691) Diabetik nefropatiyanın II mərhələsinə nə aid deyil?
A) Mikroalbuminuriya
B) Hiperfiltrasiya
C) Mezangiumun ekspansiyası
D) Normoalbuminuriya
E) Böyrəklərin hipertrofiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
692) Diabetik nefropatiyanın I mərhələsinin markeri hansıdır?
A) Yumaqcıq filtrasiyasının sürəti 160ml/dəq bərabərdir
B) Arterial hipertenziya
C) Mikroalbuminuriya
D) Proteinuriya
E) Nefrotik sindrom
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
693) 10 il I tip şəkərli diabetlə olan xəstədə proteinuriya – 0,3q/gün səviyyəsindədir. Diabetik nefropatiyanın hansı mərhələsidir?
A) II
B) V
C) III
D) I
E) IV
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
694) Normal arterial təzyiqlə, hiperfiltrasiya (YFS=160ml/dəq), normaalbuminuriya ilə şəkərli diabetlə olan xəstəyə təyin edilə bilən düzgün müalicə sxemi hansıdır?
A) Şəkəri salan preparatlar + AÇF –inhibitorları+diuretiklər
B) Şəkəri salan preparatlar + AÇF –inhibitorları
C) Müalicə tələb olunmur
D) AÇF –inhibitorları
E) Şəkəri salan preparatlarla (HbA<7,5%) karbohidrat mübadiləsinin optimal kompensasiyası
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
695) Diabetik nefropatiyalı xəstələrdə arterial təzyiqin müalicəsində hansı qrup diuretiklərə üstünlük verilir?
A) Bütün sadalananlar
B) Tiazidlər
C) İlgək diuretikləri
D) Kaliumqoruyucu
E) Tiazidrəbənzər
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
696) Diabetik nefropatiyalı xəstənin arterial təzyiqinin müalicəsində seçim preparatları hansılardır?
A) AÇF –inhibitorları
B) İmidazolin reseptorlarının aqonistləri
C) Tiazidlərəbənzər diuretiklər
D) β-blokatorlar
E) Ca – antaqonistləri
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
697) Sadalanan böyrək zədələnmələrindən hansı diabetik nefropatiyaya xarakterik deyil?
A) İnterstisial nefrit
B) Diffuz qlomeruloskleroz
C) Düyünlü qlomeruloskleroz
D) Böyrəklərin amiloidozu
E) Qlomerulonefrit
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
698) Yumaqcıq filtrasiya sürətinin hansı səviyyəsində diabetik nefropatiyalı xəstədə ekstrakorporal metodlarını başlamaq məsləhətdir?
A) 60 ml/dəq
B) 20 ml/dəq
C) 5 ml/dəq
D) 15 ml/dəq
E) 40 ml/dəq
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
699) Normalalbuminuriya və hiperfiltrasiya ilə diabetik nefropatiyalı xəstənin müalicəsində birinci dərəcəli əhəmiyyətə malik nədir?
A) Yumaqcıqdaxili hipertenziyanın korreksiyası
B) Elektrolit pozğunluqların korreksiyası
C) Qlikemiyanın korreksiyası
D) Koaqulyasiya dəyişikliklərinin korreksiyası
E) Dislipidemiyanın korreksiyası
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
700) Yumaqcıq filtrasiyasının sürəti 60ml/dəq olan diabetik nefropatiyalı xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?
A) IV
B) I
C) V
D) III
E) II
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |