqoyunlu  əmirlərindən olan Nur Əli Bəyin sultan II Bayəzidə göndərdiyi 



məktubunda göstərilirdi ki, məmləkətdə özbaşınalıq baş alıb gedir. Sultan bu məmləkətin ərazisinə rəhm etsin 

və şahzadə Əhməd Mirzəni bu tərəflərə göndərsin. Əgər şahzadə gəlməsə, bu məmləkətdə dinclik olmayacaqdır. 

Əgər Sultan şahzadəyə kömək edərsə, bu məmləkətlə o vilayətin (Rumun-T.N.) birliyi hasil olar

258


. Ağqoyunlu 

dövlətinin siyasi işlərinə müdaxilə etmək istəyən Osmanlı sultanı bu xahişi qənimət hesab etdi, Əhməd Mirzəyə 

və Hüseyn Əli Tərxana qoşun verdi, onları  Təbriz üzərinə göndərdi. Bunu qaynaqlar da sübut edir. Sultan II 

Bayəzidin Nur Əli bəyə  və başqa Ağqoyunlu  əmirlərinə ünvanlanmış  məktubunda deyilir: «...elə edin ki, 

işlərinizdə  təqsir və döyüşlərinizdə qüsur əmələ  gəlməsin. Qənimət olan fürsəti  əldən verməyin... Bizim 

səadətmənd Fərzəndimiz   (Gödək   Əhməd-T.N.)    ...   o   diyarın   ədalətli  

[138-139]

   sultanlarından daha adil 

və ağıllıdır... Mahmud Çavuşu göndərdik. Hər kim o fərzəndə (Gödək Əhmədə-T.N.) itaət və inayət göstərsə, 

bir olan Allaha and olsun ki, padşahlıq bizim tərəfımizdən də lütfkarlığı ilə sərafraz olacaqdır»

259



Z.V. Toğanın fıkrincə, Ağqoyunlu əmirlərini belə bir addım atmağa məcbur edən əsas səbəb «şiyəlik 



təhlükəsi» olmuşdur:   «Ağqoyunlu  bəyləri  şıyəlik təhlükəsi  qarşısında Osmanlılarla anlaşmaq zərurətini hiss 

etdilər. Onlar Uğurlu Məhəmmədin Fatehin qızından doğulmuş  və eyni zamanda II Bayəzidin kürəkəni  olan 

oğlu  Gödək  Əhmədi  İstanbuldan gətirdilər və onu hökmdar e'lan etdilər»

260


. F.Kırzıoğlu da həmin fikri 

müdafiə edərək yazır ki, ölkədəki qarışıqlıqdan üzülmüş və Səfəvi müridlərinin   təhlükəsini aradan qaldıracaq 

qüdrətli şahzadəni taxta çıxarmaq istəyən Ağqoyunlu əmirləri Gödək Əhmədi İstanbuldan gətirib padşah e'lan 

etdilər. Hər iki türk  tarixçisinin  məsələyə  münasibətində  birtərəfli  mövqe tutması, Osmanlı sultanının əsas 

məqsədini ört-basdır etməsi aydın   şəkildə    Yılmaz   Öztuna    tərəfındən    açıqlanmışdır. Şübhəsizdir ki, 

«Sultan II Bayəzid Türkiyənin Fərat-Toroslar sərhəddini tuta bilmək üçün Ağqoyunlu dövlətinin əlindən Şərqi 

və  Cənub-Şərqi Anadolunu almağın geopolitik bir zərurət olduğunu anlamışdı. Fəqət o, işi məsləhətlə  həyata 

keçirmək istəyirdi. II Bayəzid qızı Ayni Şah Sultanı ana tərəfdən Fatehin nəvəsi   olan   Ağqoyunlu   sultanı   

Gödək   Əhmədə   vermiş, qohumluq yolu ilə Türkiyənin yüksək mənfəətlərini qorumaq yolu ilə getmişdi»

261


Tayyib Gökbilginin fıkrincə, quruluşundan e'tibarən fəth etdiyi və  işğal etmək istədiyi məmləkətlərdə yerli 

bəylərdən və  şahzadələrdən istifadə  etmək istəyi  Osmanlı dövlətinin siyasi bir məsləki və ən'ənəsi olmuşdu

262


II Bayəzid öz məqsədinə nail olmaq üçün şahzadə Əhmədi Ağqoyunlu dövlətində hakimiyyətə gətirməyi qərara 

aldı. Türk tarixçiləri sultan II  Bayəzidin bu  məqsədlə  Gödək  Əhmədə  yardım etdiyini göstərirlər

263


. Faruq 


 

56

Sümer qeyd edir ki, bə'zi Osmanlı tarixçilərinin   (İbris   Bitlisinin,   Xoca   Sədəddinin)   Osmanlı hökmdarının 



Əhmədin getməsinə icazə vermədiyinə dair fıkri,

 [139-140]

 yalnız II Bayəzidi üzürxah göstərmək üçün 

söylənmişdir

264

. Gödək Əhməd Hüseyn Əli Tərxanın köməyi ilə Rüstəm padşah üzərində qələbə çalmış, Təbrizə 



də sultan taxt-tacını ələ keçirmişdi. 902-ci ilin Ramazan ayının 1-də (3 may 1497) Təbriz məsçidində ilk dəfə 

olaraq xütbə  Əhməd Padşahın adına oxundu

265

. Gödək  Əhməd Rüstəm padşah üzərində  qələbə çalması 



münasibətilə sultan II Bayəzidə göndərdiyi məktubunda yazırdı: «...Bütün Əcəm məmləkətləri və Iran ölkəsi 

ədalətli və hünərvər  əsgərlərimizin  əlinə keçdi... Babam... Sultan Həsənin.... Təbrizdə olan taxtını  əldə 

etdim»

266


. Sultan II Bayəzid də Əhməd Padşaha təbrik məktubu göndərmişdi

267


Famq Sümerin fıkrincə, Sultan II Bayəzid bacısı  oğlu və kürəkəninin qələbəsindən o qədər məmnin 

oldu ki, şəhəri bayraqlarla bəzədi və şənliklər təşkil etdirdi.

268


 

Sultan Gödək Əhmədin Ağqoyunlu taxt-tacında hakimiyyəti uzun çəkmədi. 1497-ci ilin 13 dekabrında 

o,  İsfahan yaxınlığında Eybə sultan və Qasım Pornəkin qüvvələri ilə döyüşdə öldürüldü

269


. Gödək  Əhmədin 

ətrafındakı qüvvələrin əksəriyyətinin osmanlılardan ibarət olduğunu türk tarixçiləri təsdiq edirlər. Faruq Sümer 

yazır ki, «Sultan Əhməd  İstanbuldan özü ilə  gətirdiyi  əsgərlərlə birlikdə müharibə meydanında qaldı»

270


. Bu 

faktda sübut edir ki, Osmanlı sultanı öz məqsədinə nail olmaq üçün yaranmış əlverişli şəraitdən istifadə etməyə 

cəhd etmişdir. 

XV  əsrin son illərində  Ağqoyunlu dövlətində hakimiyyət uğrunda  şahzadələr arasında baş verən 

mübarizə  nəticəsində dövlətin son dərəcə  zəiflədiyi aydın surətdə hiss edilirdi. II Bayəzid Venetsiya 

respublikası ilə müharibə aparırdı, lakin Ağqoyunlu dövlətində baş verən hadisələri diqqətlə izləyirdi. İsmayılın 

başçılığı ilə Səfəvilərin siyasi səhnəyə çıxmasından narahat olan Ağqoyunlu sultanı Əlvənd Mirzənin sultan II 

Bayəzidə ünvanlanmış  məktubunda sultanın kömək etməsi xahiş olunurdu.

271

 Osmanlı sultanı cavab 



məktubunda yazırdı: Onlar «...gərək bundan sonra tam qeyrətlə çalışıb 

[140-141]

 nahiyyənin bütün  adamları  

ilə  iitifaq yaradaraq.  o  tayfanın darmadağın edilməsinə çalışsınlar. Fitnə atəşi alovlanmazdan əvvəl    onu    

söndürsünlər...Bizim    köməyimizi    də    nəzərə alsınlar...   Əgər   lazım   olarsa,   kiçik  bir   işarə   etsəniz,   

biz yubanmadan sizə gömək edərik»

272

. Bu məktubdan aydın olur ki,   Ağqoyunlu   sultanları   ilə   Osmanlı   



sultanı II  Bayəzid yetişməkdə olan təhlükə qarşısında əzəli düşmənçiliyi unutmuş və  birgə  mübarizə  aparmağı 

nəzərə  almışdılar.  II  Bayəzid Səfəvilərin getdikcə artan tə'sirini özünə qarşı çevriləcək real bir   qüvvə   

olduğunu   gözəl   anlamışdı. Buna görə      də      o,  Ağqoyunlu  sultanına  istənilən yardımı      göstərəcəyini 

bildirmişdi. Beləliklə, «şiəlik təhlükəsi» qarşısında Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi yaxınlaşmalı 

oldular. Lakin bu yaxınlaşma meyli uzun çəkmədi. Çünki, Səfəvilər 1501-ci ildə Ismayılın  başçılığı   altında   

Təbriz   şəhərini   ələ   keçirəcək. Ağqoyunlu   dövlətinə   son   qoydular.   Azərbaycan   Səfəvilər dövlətini 

yaratdılar

273


. Yeni dövlətlə Osmanlı Türkiyəsi arasında dərin ziddiyyətlər özünü büruzə verdi. 

Beləliklə, türk tarixçiləri Ağqoyunlu-Osmanlı münasibətlərinin müxtəlif dövrlərini araşdırarkən, Ağqoyunlu-

Osmanlı ziddiyyətlərinə, tərəflər arasındakı müharibəyə daha geniş yer vermişlər. Ağqoyunlu hökmdarı Uzun 

Həsənin ölümündən sonrakı dövrdə Ağqoyunlu-Osmanlı münasibətləri türk tarixşünaslığında lazımi səviyyədə 

araşdırılmamışdır. Hətta Ağqoyunlularla bağlı tədqiqat işi aparan M.X.Yınanç, F.Sümer və  İ.P.Uzunçarşılı da 

bu məsələlərin mahiyyətinə varmamışlar. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin