Neftvermə əmsalının artırılması üsulları


Şəkil 3. Lаy təzyiqi və qаz аmilinin nеft hаsilаtındаn аsılılığı



Yüklə 1,5 Mb.
səhifə11/32
tarix16.05.2023
ölçüsü1,5 Mb.
#114099
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Neftvermə əmsalının artırılması üsulları

Şəkil 3. Lаy təzyiqi və qаz аmilinin nеft hаsilаtındаn аsılılığı
Təzyiq doyma təzyiqindən aşağı düşdükdə neftvermə əmsalının kiçik olmasının səbəblərindən biri də qaz ayrılması ilə neftin özlülüyünün artmasıdır.
Qaza görə doyma çox olduqda yüksək özlülüklü neft daha pis hərəkət edir və beləliklə onun çox hissəsi layda qalır. Neftin özlülüyü çox olduqca neftvermə əmsalı kiçik olur.
Adətən işlənmə zamanı quyudibi təzyiqi doyma təzyiqindən yüksək olmalıdır. Əks halda neftvermə əmsalı kiçik ola bilər. Son zamanlar aparılan tədqiqatlar göstərmişdir ki, quyudibi təzyiqin doyma təzyiqindən aşağı düşməsi, neftvermə əmsalının artmasına səbəb olur, belə ki, layda ensiz yerlərdə yerləşən qaz, təzyiq aşağı düşdükdə genişlənir və müəyyən həcm nefti sıxışdırır. Buna baxmayaraq bu zaman neftə görə keçiricilik bir qədər azalır.
Neftin sərbəst qazla (qaz papağı olduqda), eləcə də su ilə sıxışdırılması mexanizmləri arasında bir sıra ümumilik vardır. Lakin su nefti layın yuxarı hissəsinə sıxışdırdığı halda qazla sıxışdırma isə yuxarıdan aşağıya doğru gedir. Bundan başqa su qaza nisbətən daha yaxşı yuyucu xassələrə malikdir. Belə ki, qaz suxuru islatmır və buna görə də kapilyardan nefti çətinliklə sıxışdırır.
Təzyiq düşdükcə qaz genişlənir və nefti layın aşağı hissələrinə sıxışdırır. Qaz papağının iştirakı ilə nеftvermə əmsalı 60-70 % -ə qədər çatır. Neft və qazın ayrılması prosesi qaz papağının çox böyük həcmə malik olduğu zaman neftin özlülüyünün kiçik qiymətlərində və layların eynitərkibli olduğu şəraitdə mümkündür.
Çox saylı neft yataqlarının işlənmə təcrübəsi göstərmişdir ki, layın iş rejimindən asılı olaraq son neftvermə (neft ehtiyatından istifadə) əmsalı aşağıdakı qiymətləri ala bilər:
Su basqı rejimi....................0,4-0,7
Qaz basqı rejimi..................0,3-0,6
Tükənmə rejimləri:
Qravitasiya rejimi...............0,5-ə qədər, nadir hallarda >0,5
Həll olmuş qaz rejimi.........0,15-0,3

7. Layın neftverməsinin hidrodinamik əsasları. Sıxışdırma və əhatə əmsalları. Neftin yüksək təzyiqli qazla sıxışdırılması. Maqnit və elektrik sahələrinin tətbiqi. Neftvermə əmsalının artırılması üçün sinergetik üsulların tətbiqi.

Neftvermə əmsalının hidrodinamik əsaslarını öyrənmək məqsədilə bir-birinə qarışmayan mayelərin üfüqi dairəvi boruda laminar rejimdə ardıcıl hərəkətinə baxaq. Ardıcıl axında mayenin biri sıxışdırılırsa, o biri itələyici rolunu oynayır. Borunun canlı kəsiyində maye hissəciklərinin sürətləri eyni olmadığından itələyici maye sıxışdırılan mayenin bir növ içərisinə daxil olur.


Dairəvi boruda canlı kəsiyin hər hansı bir nöqtəsində itələyici və sıxışdırılan mayenin laminar rejimdə sürəti əşağıdakı ifadələrdən tapılır:
(1)
(2)
burada, R - borunun radiusu; r - axının hər hansı nöqtəsinin borunun oxundan məsafəsi; x - axının hər hansı nöqtəsinin borunun başlanğıcından məsafəsi; μ1, μ2 ~ müvafiq olaraq itələyici və sıxışdırılan mayenin özlülüyü; L - borunun uzunluğu; p - mayelərin ayrılma səthindəki təzyiq; p1, p2 - müvafiq olaraq borunun başlanğıcında və sonundakı təzyiqdir. Iki mayenin ardıcıl hərəkətində canlı kəsikdə sürətin paylanması eyni sərhəd şərtləri əsasında bircinsli mayeninki kimi qəbul edilmişdir.
(1) və (2) tənliklərini bir-birinə bərabərləşdirib, ayrılma səthində p təzyiqini taparaq, onun qiymətini (1) və ya (2) ifadələrində yerinə yazsaq, ölçüsüz dəyişənlərlə ifadə
olunan aşağıdakı tənlik alınar:
(3)

(3) diferensial tənliyini, τ= 0 olduqda y=0 başlanğıc şərtinə əsasən inteqrallasaq,
(4)
ifadəsi alınır. Bu ifadədən itələyici mayenin borunun sonuna, yəni z=0; y=0 nöqtəsinə çatması vaxtını təyin edək:


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin