Sistem xəstəlikləri zamanı böyrəklərin zədələnməsi
565) Vegener qranulematozu zamanı hansı orqanlar zədələnir ?
A) Böyrəklər
B) Bütün göstərilənlər
C) Ağciyər
D) Göstərilənlərin heç biri
E) Yuxarı tənəffüs yolları
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
566) Nekroz əmələ gətirən vaskulitlərə hansılar aiddir?
A) Vegener qranulematozu
B) Düyünlü periarteriit
C) Bütün göstərilənlər
D) Göstərilənlərin heç biri
E) Mikroskopik poliarteriit
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
567) Şeynleyn-Qenox purpurası zamanı hansı orqanlar zədələnir?
A) Mədə-bağırsaq traktı
B) Bütün göstərilənlər
C) Dəridə xırda damarlar
D) Böyük oynaqlar
E) Böyrəklər
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
568) Vegener qranulematozu zamanı hansı əlamətlər müşahidə olunur?
A) Hematuriya
B) Proteinuriya
C) Bütün göstərilənlər
D) Ödemlər
E) Arterial hipertoniya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
569) Sürətlə inkişaf edən Vegener qranulematozunun kliniki əlamətləri hansılardır?
A) Morfoloji müayinədə ekstrakapilyar nefrit aşkar olunur
B) Kəskin böyrək çatışmazlığı
C) Bütün göstərilənlər
D) Nefrotik sindrom
E) Proteinuriya (sutkada 3 q-dan çox)
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |