692) Mərkəzi təsirli hipotenziv preparatı hansıdır?
A) Bisoprolol
B) Moksonidin
C) Lozartan
D) Amlodipin
E) Ramipril
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
693) Xroniki böyrək çatışmazlığı mərhələsində diabetik nefropatiyalı xəstədə Zubrod–fenomeni nədir?
A) Qanda K səviyyəsinin artması
B) Qanda qlükozanın səviyyəsinin enməsi
C) Qanda kreatinin səviyyəsinin artxması
D) Qanda qlükozanın səviyyəsinin artması
E) Qanda kreatinin səviyyəsinin enməsi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
694) Yumaqcıq filtrasiya sürətinin hansı səviyyəsində diabetik nefropatiyalı xəstədə ekstrakorporal metodlarını başlamaq məsləhətdir?
A) 20 ml/dəq
B) 15 ml/dəq
C) 5 ml/dəq
D) 60 ml/dəq
E) 40 ml/dəq
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
695) Normalalbuminuriya və hiperfiltrasiya ilə diabetik nefropatiyalı xəstənin müalicəsində birinci dərəcəli əhəmiyyətə malik nədir?
A) Dislipidemiyanın korreksiyası
B) Elektrolit pozğunluqların korreksiyası
C) Qlikemiyanın korreksiyası
D) Yumaqcıqdaxili hipertenziyanın korreksiyası
E) Koaqulyasiya dəyişikliklərinin korreksiyası
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
696) Yumaqcıq filtrasiyasının sürəti 60ml/dəq olan diabetik nefropatiyalı xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?
A) V
B) III
C) I
D) IV
E) II
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
697) Yumaqcıq filtrasiyasının sürəti 30ml/dəq olan qlomerulonefritli xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?
A) II
B) V
C) IV
D) I
E) III
Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev
Dostları ilə paylaş: |