494) Tiazid diuretiklərin zərərli effektləri hansılardır?
A) Sadalanların hamısı
B) Hiperglikemiya
C) Hipokaliemiya
D) Impotensiya
E) Hiperurikemiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
495) Hipertenziv nefroskleroza hansı morfoloji əlamətlər aid deyil?
A) Yumaqcıqların iltihabi infiltrasiyası
B) Yumaqcıqlarda mezangial hüceyrələrin proliferasiyası və matriksin artması
C) Arteriolaların divarlarının hialinozu
D) Kiçik və iri kaliberli damarların intimasının qalınlaşması
E) Kanalcıqların atrofiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
496) Vazorenal hipertoniyanın və hipertenziv nefropatiyanın differensial diaqnostikasında sadalananlardan hansı həlledicidir?
A) Böyrəklərin USM-si
B) Ekskretor uroqrafiya
C) Sidiyin ümumi analizi
D) Böyrək damarların ultrasəs doppleroqrafiyası
E) Hipertoniyanın rezistent xarakteri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
497) Hipertenziv nefropatiyanın differensial diaqnostikası hansı xəstəliklərlə aparılır?
A) Sadalananların hamısı ilə
B) Vazorenal hipertoniya ilə
C) Sadalananların heç biri ilə
D) Xroniki tubulointerstisial nefritlə
E) Xroniki qlomerulonefritlə
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
498) Hipertenziv nefropatiyanın müalicəsində müasir preparatlardan I sıra preparatları hansılardır?
A) Ca – antaqonistləri
B) İmidazolin reseptorlarının antoqonistləri
C) β-blokatorlar
D) Diuretiklər +aldosteronun antoqonistləri
E) AÇF –inhibitorlar +angiotenzin II reseptorların antoqonistləri
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
499) AÇF –inhibitorlar və angiotenzin II reseptorların antaqonistlərinin təyininin mütləq əks göstərişlərinə nə aid deyil?
A) Hiperkaliemiya K>7mmol/l
B) Yumaqcıq filtrasiyasının surəti YFS <30ml/dəq
C) Tək böyrək arteriyasının stenozu
D) Hamiləlik
E) Böyrək arteriyalarının 2 tərəfli stenozu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |