Neftvermə əmsalının artırılması üsulları


Layların neftvermə əmsalı. NVƏ-nın müəyyən edilməsi, onun fiziki, texnoloji və iqtisadi mahiyyəti. Müxtəlif rejimlərdə layın NVƏ



Yüklə 1,5 Mb.
səhifə9/32
tarix16.05.2023
ölçüsü1,5 Mb.
#114099
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
Neftvermə əmsalının artırılması üsulları

6. Layların neftvermə əmsalı. NVƏ-nın müəyyən edilməsi, onun fiziki, texnoloji və iqtisadi mahiyyəti. Müxtəlif rejimlərdə layın NVƏ.
Müxtəlif səbəblərə görə laydan neftin hamısı çıxarıla bilmir. Layda neftin bir hissəsi kapilyar və səth qüvvələri ilə tutulub saxlanılır, bir hissəsi isə laya daxil olmuş su ilə təcrid edilir. Bəzən qalıq neftin miqdarı ilkin balans ehtiyatlarının 50 % -nə qədərini təşkil edir.
Layda olan ilkin neftin miqdarı geoloji ehtiyat adlanır. Laydan çıxarılması mümkün olan neft hissəsi çıxarılabilən ehtiyatı təşkil edir.
Çıxarılabilən neft ehtiyatının geoloji ehtiyata olan nisbəti layın neftverməsini xarakterizə edir və neftvermə əmsalı adlanır:
(1)
Burada -neftvermə əmsalı; Vg-geoloji (ilkin) ehtiyat; Vq-işlənmənin sonunda qalıq ehtiyat; Vç.b -çıxarılabilən ehtiyatdır.
Başqa sözlə, neftvermə əmsalı layın ilk və qalıq (son) neftlə doyma əmsallarının fərqinin ilk neftlə doyma əmsalına olan nisbətidir. Neftvеrmə əmsalını hesablayan zaman geoloji (ilkin), çıxarılmış və qalıq neft ehtiyatları eyni bir şəraitdə (əsasən yerüstü atmosfer şəraitində) götürülməlidir. Cari və son neftvermə əmsalları vаrdır. Cari neftvermə əmsalını tapmaq üçün (1) düsturunda Vq-nın əvəzinə işlənmənin hər hansı bir anı üçün çıxarılmış cəm neft hasilatını yazmaq lazımdır. Yəni cari neftvermə əmsalı t zamanı ərzində çıxarılan cəm neft hasilatının geoloji ehtiyata olan nisbətidir:
(2)
Neftvermə əmsalı məsaməli mühitin quruluşu, layın kollektor xüsusiyyətləri, məsaməli mühit və neftin xassələri, nefti laydan quyudibinə sıxışdıran agentin xassəsi, sıxışdırılma tempi, sıxışdırıcı və sıxışdırılan mayelərin özlülüklərinin nisbəti, fazalararası gərginlik, hasilat quyularının sayı və onların yerləşməsi, quyuların istismara daxil edilmə ardıcıllığı və laydan məhsulun götürülmə intensivliyi, layda təsir göstərən qüvvələrdən, yəni lay rejimindən asılıdır.
Layın neftvermə əmsalı miqdarca neftçıxarma əmsalı ilə xarakterizə olunur. Laydan t zamanı ərzində cıxarılan ümumi neft miqdarının (Vf) layın geoloji (ilkin) neft ehtiyatına (Vg) olan nisbətinə neftçıxarma əmsalı və ya neft ehtiyatından istifadə əmsalı deyilir
(3)
Yeni yataq üzrə neftçıxarma əmsalı işlənmə sisteminin parametrlərinin nəzərə alınması ilə hidrodinamik üsullarla hesablanıla və ya geoloji-mədən məlumatlarına əsasən söylənilə bilər. Bu halda neftçıxarma əmsalı-layihə neftçıxarma əmsalı adlanır. Faktik çıxarılan neft hasilatının istifadəsilə yuxarıdakı düstür ilə hesablanan neftçıxarma əmsalı faktik neftçıxarma əmsalı adlanır. Düsturdа Vf və Vg kəmiyyətlərinin qiyməti atmosfer şəraitində götürülür.
Cari neftçıxarma əmsalı işlənmənin hər hansı bir anı, son neftçıxarma əmsalı isə işlənmənin sonu üçün tapılır. Bеləliklə, çıxarılabilən neft ehtiyatını aşağıdakı düstür ilə tapmaq olar:
Vç.b. = Vg·ç.b(sоn ) (4)
Laboratoriya təcrübəsində layın neftvermə əmsalı susuz və sulu dövrlərdə neftvermə əmsallarındаn ibarətdir. Lay modelindən nefti su ilə sıxışdırdıqda əvvəlcə təmiz neft, sonra isə neft və su alınır. Bu dövrlərdə əldə edilən neftvermə əmsalları müvafiq olaraq sulu və susuz neftvermə əmsalları adlanır. Müxtəlif geoloji şəraitlərdə susuz və sulu dövrlərdə hasil edilən neft həcmləri eyni deyil. Böyük su və neft kontaktı sahələri olan az mailli strukturlarda sulu dövrdə neft hasilatı daha çox və uzun müddətli olur. Ona görə də yataqların sulu və susuz istismarı dövrlərində alınan neftvermə fərqlənir. Son neftvermə əmsallarını isə su amilini (su amili -1 ton hasil edilən neftə düşən orta su miqdarıdır) nəzərə almaqla müqayisə etmək lazımdır. Layın neftvermə əmsalı əsasən lay rejimindən asılıdır. Eyni şəraitdə basqı rejimlərində neftvermə (neft ehtiyatından istifadə) əmsalı daha yüksəkdir, çünki bu rejimlərdə su və ya qaz nefti porşen kimi sıxışdırır. Qaz basqısı rejiminə nisbətən su basqısı rejimində neftvermə əmsalı daha yuksək olur, bu da kənar suların enerji ehtiyatlarının böyük olması (bu enerji sərbəst, qaz papağında sıxılmış və neftdə həll olunan qazın enerji ehtiyatları ilə müqayisədə həddən artıq çoxdur) ilə ələqədardır. Bu, həm də, məsamələrin su ilə yuyulmasının yüksək səmərəli olması ilə izah olunur, belə ki, neftin su ilə sıxışdırılmasında lay şəraitində suyun özlülüyü neftin özlülüyünə nisbətən böyük ola bilər. Suyun özlülüyü artdıqca neftvermə əmsalı artır. Sıxışdırma prosesini yaxşılaşdırmaq üçün neftin özlülüyünü azaltmaq, suyun özlülüyünü isə artırmaq l azımdır (şəkil 1).

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin