186) Retroqrad piyeloqrafiyanın istifadəsi hansı xəstəliyin diaqnostikası üçün məqsədə uyğundur?
A) Diabetik nefroangioskleroz
B) Kəskin qlomerulonefrit
C) Xroniki glomerulonefrit
D) Böyrəklərin vərəmi
E) Renovaskulyar hipertoniya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
187) Böyrək müayinəsinin izotop üsulları arasında hansı üsul ən yüksək informativliyə malikdir?
A) Üsulların əhəmiyyətı eynidir
B) Dinamik stintsiqrafiya
C) Statik stintiqrafiya
D) Ancaq böyrək çatmamazlığında üsulların istifadəsi məqsədəuyğundur
E) Radioizotop renoqrafiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
188) Hansı səbəbdən radioizotop üsulların istifadəsi rentgenoloji üsullara nisbətən daha məqsədə uyğundur?
A) Şüalanma yükü cüzidir
B) Xüsusi hazırlıq tələb edilmir
C) Rentgenokontrast preparatlara patoloji həssaslıq olduğda üsulun istifadəsı mümkündür
D) Bütün göstərilən faktorlar
E) Azotemiya zamanı keçirilməsi mümkündür
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
189) Yüksək reninli, müalicəyə tabe olunmayan böyrək hipertoniyası hansı xəstəliklər üçün xarakterikdir?
A) Böyrək amiloidozu
B) Kimmellsil-Vilson sindromu
C) Podagrik nefropatiya
D) Böyrək daşı xəstəliyi
E) Böyrək arteriyasının stenozu, aterosklerozu
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
190) Göstərilən proteinuriya növlərindən hansı funksional proteinuriyalara aid deyil?
A) Gərginlik
B) Alimentar
C) Mikroalbuminuriya
D) Qızdırmalı
E) Ortostatik
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |