43
§2. Qaraqoyunlu-Osmanlı münasibətləri.
XIV əsrin sonunda Qaraqoyunlu tayfa birliyi Mosulda, Ərzurumda, Xoyda, Naxçıvanda və Göycə
gölünün cənub sahillərində möhkəmlənmişdi
85
. Bu tayfa birliyinin tədricən güclənməsi qonşu dövlətlərin
rəhbərlərini narahat etmişdi. Teymurun Azərbaycana hücumları dövründə Qaraqoyunluların istilaçıya qarşı
güclü müqavimət göstərməsi də qonşu dövlətlərin, xüsusilə bu işğalçıdan xilas olmaq üçün yollar arayan Şərqi
Anadolu bəyliklərinin, Osmanlı sultanlığının onlara olan rəğbətini artırmışdı. Qaraqoyunlu-Osmanlı
münasibətləri məsələsi türk tarixçiləri üçün xüsusi tədqiqat obyekti olmamış və buna görə də həmin problemə
səthi yanaşılmışdır. Qaraqoyunlu dövlətinin siyasi tarixini tədqiq etmiş İ.H.Uzunçarşılı, M.X. Yınanç və
F.Sümer Qaraqoyunlu hökmdarının (Qara Yusifin və Qara İskəndərin) Osmanlı sultanlarına sığınması
məsələsini qeyd etmiş, lakin iki dövlət arasındakı münasibətlərin inkişaf prosesini araşdırmamışlar.
XIV əsrin sonlarında, Qaraqoyunluların Ağqoyunlulara qarşı mübarizəsinin kəskinləşdiyi bir dövrdə
siyasi rəqiblərin Teymurun himayəsinə sığınması Qaraqoyunluların Osmanlı sultanlarına olan meylini
gücləndirmişdi. Lakin Qaraqoyunlu tayfa birliyinin yüksəlişi Osmanlı dövlətini də narahat edirdi. Mənbələrdən
mə'lum olur ki, «0smanlı əmirləri Qara Məhəmmədin Malatiya qalasını ələ keçirməsindən qorxur, buna qarşı
lazımi tədbirlər görməyə başlayırdılar. Şeyx Həsən adlı bir şəxs Osmanlı Sultanı Bayazidə müraciətində deyirdi:
«Məntaş Malatiya qalasını saxlamaqda acizdir. Onu başqası ilə əvəz etməli. Əgər mənim rə'yim qəbul
olunmazsa və yaxud tə'xirə salınarsa qala Qara Məhəmmədə və ya başqasına təslim olacaq və məhv
ediləcəkdir»
86
. Sonralar Osmanlı sultanı ilə
[104-105]
Ərzincan əmirliyi arasında kəskin ziddiyyətlərin olduğu
aşkara çıxdı.
Buna görə də, Əmir Mutaharten Osmanlı sultanına qarşı mübarizədə «Qara Məhəmmədlə ittifaq
bağladı» və bu ittifaqa arxalanalaraq öz qüvvələrini yenidən təşkil etdi.
87
Lakin tezliklə Ərzincan əmirinin
Ağqoyunlu Qara Osmanla müttəfıq olması və Teymura sığınması Qaraqoyunlu-Osmanlı münasibətlərinə öz
tə'sirini göstərdi. Qaraqoyunlu-Osmanlı münasibətlərinə Osmanlı qaynaqlarının gözü ilə baxılarsa, türklərin
qaraqoyunlulara ehtiyatla və şübhə ilə yanaşdıqları aydın olur. V.Minorski bunu, qaraqoyunluların yaşayış
tərzində, inanclarında rafizilik əlamətlərinin olması ilə izah edir
88
.
Qaraqoyunlu hökmdarı Qara Yusif Teymura qarşı mübarizə aparmaq məqsədilə İldırım
Bayəziddən yardım istəmişdi. Qara Yusifın məktubunda deyilirdi: «Teymur... indi Azərbaycana hücum
etməkdədir. Sənin bu həvaxahın (yə'ni Qara Yusifin-T.N.) onunla müqavilə və mütailə edə bilməyəcək və canını
islam əhlinə qurban edəcək. Ümidvaram ki, o, həzrət də (yə'ni Sultan Bayəzid-T.N.) bundan (Teymurun
yürüşündən-T.N.) xəbərdardır. Gərək sərhəd əmirlərinə fərman verilsin ki, onlar hazır olsunlar və ehtiyac
olduqda fürsəti fövtə verməsinlər. O, nabenarın dəf''i kafırlər üzərinə hücumdan daha zəruridir. Başqa
vəziyyət haqqında bu ittihad risaləsini gətirən... Əmir Murad mə'lumat verəcəkdir
89
». Sultan İlduım Bayəzid
Qara Yusifə cavabında bildirirdi: «Fərman edib buyurdum ki,... əgər Teymur o vilayətə yaxınlaşsa, bizim
müzəffər əsgərlər Allahın köməyi ilə... cahanı yandıran o atəşi qara torpağa bərabər edib... aləmi zülm
tüstüsündən təmizləsinlər. Onun məhv edilməsi bütün başqa işlərdən daha vacibdir. Gərək o cənab da (yə'ni-
Qara Yusif-T.N.) Şirvan, Gilan, Gürcüstan, Luristan, hakimləri ile birləşib qəflət etmədən onlarla
müharibəyə başlayalar)
90
. Məktubdan aydın olur ki, sultan İldırım Bayəzid təhlükəli düşmənə qarşı
mübarizədə Qara Yusifə yardım edəcəyini göstərmiş, lakin ona qonşu hakimlərlə ittifaq bağlamağı birgə
mübarizə aparmağı
[105-106]
məsləhət görmüşdü. Teymurun işğal təhlukəsi qarşısında Qaraqoyunlu-Osmanlı
əlaqələri möhkəmlənməyə başladı. Faruq Sümerin fikrincə, Qara Yusif müttəfıqi olan Sultan Əhməd Cəlayiri ilə
birlikdə Teymurun qüvvələri qarşısında dayana bilmədi, Osmanlı sultanı İldırım Bəyazidə sığınmağı qərara
aldı
91
. Osmanlı sultanı Qara Yusifi yaxşı qarşılamış və Ağsaray bölgəsini ona vermişdi. Türk tarixçiləri qeyd
edirlər ki, İldırım Bəyazid Qara Yusif və sultan Əhmədlə birlikdə 1401-ci ilin yayın ortalarında Ərzincan
üzərinə hərbi yürüş etmiş, şəhəri ələ keçirmiş və onu Qara Yusifə vermişdi
92
. Qara Yusiflə Sultan Əhmədin
Osmanlı sultanına sığınması Əmir Teymurla İldırım Bəyazid arasındakı münasibətlərə öz tə'sirini göstərməyə
bilməzdi«. Bəyazidin Qaraqoyunlu xənadanı ilə müttəfiq olması Teymuru daim bihuzur edirdi... o,
qaraqoyunluların Osmanlı sultanı ilə ittifaq bağlamasına qəzəblənirdi»
93
Teymur Qara Yusifin Kiçik Asiyada
qüvvə toplayıb yeni mübarizəyə başlayacağından ehtiyat edirdi. «Teymur elə zənn etmişdi ki, Qara Yusif və
Sultan Əhməd Osmanlı Türkiyəsinə getməklə İldırım Bəyazidi ona qarşı müharibəyə qaldıracaqlar)
94
. Türk
tarixçilərinin fikrincə, Teymur Osmanlı hökmdarına göndərdiyi məktudba, özünün arada sülhün saxlanılmasını
arzuladığını bildirmişdi. Lakin möhkəm dostluğun yaradılması naminə müsəlman məmləkətlərinə ziyan verən,
yolkəsən, quldur kimi tanınan Qara Yusiflə əlaqədar olaraq üç şərt irəli sürmüşdü.: 1. Onu öldürmək, 2.
Mühakimə olunmaq üçün təslim etmək, 3. Osmanlı ərazisindən qovmaq
95
. Yaşar Yücel yazır ki, sultan Bəyazid
Teymurun istəklərinə qarşı mənfi cavab vermiş, Qara Yusifin artıq Anadolunu tərk etdiyini göstərmiş, təkrar
gəlişində onu qəbul etməkdə tərəddüd göstərməyəcəyini bildirmişdi
96
.
Türk tarixçiləri İldırım Bəyazidin Qara Yusifı və Sultan Əhmədi müdafiə etməkdə nə kimi məqsədlər
güddüyünü aydınlaşdırmaqdan çəkinmişlər. Z.V.Toğanın fikrincə, Bəyazid Teymurdan qaçıb özünə sığınan
44
Əhməd Cəlayiri ilə Qara Yusifi himayə etmək bəhanəsilə, Elxanilərə tabe olan əraziləri işğal
[106-107]
etmək
istəyirdi. O, bu məqsədlə Qara Yusifın Şərqi Anadoluda və Azərbaycandakı qüvvələrindən faydalanmaq
istəmişdi.
97
Osmanlı sultanının başlıca məqsədi tədricən dövlətin sərhədələrinə yaxınlaşmış Teymura qarşı
mübarizədə Qara Yusifin və Sultan Əhmədin qüvvələrindən faydalanmaq idi. Beləliklə, obyektiv zərurətin
tə'siri ilə Qaraqoyunlu Osmanlı əlaqələrində dostluq meyli güclənmiş və bu, münasibətlərin gələcək inkişafına
müsbət tə'sirini göstərmişdi. Qaraqoyunlular İldırım Bəyazid dövründən başlamış dostluq əlaqələrini sonadək
davam etdirmişdilər
98
.
Teymurun ölümündən (1405) sonra Azerbaycanda onun xələfləri arasında səltənət uğrunda gedən
mübarizədən faydalanan Qaraqoyunlu Qara Yusif Teymuri şahzadələrini ağır məğlubiyyətə uğratdı və mərkəzi
Təbriz şəhəri olan Qaraqoyunlu dövlətini yaratdı. Qaraqoyunlu dövlətinin getdikcə güclənməsi Xorasan
hökmdarı Şahruxu narahat edirdi. Şahruxun 1415-ci ildə Əcəm İraqını Teymuri dövlətinə birləşdirməsi
Qaraqoyunlu dövləti üçün təhlükəli idi. Ağqoyunlu Qara Osmanın Şahruxu qaraqoyunlulara qarşı müharibəyə
təhrik etməsi bu təhlükəni daha da artırmışdı
99
. Şahrux kimi qüdrətli bir hökmdarla sabit münasibətlər
yaratmağın zəruriliyini yaxşı anlayan Qara Yusif dövlətlərarası münasibətlərin sabitləşdirilməsi üçün iki dəfə
cəhd etmiş, hətta Sultaniyyə şəhərini dostcasına Xorasan hökmdarından xahiş etmişdi. Həsən bəy Rumlu yazır:
«Bu xahiş müqabilində Xorasan şahı bildirdi ki, əgər Qara Yusif bir oğlunu girov kimi bizim yanımıza
göndərərsə Sultaniyyəni ona verə bilərik. Qara Yusif bu təklifə razı olmadı»
100
. Çünki o, oğlunu Xorasan
sarayına göndərməklə Şahruxdan asılı vəziyyətə düşəcəkdi və müstəqil hərəkət edə bilməyəcəkdi.
Şirvanşah İbrahimin ölümündən (1417) sonra oğlu Xəlilullahın Şirvanın müstəqilliyinə can atması,
onun Qara Yusifın hakimiyyətini tanımaqdan imtina etməsi və Şahruxla dostuq əlaqələrini yaratması vəziyyəti
daha da ağırlaşdırdı. Belə bir şəraitdə Qara Yusif Osmanlı sultanı I Mehmedlə
[107-108]
ittifaq yaratmağı vacib
hesab etdi. Qara Yusif sultan I Mehmedə göndərdiyi məktubda yazmışdı: «Bu günlərdə... Şahrux Bahadırdan
yarlıq aldım. (o yazır ki,) gərək Azərbaycanı onun vəkillərinə təslim edəm. Eşitdim ki, (o) bu tərəfə qoşun
çəkərək Qəzvinə yaxınlaşmışdır. Biz də öz ləşgərimizi oradakı bir dağ ətəyinə yığmışıq və gözləyirik... Əgər
qəddar rüzgar ona kömək edərsə, o, tatar qoşunu ilə Konstantinapol sahilindən Kəffəyə çatacaq, qıpçaq
çölündən Dərbəndə gələcək, oradansa Azərbaycana yetişəcəkdir... Sizə deyiləsi xəbərlər... çoxdur. Bu barədə ...
mə'lumat vermək üçün Xacə Bəhram Naxçivanini sizin tərəfə göndərdik. Nə fərman etsəniz, ona da əməl
edəcəyik»
,0,
.Sultan I Mehmed cavab məktubunda məsləhət bilir ki, onlar «səy etsinlər ki,.. fıtnə atəşi
şö'lələnməsin»
102
. Osmanlı sultanının Qara Yusifin oğlu Qara tskəndərə məktubunda deyilirdi: «...Bizi
(məsələdən) agah etdiyinə görə xoşbəxt olun. Əgər bir təşviş və hücum olarsa, xəbər veriniz ki, Allahın köməyi
ilə imkan daxilində onu dəf edə bilək»
103
. Osmanlı sultanının məktublarından mə'lum olur ki, o məsələni
diplomatik yolla həll etməyə üstünlük verirdi. İsmayıl Aka yazır ki, Əmir Teymurun hakimiyyətini tanımış
Osmanlı padşahı I Mehmedin fəaliyyəti də Heratda narazılıq doğurmuşdu. Osmanlıların Əmir Teymurun bərpa
etdiyi Anadolu bəyliklərinə qarşı hərəkəti də xoş qarşılanmamışdı. Onlar Əmir Teymura, indi isə Şahruxa
Anadoluya gəlməsi üçün də'vət məktubları göndərməyə başlamışdı. Osmanlı Sultanı ikinci bir Teymur təhlükəsi
ilə qarşı-qarşıya gəlmək istəmir və bu baxımdan kafirlər ilə məşğul olmağı teymurilər ilə anlaşılmazlıq
yaratmaqdan üstün hesab edirdi
104
. Şahrux hələ 1416-cı ilin fevral ayında Burunduq Bahadur vasitəsilə sultan I
Mehmedə göndərdiyi məktubda yazırdı: «Qara Yusifin və onun övladlarının... qovğasından başqa
düşmənlərimiz yoxdur. Onlar o tərəflərə (Ruma-T.N.) gələrlərsə, tutub, bizə versinlər və fıtnə atəşini
söndürməyə çalışsınlar»
105
. Sultan I Mehmed ehtiyatla hərəkət edərək Şahruxun tələblərindən imtana etmək
üçün müxtəlif vasitələrə əl atmağa çalışmışdı. O, yazırdı: «Biz
[108-109]
əgər, Qara Yusifın üzrxahlığını o
dərgahdan (Şahruxun Xorasan dövlətindən T.N.)» xahiş etsək ola bilsin ki, qəbul edilməyəcək. Əgər ona
vilayətimizə gəlmək icazəsi versək (o), məcburiyyət üzündən... qonşu hakimlər olan qaramanların, həmidilər,
isfəndiyarlar, zülqədərlilərlə birləşərlər. Qara Yusif Misir sultanları ilə də ittifaq yarada bilər».
106
Türk tarixçilərinin fıkrincə, Şahruxun Azərbaycana yürüşü ərəfəsində Osmanlı-Qaraqoyunlu
münasibətlərində müəyyən anlaşılmazlıq mövcud idi. Qara Yusifın Ərzincan hakimi Pir Ömərin Qarahisarı
mühasirəyə alması buna səbəb olmuşdu. Şəhərin hakimi Məlik Əhməd oğlu Həsənə yardım üçün Amasya valisi
şahzadə Murada və sultan I Mehmed Çələbiyə müraciət etmişdi
107
. O zaman sultan I Mehmed Çələbi Həsənə
yardım göstərə bilməmiş və şəhər Pir Ömər tərəfindən ələ keçirilmişdi. Tezliklə Azərbaycanda Qara Yusifin
ölümündən sonra taxt-tac qovğası qarşılığından faydalanan sultan I Mehmed itirilmiş torpaqları geri
qaytarmışdı.
108
Savaşa girmədən məqsədinə çatmaq istəyən Cığatay hökmdarı elçi göndərmiş, Qaraqoyunlu Qara
Yusifdən tabe olmasını tələb etmişdi. Həsən bəy Rumlu yazır: «Qara Yusifın yanına, Təbrizə göndərilmiş elçi
qayıdaraq (Şahruxa) bildirmişdi ki, Qara Yusif orada özünü müstəqil bir şah hesab edir. Ətraf yerlərin bütün
hakimi və sərdarları ona tabedirlər. Padşahın şövkətindən və qoşunun qələbələrindən qorxmayan Qara Yusifın
çoxlu döyüşçü dəstələri vardır»
109
. Şahruxun Qara Yusifə qarşı göndərdiyi Əmir Şah Məlik də ona elçi
göndərmiş barışıq istədiyini təkrarən izhar etmiş, Sultaniyyəni və Qəzvini teymurilərə qaytaracağı təqdirdə
Suriya və Ruma qədərki ərazini, Azərbaycan ilə Ərəb İraqını ona verəcəyini bildirmişdi. Qara Yusif bu təklifə
razı olmamış, Şah Məlikin elçisini həbs etdirmiş və savaşa hazırlaşmışdı.
110
45
Sultan I Mehmedin Qaramanlu Mehmed üzərindəki qələbəsi münasibətilə Qara Yusifə göndərdiyi
fəthnaməyə
111
cavabında Qaraqoyunlu hökmdarı da onu təbrik etmiş və sultana yazmışdı: «Elxani məlikləri
barədə onu deyə bilərəm ki, onların
[109-110]
hamısı Amu suyunu (Amurdərya-T.N.) keçərək, Isfahan
yaxınlığında toplaşmışlar. Əziz oğlum Cahanşahı Sultaniyyənin mühafizəsi üçün yolladım. Səadətmənd
övladlarım Əmir Şahməhəmməd bahadırı, İspənd bahadırla birmənzillik qaravuliyə göndərib, özüm əlli min
mükəmməl süvari ilə Təbriz yaxınlığındayam və (indi) Ucana getməkdəyəm. İgid oğlum Qara İskəndər iyirmi
min nəfər... süvari ilə arxada pusquda dayanmışdı»
112
. Məktubdan aydın olur ki, Qara Yusif Şahruxun öz
üzərinə yürüşə başladığını və bu savaşa necə hazır olduğunu Osmanlı sultanına etraflı şəkildə vermişdi. Sultan I
Mehmed Qara Yusifə cavabında, Şahruxun hücum xəbərini ona çatdırdığına baxmayaraq, ona yardım haqqında
aydın cavab verməkdən çəkinmişdi
113
. Türk tarixçiləri e'tiraf edirlər ki, dostluq əlaqələri olmasına baxmayraq,
Osmanlı sultanının Şahruxa qarşı müharibədə Qara Yusifə yardım göstərməməsinin səbəbi, sultan I Mehmedin
teymurilərlə yeni toqquşmadan çəkinməsi olmuşdu. 1420-ci ilin 13 noyabrında Qara Yusifın Ücan yaylağında
vəfat etməsi münasibətilə Şahruxun sultan I Mehmedə göndərdiyi məktubunda
114
onun yanına təşrif gətirən
elçilər arasında Osmanlı nümayəndəsi Bəhram bəyin olması da bunu bir daha təsdiq edir. Şahrux həmin
məktubda yazırdı: «Eşitdim ki, Qara Yusifın oğlu Şahməhəmməd Qara İskəndərlə Ərzincanın Çəpəkçuruna
qaçmış... Qara Osmanla döyüşmüşdür. Biz hal-hazırda onun dəfi ilə məşğuluq. Əgər sizin tərəfə (Ruma-T.N.)
pənah gətirərsə onu tutub bizim dərgahımıza yollayın»
115
. Sultan I Mehmed Şahruxa cavabında yazmışdı:
«...Azərbaycanın zəbtindən və diyanın başqa əhvalından xəbərdar olduq. (və bunlar) bizim keyfimizi çoxaltdı.
(amma) Qara İskəndərin Rum tərəfə qaçmağından pərişan olduq və o tərəflərin adamlarına fərman verdik ki,
əgər ondan xəbər tutsalar vaxtlı-vaxtında ona hücum etsinlər».
116
Güman etmək olar ki, Osmanlı sultanının belə
cavab yazması Şahruxun məktubda çox saylı qoşunu haqqında mə'lumatın olmasının nəticəsi idi.
[110-111]
Osmanlı sultanı II Murad (1421-1451) da Qaraqoyunhı dövləti ilə münasibətində dostluq əlaqəlrinə
üstünlük vermışdt Türk tarixçiləri də II Muradın Qaraqoyunlu dövlətı ılə dostluq əlaqələrini davam etdirdıyini
qeyd edirdilər.
1
" Lakin Osmanlı sultanları Şahruxun Azərbaycan yürüşləri zamanı Qaraqoyunlu dövlətinə fəal
yardım göstərməmişlər. Xəlil İnalcıq və İsmayıl Akanın fıkrincə, II Muradın ikinci bır Teymur təhlükəsi ilə
qarsılaşmaq istəməməsi buna səbəb olmuşdu
11
.Yalnız Yılmaz Öztuna belə hesab edir ki, sultan II Murad
Məmluklər və Qaraqoyunlular kimi Teymurilərə baş əyməmək haqqında ,heç bir zaman düşünməmişdi. O,
Teymur istilasından ibrət dərsi almışdı. II Murad babası Bəyazid kimi Temurilərlə munasıbəti pisləşdirmək
fıkrində olmamışdı. Buna görə də sultan qaraqoyunluların Şahrux tərəfindən bır neçə dəfə əzılməsınə seyrçi
münasibət bəsləmişdi.
119
Osmanlı sultanı II Muradın qaraqoyunlularla dostluq münasibətində olduğunu qaynaqlar da təsdıq
edır. Oaraqoyunlu İskəndər Şirvana hərbi yürüş etmış vilayətı dagıtmağa və talan etməyə başlamışdı.
Qaraqoyunlularla bacarmayacağını anlamış Xəlilüllah dərhal Şahruxdan və Qara Osman Bayandurdan kömək
istədi
1
-. Həsən bəy Rumlu göstənr ki, Şirvanşahın xahişi müqabilində Şahrux 1434-cü ilin 6 noyabrında
Azərbaycana üçüncü dəfə yüruş etmışdı. Şahruxun hücumu qarşısında dayana bılməyən Iskəndər
Anadoluya doğru qaçmağa məcbur olmuşda O Xorasan hökmdarının tələbi ilə yolu kəsmiş Ağqoyunlu
hokmdarı Qara Osmanı məğlub etmis və sonra Toqat istıqamətinə yollanmışdı. Faruq Sümer yazır ki, Iskəndər
Ildırım Bəyazıd ılə atası Qara Yusifdən e'tibarən Osmanlı və Qaraqoyunlu xanədanları arasında yaranmış
dostluğu, II Muradın dostu oldugu uçun Osmanlı sərhədlərini keçdi, Toqata gəldı və Qaz obası
qışlağında yerləşdi
123
. Qaynaqlardan mə'lum olur kı, Iskəndər II Muraddan qışı Toqatda keçirməsinə icazə
verməsını ıstəmışdı. II Murad Amasya valisi Yürküc Paşaya Iskəndəri layıq oldugu tərzdə qarşılamağı əmr
etmiş və ona hədiyyələr gondərmışdı.
[111-112]
Bütün tədbirlərinə baxmayaraq Isəkəndərin Osmanlı ölkəsinə
daxil olmağa müvəffəq olduğunu görmüş Şahrux Şeyx Nurəddin Məhəmmədi Osmanlı hökmüdarı II Muradın
yanına göndərdi. O, bildirdi ki, əgər İskəndər Osmanlı ölkəsinə gələrsə, onu göndərsinlər.
12
' Yılmaz Öztuna
qeyd edir ki, sultan II Murad İskəndər bəyi rədd etməyi hökmdarlıq şərəfinə münasib görməmiş və
teymurilərdən asılı olduğu üçün bu Qaraqoyunlu hökmdarından xilas olmağın çarəsini axtarmışdı.
126
Z.V.Toqanın fikrincə, II Murad Şahruxun İskəndərin ölkəsindən qovulması tələbinə razılıq vermiş, bəylərindən
Umur bəy ilə Yürkünc Paşanı bir ordu ilə onun üzərinə göndərmiş və Osmanlı ölkəsindən çıxarmışdı
127
.
Qaynaqlardan mə'lum olur ki, qışı Toqatda keçirmiş İskəndər Qaraqoyunlu baharda «qüruru və nadanlığı
üzündən... Rum vilayətini dağıtmağa, xalqın malını qarət etməyə və camaata əzab-əziyyət verməyə başladı»
128
.
Məhz buna görə də Qaraqoyunlu-Osmanh münasibətləri kəskinləşməyə başladı. Faruq Sümer yazır ki, Yürküc
Paşa vəziyyəti II Murada bildirdi. Bu hadisədən pərişan olan II Murad Anadolu bəylərbəyi Umur bəyi
İskəndərin üzərinə göndərdi
129
. Mənbələr qeyd edir ki, Umur bəy İskəndərə göndərdiyi məktubunda yazırdı:...
«Sizi məğlubiyyətə uğradan Şahrux Mirzə Xorasan tərəfə getmişdir və sizlərin ata yurdunuz olan Azərbaycan
tərəfə yollanmanız daha münasibdir. Getməyiniz dostluğun davam etməsi üçün bir vəsilədir»
130
. Bu məktubu
alan İskəndər Osmanlı ölkəsini tərk etmişdi. Tezliklə geri qayıdan İskəndər Təbrizi yenidən ələ keçirə bildi.
Lakin o, qardaşı Cahanşah tərəfindən məğlub edildi və Əlincə qalasına qaçaraq orada 1438-ci ilin 21 aprelində
öldürüldü. Belələiklə Cahanşah Azərbaycan hökmüdarına çevrildi. Cahanşahın hakimiyyəti dövründə
Qaraqoyunlu dövləti müstəqil bir dövlət kimi möhkəmlənmiş və onun həyata keçirdiyi tədbirlər sayəsində tabe
46
olmayan ə'yanların müqaviməti qırılmış, mərkəzi hakimiyyət möhkəmləndirilmişdi. Türk tarixçiləri Cahanşahla
II Murad arasında dostluq əlaqələrinin olduğunu qeyd edirlər
131
.
[112-113]
İ.H.Uzunçarşılı yazır ki, Osmanlı hökmüdarı II Murad ilə Cahanşah arasında çox səmimi namələr
mübadiləsi edilmiş və məşhur tarixçi Şükrullah elçi kimi onun yanına göndərilmişdi
132
. Cahanşah II Murada
göndərdiyi məktubunda iki dövlət arasında qədimdən mövcud olan dostluq əlaqələrini xüsusilə qeyd etmiş, II
Murad isə cavab məktubunda aralarındakı qədim məhəbbətin pozulmasına heç bir bəhanə olmadığını bildirmiş,
bu vəziyyətin heç bir dəyişikliyə uğramadan davam edəcəyini göstərmişdi
133
. Hər iki hökmdar qazanılmış
uğurlar münasibətilə bir-birinə fəthnamələr və məhəbbətnamələr göndərməkdə davam etmişdilər
134
.
Qaraqoyunlularla ağqoyunlular arasındakı qədim düşmənçilik, ağqoyunluların Osmanlı sultanlarının
rəqibləri olması Cahanşahı Osmanlılarla müştərək mənfeətə əsaslanan dostluq münasibətləri yaratmağa vadar
etmişdi
135
. Təbiidir ki, belə bir məqsədə Osmanlı sultanı da xidmət edirdi. Qaraqoyunlu-Osmanlı
münasibətləri II Mehmedin dövründə (1451-1481) daha da inkişaf etmişdi. M.X. Yınanç yazır ki, Cahanşah
Fateh II Mehmedə hər zaman «oğlum» deyə məktublar, yazmış və ondan «atam» ünvanı ilə hörmətli
cavablar almışdır
136
. Cahanşahla II Mehmed arasındakı yazışmalarla tanışlıqdan mə'lum olur ki, iki
dövlət arasında dostluq əlaqələrini möhkəmləndirmək üçün onlar daim bir-birinə fəfhnamələr və
məhəbbətnamələr göndərmişlər. II Mehmedin Cahanşaha göndərdiyi məktublardan birində Bursadan Təbrizə,
kəsbkarlıq məqsədilə gələnlərdən söhbət açılması göstərir ki, bu dövlətlər arasında sıx iqtisadi əlaqələr də
mövcud idi. Sultan II Mehmed yazır ki, «Bursadan sizin diyarınıza öz kəsbkarlığı üçün Əhməd Musa adlı bir
tacir getmişdir. O, Təbrizdə səfərdə axirətə getmiş və onun əlində olan bütün nəğd pul və mallar...sizin
dərgahınızın ümənası (əmin-amanlıq yaradanları-T.N.) tərəfındən götürülmüşdür... Onun fərzadı olan Şeyx
Məhəmməd Bursavi onun varisidir... oraya gəlir... valilərə işarət olunsun şər'i qovlumluq hökmünə riayət edərək
alınmış şeylər qaytarılsın»
137
. Cahanşah məktubunda alınmış əşyaların
[113-114]
qaytarıldığını, həmçinin
Farsın və Əcəm İraqının şəhər və qalalarının Cığataylardan təmizlənməsi haqqında mə'lumat vermiş, bu xəbəri
ona çatdırmaq üçün Əmir Tacəddin İbrahim Mehtəri hədiyyələrlə göndərmişdi
138
.
Qaraqoyunlu hökmdarı Cahanşah XV əsrin 50-ci illərində teymurilərə qarşı mübarizədə uğur əldə
etmək üçün Osmanlılarla xoş münasibətdə olmağı vacib saymış, hətta bir müddət öikəsinə təcavüz etmiş Fateh
Sultan II Mehmedə elçi göndərmiş, Sivasa qonşu olan Qaraqoyunlu torpaqlarına hücum etməyəcəyi təqdirdə
ona 4 min kintal kərə yağı və min dəvə verəcəyini bildirmiş, Osmanlı hökmdarı bu təklifı qəbul etmişdi
139
.
Türkiyə tarixçüəri Cahanşahla II Mehmed arasında dostluq əlaqələri olduğunu qeyd edirlər
140
. Yılmaz
Öztunaya görə, Fateh II Mehmed atalarının qaraqoyunlularla dostluq və onları himayə etmək siyasətini davam
etdirmiş, Sultan Cahanşahla çox yaxşı münasibətlərdə olmuşdu
141
. Qaraqoyunlu-Osmanlı münasibətlərindən
bəhs edən türk tarixçiləri iki dövlət arasındakı qarşılıqlı əlaqələrin izahından daha çox müxtəlif hökmdarların
müsbət şəxsi münasibətlərini qeyd etməklə kifayətlənməli olmuşlar.
XV əsrin 50-ci illərinin sonunda Cahanşahın Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsindən
sonra Qaraqoyunlu dövlətinin Yaxın Şərqin ən güclü dövlətlərindən birinə çevrilməsi Osmanlı dövləti ilə siyasi
münasibətlərə öz tə'sirini göstərmişdi. Şərqi Anadolunun fəthini başa çatdırmağa çalışan II Mehmed Ağqoyunlu
dövlətinin güclü müqaviməti ilə qarşılaşmışdı. Bu, sultan Mehmedin Trabzon yürüşü zamanı özünü aydın
şəkildə büruzə vermişdi. Sultan II Mehmed Trabzona yürüşü ərəfəsində Cahanşaha göndərdiyi məktubda
yazırdı: «... Pedəre-əzizim Cahanşah, tərəfindən mövlana Şükrüllahla bizim dərgahımıza göndərilən kitabətin
çatdı... Biz Trabzona yollanırıq... Əgər bu hücumla əlaqədar olaraq bizim məktublaşmamız bir qədər tə'xirə
düşərsə, başqa şey haqda düşünməyib məktublaşma qapılarını qapamayın».
142
[114-115]
Osmanlı dövlətinin şərq istiqamətində irəliləməsinin Ağqoyunlular tərəfindən güclü müqavimətlə
qarşılanması hər iki dövlət arasındakı münasibətləri daha da kəskinləşdirmişdi. Uzun Həsənin başçılığı ilə
ağqoyunluların ətraf vilayətlərə qarətçi yurüşlər təşkil etməsi və 871 h (1466-1467)-ci ildə Gürcüstana hücumu
ilə kifayətlənməməsi, Ərzruma da döyüşçü dəstələrini yollaması, Qarahisarın alınıb Uğurlu Məhəmmədə
verilməsi Ağqoyunlu-Qaraqoyunlu münasibətlərini də pisləşdirmişdi. Bununla əlaqədar olaraq, Cahanşah II
Mehmedə göndərdiyi məktubunda yazırdı: «...Qədim vaxtlardan bəri bizim... sizin şərəfətli xənədanımza həqiqi
məhəbbətimiz və dostluğumuz olmuşdur və olmaqdadır... Bizim... dostluğumuza heç nə mane olmur. Amma
ortaya çıxmış Həsən Ağqoyunlu bu müddət ərzində zahirdə yazıqlıq və məhəbbətini göstərsə də, əslində başqa
cür hərəkət edirdi. Onun zahiri və batini bir olmadığı üçün günbə-gün nifaq yaranmaqda idi. Onda bu günlərdə
xəbislik tam şəkildə göründü, onun əhdi-peymanı sındırdığı mə'lum oldu... bizə hücum etdisə də onun dəfi
asanlıqla mümkün oldu... O, büləndhimmət həzrət... onun dəf i və cəzalanması üçün cəhd etsinlər. Sizdən
sədaqətlə rica olunur ki, bu məsələdə iradə... istək və inadınız qırılmasın və həqiqi dostların məqsəd və istəkləri
həyata keçsin»
143
. Məktubdan aydın olur ki, Cahanşah Ağqoyunlulara qarşı qarşıdakı qəti döyüşdə müttəfıqi
olan Osmanlı hökmdarı sultan II Mehmeddən yardım istəmişdi. Türk tarixçiləri Cahanşahın bu tələbi haqqında
heç bir mə'lumat vermirlər. Lakin Hammerin yazdığına görə, Cahanşah fateh Sultan Mehmeddən yardım
istəmişsə də, sultan o zaman İskəndər bəyə qarşı mübarizə apardığı və Elbasan qalasının mühasirəsi ilə məşğul
olduğu üçün onun istəyini yerinə yetirə bilməmişdi.
144
47
Mənbələrdən mə'lum olur ki, Qaraqoyunlu hökmdarı Cahanşahı Uzun Həsənə qarşı müharibəyə sultan
II Mehmed təhrik etmişdi. Amasya valisi Bayəzid sultan II Mehmedin əmri ilə Uzun Həsənə qarşı döyüşdə
Cahanşaha hərbi yardım etməli idi. Lakin bu yardım göstərilməmişdi.
[115-116]
Qaraqoyunlu-Osmanlı münasibətlərindən bəhs edən türk tarixçilərinin Osmanlı dövlətinin ən böyük
düşməni kimi təqdim etdikləri Ağqoyunlu dövlətinə qarşı Cahanşahın apardığı mübarizədə II Mehmedin onu
himayə etməsi, Osmanlı imperiyasının Ağqoyunlu dövlətinə qarşı yeritdiyi istilaçılıq siyasətinə haqq
qazandırmaq və bütün günahları onların üstünə atmaq cəhdlərindən irəli gəlmişdi.
1467-ci ilin 11 noyabrında Qaraqoyunlu hökmdarı Cahanşah Ağqoyunlu Uzun Həsənlə həlledici
döyüşdə öldürüldü. Tezliklə Uzun Həsən Qaraqoyunlu Həsən Əlinin və Teymuri Əbu Səidin qüvvələrini
darmadağın etdi. Qaraqoyunlu dövlətinin mövcudluğuna son qoyuldu. Paytaxt Təbriz şəhəri olan Ağqoyunlu
dövləti meydana gəldi.
Dostları ilə paylaş: |