Homogen kataliz maye və bərk fazada gedə bilər. Homogen katalizin mexanizmində reagentlər və katalizatorlar arasında davamsız keçid birləşmələri əmələ gəlir, eyni fazada olur və parçalanmadan sonra katalizator regenerasiya olur. Heterogen katalizatordan fərqli olaraq homogen katalizdə aralıq-keçid birləşmələrini analiz ilə müəyyənləşdirmək olar. Homogen katalizin prosesləri faza vəziyyətinə görə qaz fazalı və maye fazalı proseslərə ayrılırlar.
Homogen kataliz prosesləri katalizator ilə reagentlər arasında kimyəvi təsir növünə görə də (oksidləşmə-reduksiya, turşu – əsası) təsnifatlaşdırılır.
Maye fazalı proseslərdə katalizator kimi turşu, əsas, metal ionları və həmçinin sərbəst radikallar əmələ gətirən birləşmələr ola bilər. Deməli, proses ion və radikal mexanizmi üzrə gedir.
Ion mexanizmində daxili molekulyar çevrilmələr, katalizator ilə reagent arasında proton mübadiləsinə əsaslanır. Turşu katalizatorunda proton və ya müsbət ion əvvəlcə katalizatordan molekula keçir. Əsas katalizatorluğunda isə katalizator proton üçün akseptor olur və ya reagentin molekuluna nisbətən aniona donor olur. Sonra isə reaksiyanın növbəti mərhələsində proton əks istiqamətdə hərəkət edir və əvvəlki halını bərpa edir. Turşu katalizdə katalizatorun aktivliyi reagentə protonun tez keçməsi, əsasi katalizdə isə reagentdən protonun tez ayrılması ilə əlaqədardır. Turşu – əsas katalizdə, turşu və əsasın katalitik aktivliyi onların dissosiasiya konstantlarının artması ilə artır.
Homogen katalizi üzrə hidrotasiya, dehidrotasiya, hidroliz, efirləşmə və məhlullarda polikondensləşmə prosesləri gedir. Məsələn:
a) R – CH = CH2 + HA ⇄ RCH2 – CH + A– b) RCH2 – CH + HOH ⇄ RCH2CH2OH + H+ v) H+ + A– HA
a) mərhələsində katalizator proton verən donordur;
b) mərhələsində isə katalizator regenerasiya edir.
Eyni ilə məhlullarda gedən katalitik oksidləşmə – reduksiya reaksiyaları da ion mexanizmli olub, maye fazalı homogen proseslərdir. Bunlarda katalizator, dəyişkən valentli metalların ionları olur (Cu+2, Mn+2).
Məsələn: Fe2(SO4)3 məhlulunda SO2-nin SO3-ə hava ilə oksidləşməsi maye fazada Fe+3 katalizatorluğu ilə gedir. Məhluldan SO2 və hava qarışığı buraxılır və H2SO4 əmələ gəlir.
Qaz fazalı homogen katalizə çox az rast gəlinir. Tək-tək proseslər olur ki, komponentlər və katalizator qaz olsun.
Məsələn: buxar fazada sirkə turşusunun buxar halda olan trietilfosfat iştirakında dehidrotasiyası, metanın azot oksidləri iştirakında metanola oksidləşməsi sü buxarı iştirakında CO-nun CO2-yə oksidləşməsi və s.
2CH3COOH (CH3CO)2O + H2O
CH4 + NO2 CH3OH + NO
CO + H2O CO2 + H2 Qaz fazada prosesin getməsi molekulyar və radikal mexanizmi üzrə mümkündür.
Molekulyar mexanizmdə katalizator atom ötürücüsü kimi iştirak edir. Məsələn: SO2-nin oksidləşməsi. Burada oksigen atomu azot oksidi ilə ötürülür.
½ O2 + NO NO2 NO2 + SO2 NO + SO3 Yəni katalizator ilə reagent arasında atom mübadiləsi gedir.
Homogen katalizdə radikal mexanizmi həm qaz və həm də maye fazalarda mümkündür. Katalizator kimyəvi çevrilməni zəncirvari istiqamətdə yönəltmək üçün inisiator rolunu oynayır. Reaksiya zamanı radikallar enerji təsirlərindən əmələ gəlir.
1. Zəncirin əmələ gəlməsi. Məsələn: nitrolaşma, xlorlaşma və s. üç mərhələli prosesdir.
Cl2 2Cl˙
CH4 + Ċl ĊH3 + HCl˙
2. Zəncirin inkişafı (davamı)
ĊH3 + Cl2 CH3Cl + Ċl
3. Zəncirin qırılması:
ĊH3 + Ċl CH3Cl
Homogen katalitik prosesin sürəti bir çox faktorlardan yəni komponentlərin qatılığı, katalizatorun qatılığı, temperatur, təzyiq və qarışdırma intensivliyindən asılıdır. Prosesin sürətinin katalizator və reagentin qatılığından asılılığı müəyyənləşdirilir. Sadə monomolekulyar reaksiyaya baxaq:
A B + …
A + [kat] ⇄ A* [kat] (a)
A* [kat] = B + [kat] (b)
Əgər ümumi katalizin sürəti (a) mərhələsi ilə hədlənirsə, onda kinetik tənlik belə olar:
= k1CACkat k1 – (a) mərhələsinin sürət sabiti, Ckat – katalizatorun qatılığıdır.
Əgər hədləndirici (b) mərhələsidirsə, onda = k2 RCACkat k2 – (b) mərhələsinin sürət sabiti; K – dönən mərhələnin (a) tarazlıq sabitidir.
Temperatur, təzyiq və qarışdırma təsiri arasında ümumi qanunauyğunluq, homogen proseslərdə olduğu kimidir.
Homogen katalizin əsas çatışmayan cəhəti, katalizatorun geri qayıtması, çətin ayrılması və onunla reaksiya məhsullarının çirklənməsidir.