929) Böyrək xəstəliklərinin başlanğıcı necə nəzərə çarpır?
A) Yaşlılarda nəzərə çarpan olur
B) Heç zaman nəzərə çarpmır
C) Xəstəliyin növündən asılı olaraq nəzərə çarpan olur
D) Cavanlarda nəzərə çarpan olur
E) Nəzərə çarpan olur
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
930) Böyrəklərin xroniki xəstəliklərini aradan qaldıran risk faktorlarına hansılar aiddir?
A) Piylənmə
B) Dislipidemiya
C) Arterial hipertenziya
D) İnsulinə qarşı rezistenlik
E) Bütün sadalananlar
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
931) Böyrəklərin xroniki xəstəliklərinin minimal diaqnostik meyarlarına hansı müayinə metodları daxildir?
A) Antropometriya, sidiyin ümumi analizi, mikroalbuminuriya, qan zərdabında kreatininin səviyyəsi, Kokroft-Qolt düsturu ilə yumaqcıq filtrasiyasının sürətinin hesablanması
B) Sidiyin ümumi analizi, mikroalbuminuriya, böyrəklərin USM-si, C-reaktiv zülalın, qlükozilləşmiş hemoqlobinin təyini
C) Sidiyin ümumi analizi, sutkalıq proteinuriya, kreatininin klirensinin təyini, Zimnitski sınağı
D) Sidiyin,qanın ümumi analizi, qan zərdabında kreatininin,sidik cövhərinin, qalıq azotunun, sidik turşusunun təyini, kreatininin klirensinin təyini
E) Sidiyin,qanın ümumi analizi, böyrəklərin USM-si, kreatininin klirensinin təyini
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |