698) Preeklampsiyanın gedişinin proqnozunda nəyin olması əhəmiyyət kəsb edir?
A) Yüksək proteinuriyanın
B) Leykosituriyanın
C) Eritrosituriyanın
D) Ödemlərin
E) Arterial təzyiqin
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
699) Preeklampsiya olan xəstədə dölə mənfi təsir göstərən müalicə hansıdır?
A) Kurantil
B) Hipotiazid
C) Polivitamin
D) Yataq rejimi və pəhriz
E) Plazmaəvəzedicilər
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
700) Diabetik nefropatiyalı xəstələrdə AÇF - inhibitorlarının təsir mexanizmi hansıdır?
A) Hiperfiltrasiyanı azaldır
B) Periferik vazodilatasiya əmələ gətirir
C) Bütün sadalananlar
D) Plazmada kaliumun miqdarını qaldırır
E) Arterial təzyiqi endirir
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
701) Qadınlar üçün sidik turşusunun qanda səviyyəsinin yuxarı həddi neçəyə bərabərdir?
A) 0,30 mmol/l
B) 0,42 mmol/l
C) 0,36 mmol/l
D) 0,45 mmol/l
E) 0,52mmol/l
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
702) Podaqralı xəstələrdə sidik yollarının və böyrək kanalcıqlarının urat kristalları ilə obstruksiyası zamanı nə baş verir?
A) Postrenal kəskin böyrək çatışmazlığı
B) Renal kəskin böyrək çatışmazlığı
C) Prerenal kəskin böyrək çatışmazlığı
D) Renal və postrenal kəskin böyrək çatışmazlığı
E) Renal və prerenal kəskin böyrək çatışmazlığı
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
703) Kişilər üçün sidik turşusunun qanda səviyyəsinin yuxarı həddi neçəyə bərabərdir?
A) 0,30 mmol/l
B) 0,45 mmol/l
C) 0,52mmol/l
D) 0,36 mmol/l
E) 0,42 mmol/l
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |