704) Podaqraya xarakterik olan əlamətlər hansılardır?
A) Distal falanqa arası oynaqların poliartriti
B) Tofuslar və hiperurikemiya
C) Sadalananların heç biri
D) Bütün sadalananlar
E) Düyünlü eritema
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
705) Podaqra və onun müalicəsi barəsində səhv nəticə hansıdır?
A) Podaqrik ağrıları zamanı xəstədə qızdırma ola bilər
B) Allopurinolun təsiri sidik turşusunun ekskresiyasını gücləndirməkdən ibarətdir
C) Böyrək daşı xəstəliyi podaqrik nefropatiyanın kliniki variantıdır
D) Qadınlar və kişilər eyni tezliklə xəstələnirlər
E) Sinovial mayedə sidik turşusu kristallarının aşkarlanması xarakterikdir
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
706) Aşağıda göstərilənlərdən hansı podaqrik nefropatiyanın kliniki variantlarına aid deyil?
A) İkincili pielonefrit
B) Xroniki interstisial nefrit
C) Böyrək daşı xəstəliyi
D) Kəskin urat nefropatiyası
E) Sürətlə inkişaf edən qlomerulonefrit
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
707) Böyrək kanalcıqlarının sidik turşusu ilə blokadasının terapiyasına nə daxildir?
A) Hemodializ
B) Qələviləşdirən preparatlar
C) Diuretiklər
D) Allopurinol
E) Bütün sadalananlar
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
Dostları ilə paylaş: |